1
Ay orağa dönüb
Xırman vaxtıdır
Göydəki əkinçinin qollarını çırmayıb
Ulduzları biçməsiyçün
2
Bir təklifim var:
- Küçələrin nəbzini tutmaq üçün,
Bir ürək meydanı tikməliyik
Şəhərin Ortasında
3
Günəbaxan,
Gecə
Aya baxırdı…!
4
Səni ulduzladım Gmailimdə
Göydəki ulduzlar
Qısqandılar
5
Mən dənizə baxıram
Saçların dalğalanır
6
Barmaqlarımın kölgəsinə
Süzülürdü yazılarım
Yazılarımın kolgəsi yox
7
Bu gün günəş
Buludların arxasında gizlənir
Sabah ay işığında çıxacaq
8
Yollardan keçirəm
Söyüdlərin kölgəsi gödəlir
Mən günü-gündən
Uzanıram
9
Kağız
Qələm
Barmaq
Qələm kağızın üstündə yuxulayıb
Barmaqlarım əsnəyir
10
Qoca çinarın kolgəsində
Can verir çinarcıqlar
11
Bu otağın pəncərəsi yox
Yazıram
Sətirlərim pəncərəlidir
12
Saçlarını oğurlayıbdır dəniz
Günəşi böğmaq üçün
13
Şəhər çıraqlarının dibində
Qaranlığın leşi qoxuyur
14
Qar adamı;
Gözləri qara palçıq
Buynunda qırmızı Şal
Papağını yel aparıbdır
Sabah ağlayıb qurtaracaq
15
Səs gəlir
Səs gedir
Göydəki göyərçinlərin
Qanadı tökülür




Bölmə: 










Novarg adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 11:24 yazıb:
Nedir bunlar…?
16
“Bize ulduz gosterin
barmaqlarinizin ucunu yox…”
17
“Kotukden timsah olmaz
lap suda on il de qalsa…”
18…
Sima N. adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 19:52 yazıb:
1/ qara bədbinlik bəzi şeirlərin poetikliyini öldürür
2/ ümumən maraqlı şeirlərdir, fəqət xeylisi yenidən işlənməlidir.
3/ ən yaxşısı - N 5,9
e110365 adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 11:06 yazıb:
Şəhər çıraqlarının dibindən qaranlıq leşinin yüksələn qoxusunu hiss etdim.
Uğurlar!
Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 13:42 yazıb:
Mən artıq qəti qənaətə gəldim ki, bura şeir-meir( şe’r olsaydı “me’r” olacaqdı görən..?) göndərənlər məzələnirlər biznən…-))
Rebiqe adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 14:38 yazıb:
Ilk defe bu cur benzetmeleri Taqordan oxumushdum ve sevmisdhim. Sonra Rasimin @Birler@ini oxudum ve sevdim. Raminde ise alinmayib… Hiss olunur ki, duyum var, istedad var, amma nese titretmir adami… Ferqli deyil, he, de achigi, bu tip sheirlerde fikrin gozle ifadesi esas sert deyil - esas olan fikirdir - soz oyununu menaya hesablanmalidir… Ugurlar!
ehtiram adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 23:59 yazıb:
1 teklifim var:ureyinin parchalanmamagi uchun sheir yazma,yazsan da kultaza gonderme, chinarciqlarin altinda
Çılğın adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 12:23 yazıb:
Deyesen bu da kimdise başqa imzayla özünü sınayır Qeşem mellim demişken :)))
Ramin Cahangirzade adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 00:19 yazıb:
salam zahir
necesen?
menim karikelmatorlar sherlerimi saytiniza vurmaq uchun sizden teshekkur edirem
butun dostlara salamlar olsun