1
Ay orağa dönüb
Xırman vaxtıdır
Göydəki əkinçinin qollarını çırmayıb
Ulduzları biçməsiyçün Davamı…

KultAz: Azərbaycanın görkəmli filosofu və şairi Fəzlullah Nəiminin Tehran Universitetinin kitabxanasında saxlanılan “Cavidannamə” əsərinin surəti Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna gətirilmişdir. Davamı…
Azərbaycan ədəbiyyatı tarixinin elmi şəkildə öyrənilməsinin Firudin bəy Köçərlidən üzü bəri zəngin bir ənənəsi formalaşmışdır. Həmin ənənə istər araşdırmaların təməl daşını təşkil edən mətnşünaslıq çalışmalarını, istərsə də nəzəri və tipoloji tədqiqatları ehtiva edir. Bunula belə orta əsrlər ədəbiyyatımızın tarixində «ağ ləkə»lər, qaranlıq səhifələr də az deyil. Xüsusən anadilli şerimizin Nəsimi, Füzuli, Vaqif kimi zirvələri təbii olaraq əsas diqqəti özünə cəlb etdiyindən, onların «ətrafında» yazıb-yaratmış və əsrlər keçdikcə unudularaq əsərləri dünyanın müxtəlif kitabxanaları və əlyazma saxlanclarına səpələnmiş şairlərin bədii irsi əksər hallarda tədqiqatçı marağından kənarda qalmışdır. Davamı…
KultAz: Tanınmış yazıçı Rafiq Tağının bütün hekayələri ilk dəfəolaraq yazıçının razılığı ilə tam halında internetə yerləşdirildi.
Belə ki, yazıçının “Gənc Qraf Kenterberiyski”, “Şahzadə Dipendranın məhəbbəti” və “Ucaboy liliput” kitabları bütünlüklə Kultaz - Mədəniyyət portalının kitab blogunda yer alıb. Davamı…
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Almaniya Xarici İşlər Nazirliyinin, Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun birgə elan etdiyi “İnsanlar və kitablar” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov həyata keçirilən layihəni yüksək qiymətləndirib: “İlk dəfə ötən il Almaniya səfirliyinin təşəbbüsü ilə kitabxanaya böyük sayda elmi kitablar təqdim olunub və bu gün də oxucular bundan geniş istifadə edir. Bugünkü tədbir həmin layihənin ikinci mərhələsidir”. Davamı…
Ukraynada Azərbaycan nağıllarından ibarət nəşr olunub. Bu barədə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun Bakı ofisindən məlumat verilib. Ukrayna dilində işıq üzü görən kitaba Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, fəlsəfə elmləri doktoru Tələt Əliyev ön sözü yazıb. Davamı…