“İnsanlar və kitablar” layihəsi çərçivəsində tədbir keçirilib
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Şubat, 2008Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Almaniya Xarici İşlər Nazirliyinin, Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun birgə elan etdiyi “İnsanlar və kitablar” layihəsi çərçivəsində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov həyata keçirilən layihəni yüksək qiymətləndirib: “İlk dəfə ötən il Almaniya səfirliyinin təşəbbüsü ilə kitabxanaya böyük sayda elmi kitablar təqdim olunub və bu gün də oxucular bundan geniş istifadə edir. Bugünkü tədbir həmin layihənin ikinci mərhələsidir”. Almaniyanın Azərbaycandakı səfiri Per Stankina isə ölkələr arasında elmi-mədəni əlaqələrin gücləndirilməsinin zəruriliyini vurğulayaraq layihənin gələcəkdə də davam etdiriləcəyini söyləyib.
Xatırladaq ki, layihə çərçivəsində kitabxanaya 65000 adda ədəbiyyat hədiyyə edilib. Layihənin ikinci mərhələsində isə elmi kitabxanaya 15 min avroluq elmi kitab verilib.





Yüklənir...