İlə görə arxiv: Şubat 2008


Məşhur fransız yazıçısı Alen Rob Qriye vəfat edib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Şubat, 2008

KultAz: “Yeni roman” (Neo-roman) yaradıcılarından hesab olunan tanınmış fransız yazarı Alen Rob Qriye vəfat edib. O, Fransanın qərbində yerləşən Kann şəhərindəki xəstəxanaların birində 85 yaşında ürək çatışmamazlığından keçinib.
Alen Rob-Qriye 18 avqust 1922-ci ildə mühəndis ailəsində anadan olmuşdur.



Orhan Pamuk. “İstanbul: Xatirələr və şəhər” (VI, VII, VIII, IX, X fəsillər)

Yazar: Admin | Bölmə: Roman | Tarix: 20 Şubat, 2008

 Əvvəli burada
6. BOĞAZIN KƏŞFİ
Salacak cinayətindən sonra bir daha anam və böyük qardaşımla Boğazda qayıq gəzintisinə çıxmadıq. Halbuki əvvəlki qış ikimiz də boğmaca olduğumuz üçün bir ara hər gün qardaşımla Boğazda qayıqla gəzintiyə çıxardıq. Xəstəlik əvvəlcə qardaşımda başlamış, on gün sonra da mənə keçmişdi. Xəstəliyin məni sevindirən bir cəhəti də vardı: anam mənimlə daha yaxşı [...]



Qari Oldman- Cinayətkar dahi

Yazar: Admin | Bölmə: Kino | Tarix: 20 Şubat, 2008

Aygün Aslanlının təqdimatında
Qari Oldman… cinayətkar dahi… xarizmatik cani… mənfi obrazlarına görə tamaşaçıların sevimlisinə çevrilmiş aktyor…
Qari Leonard Oldman 1958-ci ilin 21 martında Cənubi Londonda, Nyu – Kross adlanan yerdə dünyaya göz açıb. Atası qaynaqçı, anası evdar qadın olub. Qarinin yeddi yaşı olanda atası evi tərk edir. Oğlan, anası və iki bacısı ilə birlikdə yaşayır. 62 yaşında [...]



Qan Turalı. İSTİSNA

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 19 Şubat, 2008

Asif Ata haqqında yazı
Sovet dönəmi haqqında çox danışmaq olar. Bu dövr hər şeydən əvvəl intelligensiyanın ölümü ilə xarakterizə oluna bilər. Ziyalılar hər şeydən əvvəl burjuaziya dövrünün məhsuludur. Azərbaycanda da XIX əsrin 70-ci illərindən sonra intelligensiya formalaşmağa başladı. İlk modern təfəkkürlü ziyalımiz Mirzə Fətəli isə Tiflis mühitində yetişmişdi. Və Azərbaycanda Mirzə Cəlil, Üzeyir bəy, Sabir, Haqverdiyev [...]



Oğurlanmış əsərlər dəlixanada tapıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Şubat, 2008

KultAz: Dəyəri 160 min ABŞ dolları olan impressionist rəssamlara aid 4 əsər dünən gecə Sürix psixiatrik xəstəxananın ərazisində olan maşından tapılıb.



Bakıda Avropa kinosu festivalı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Şubat, 2008

Mayın əvvəllərində Bakıda Avropa kinosu festivalının keçirilməsi nəzərdə tutulub. Bu barədə Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev xəbər verib.



London muzeyində qəribə sərgi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Şubat, 2008

KultAz: London muzeyində qəribə sərgi açılıb. Sərgi “Dəyişkən Britaniya havası” adlanır. Bura gələnləri geniş zalda böyük ekspozisiya qarşılayır.



Kasablankada beynəlxalq kitab yarmarkası başa çatdı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Şubat, 2008

KultAz: Kasablankada beynəlxalq kitab yarmarkası başa çatdı. Bu dəfə təşkilatçılar 46 ölkədən təxminən 600 nəşriyyat evinin kitablarını yarmarkaya çıxardılar.



Gürcüstanda Yazıçılar Birliyi demək olar ki, kağız üzərindədir

Yazar: Admin | Bölmə: Persona | Tarix: 19 Şubat, 2008

Gürcü şairi Zviad Ratianiylə söhbət
Tanıtım: 1971-ci ildə Tbilisidə anadan olub. Şair, tərcüməçidir. Bir çox yerli və əcnəbi ədəbi mükafatların sahibidir. Şeirləri əksər Avropa dillərinətərcüməedilərək, dərc olunub.
- Zviad, Gürcüstanda Yazıçılar Birliyi varmı?
- Gürcüstandakı Yazıçılar Birliyi demək olar ki, sadəcə kağız üzərində mövcuddur. Orada bir neçə gülməli, köhnə, əyalət təfəkkürlü adam toplaşıb. Ancaq müasir baxışlı yazarlardan ibarət [...]



“El İçində” ədəbiyyat davası?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 19 Şubat, 2008

KultAz: ATV-nin “El İçində” verişinin bu dəfəki buraxılışı ədəbiyyata, daha konkret desək ədəbiyyatın problemlərinə həsr olunmuşdu.



Məşhur türk yazarı Elif Şafak ABŞ-da oxucularıyla görüşdü

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Şubat, 2008

KultAz: Məşçhur türk yazarı Elif Şafak New Yorkda özü və çağdaş Amerika yazıçısı Çarles Baxter üçün düzənlənən qiraət gecəsinə qatılıb. Unterberg Şeir Mərkəzi tərəfindən düzənlənən ədəbiyyat gecəsində yazar xanım son romanlarından biri olan “Ata və bic” (Baba və peç)



Vladimir Nabokovla bağlı müəmma

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Şubat, 2008

KultAz: Dünyanın gəlib-getmiş ən yaxşı romançılarından biri hesab olunan Vladimir Nabokovun adı ölümündən sonra da qalmaqalların mərkəzindədir. Bu günlərdə yazıçının adı yenidən müzakirələrə səbəb olub. Belə ki, Nabokov ömrünün son illərində başladığı romanı tamamlamağa macal tapmayıb və ölərkən həmin əsərin çap olunmadan, dərhal yandırılmasını vəsiyyət edib. 



Bu il dövlət kino çəkilişinə cəmi 6 milyon ayırıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Şubat, 2008

Bu pula bir neçə bədii film, həmçinin sənədli və animasiya filmləri çəkilməlidir
KultAz: Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi gələn il çəkiləcək filmlərin layihəsini qəbul edir. Aprelin sonuna kimi ekspert şurası filmləri qəbul edəcək.



Füzuli… alman əzizlərin «paradı»… və cəhənnəmin yolu.

Yazar: Admin | Bölmə: Kino | Tarix: 18 Şubat, 2008

Əlisəftər Hüseynov
Azərbaycan kinosunda metoforik dil vasitələrindən istifadə edən rejissorlardan biri də Şamil Mahmudbəyov olmuşdur. Onun çəkdiyi «Şərikli çörək» filmində təsirli bir səhnə var. Balaca qızcığaz əylənmək, oynamaq  istəyir, lakin gəlinciyi yoxdur. O, yaylığını həyətdəki su kranının «başına» bağlayır, sonra kömürlə ona göz, qaş çəkir.



“The Beatles”in mənzili auksiona çıxarıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Şubat, 2008

KultAz: Əfsanəvi “The Beatles” dördlüyünün 1963-cü ilin payızında Londonda yaşadıqları mənzil auiksona çıxarılıb. “Sotheby” auikson mərkəzində satışa çıxarılan mənzilin ilkin qiyməti 3,5 milyon ABŞ dolları dəyərində təyin edilib.



“Oskar”ı kimlər təqdim edəcək?

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Şubat, 2008

KultAz: 24 fevralda Los-Ancelesdə ən nüfuzlu kino mükafatı “Oskar”ın 80-ci təqdimetmə mərasimi keçiriləcək. Ənənəvi olaraq, bu dəfə də qaliblərə mükafatı tanınmış kino ulduzları təqdim edəcək.



Berlin kinofestivalı – “Qızıl Ayı” başa çatdı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Şubat, 2008

KulTaz: Berlində 10 gündən bəri davam edən “Qızıl Ayı” kinofestivalı başa çatıb. Festivalın baş mükafatını Braziliya istehsalı olan “Elitar tağım” filmi qazanıb.



Zahir Əzəmət. Dostlar, daha nə istəyirsiniz?

Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 17 Şubat, 2008

Gənc yazarlarımızın kompleksləri haqqında
Azərbaycan ədəbiyyatının problemləri dedikdə, iki baxış tərzi göz önünə gəlir. Biriləri, heç bir problemin olmadığını deyirlər. Onların fikrinə görə, bu gün heç bir yazarın mövzu və senzura problemi yoxdur, yerdə qalan isə artıq istedadın işidir.
İkincilər isə, yetərincə problem sadalayırlar: naşirlik institutunun yoxluğu, kitab satışı şəbəkələrinin sıradan çıxması, tərcümə prosesinin dünya ədəbi prosesi [...]



Rza Bərahəni. MÖVLANA, SÜRREALİZM, REMBO VƏ FREYD ARASINDA OXŞARLIQLARA DAİR

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 17 Şubat, 2008

Əgər idrak qapıları təmizlənərsə, hər şey bizim gözümüzə olduğu kimi, yəni hüdudsuz görünər.
               Uilyam Bleyk
Qərb sürrealizmi ilə Şərq sufizmi arasında bir çox oxşarlıqlar var. Birincisi odur ki, hər ikisi bir növ mütləq subyektivizmə can atır. Hər ikisi qeyri-fiziki kamillikdə, əllə toxunulması mümkün olmayan mənəvi və ruhani ucalıqda qərq olmağa çalışır. Sufi «kəsrət» («çoxluq») dünyasındakı simvollar, əlamətlər [...]



Sima Ənnağı. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Şubat, 2008

 Bu axşam
Bu axşam
Yorğun şəhərdə gəzişirəm,
Tənha küçə pişikləri
Mənim susqun yolçularım.