Şimali Koreyada ilk dəfə Amerikan orkestri

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Şubat, 2008

Gülər, KultAz: 26 fevral 2008-ci ildə Pyenxanda Koreya Xalq Demokratik Respublikası tarixində ilk dəfə qərb simfonik kollektivi – Nyu York filarmoniya orkestrı çıxış edib. Şimali Koreyanın dövlət kanalı, eləcə də CNN bu konserti canlı efirlə yayımlayıblar. KXDR-nin prezidenti Kim Çen İr konsertdə iştirak etməyib. Konsertdə Koreyanın və ABŞ-ın himnləri, A.Dvorjakın 9-cu simfoniyası, R.Vaqnerin  Loenqrinanın 3-cü aktına pereludiyası və Corc Qerşvinin “Amerikalı Parisdə” əsərləri səsləndirilib. Drijorluğu Lorin Maazel edib.
Bu gün- yəni 27 fevral tarixində isə Nyu York filarmoniya orkestri və Şimali Koreyanın dövlər simfonik orkestri burgə kamera musiqi konserti veriblər.
Lorin Maazel bildirib ki bu konsert ABŞ və KXDR arasında “ kiçik qapıdır” .

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın