Ukraynada Azərbaycan nağıllarından ibarət kitab nəşr olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Şubat, 2008

Ukraynada Azərbaycan nağıllarından ibarət nəşr olunub. Bu barədə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun Bakı ofisindən məlumat verilib. Ukrayna dilində işıq üzü görən kitaba Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, fəlsəfə elmləri doktoru Tələt Əliyev ön sözü yazıb. Rəngli şəkillərlə nəşr edilən nağıl kitabının tərcüməçi və tərtibçisi Valentin Sipko, rəssamı Ambroz Jukovskidir. Aşağı sinif şagirdləri üçün nəzərdə 155 səhifəlik kitaba “Məlikməmməd”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Hiyləgər tülkü”, “Üç bacı”, “Usta Abdulla” və başqa nağıllar daxil edilib.//APA

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın