İlə görə arxiv: Şubat 2008


HƏFTƏLİK AFİŞA

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Şubat, 2008

Dövlət Filarmoniyası
   19 fevral – Fortepiano musiqisi axşamı, solist Mixail Lidski (Rusiya), saat 19.00
   20 fevral – Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının konserti, solist Aslan İlyasov, saat 19.00
   22 fevral – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin konserti, bədii rəhbər və baş dirijor Rauf Abdullayev, solist Fuad İbrahimov, saat 19.00 
 



Uşaq tamaşaları yeni quruluşda

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Şubat, 2008

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarındakı tamaşalar yenilənib. Teatrın direktoru Rəhman Quliyev bildirib ki, repertuarda yer alan tamaşalar yeni quruluş və tərtibatda nümayiş olunacaq:



96 faizin tərkibi

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 16 Şubat, 2008

Qurban Yaquboğlu
gurban68@rambler.ru
“De ki, o Allah təkdir”
Quran ayəsi (112, 1)
Azərbaycanda ateistlər azdı-çoxdu, bilmirəm, amma onlar da var; hər halda, qəzetlərin biri “bütün dinləri puç və əfsanə” sayan Mirzə Fətəli Axundovun “Kəmaləddövlə məktubları”nı təkrar çap eləyir; təbii, bunu təkcə klassikaya sevgi və ehtiramla bağlamaq məsələyə natamam yanaşma olardı. Son dövrlərdə Azərbaycan gəncliyinin iki qanadı – liberal gənclərlə [...]



Əkbər Qoşalının yeni kitabları işıq üzü görüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Şubat, 2008

Publisist Əkbər Qoşalının “Ölümlərin ötəsi” və “Ölü yuxusu” adlı yeni kitabları işıq üzü görüb. APA-nın məlumatına görə, “Vektor” Nəşrlər evində çap olunan “Ölü yuxusu” kitabının redaktorları Elçin İsgəndərzadə və Osman Ənvəroğludur. Kitaba müəllifin son illərdə yazdığı “Haqq dünyası”,



Azərbaycanda keçiriləcək İran filmləri festivalında nümayiş olunacaq ekran əsərlərinin adları açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Şubat, 2008

Fevralın 18-dən 21-dək Bakıda “İran filmləri festivalı” keçiriləcək. İranda islam inqilabının qələbə çalmasının 29-cu ildönümü münasibətilə keçirilən festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.



Rasət PİRİSOYU. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 15 Şubat, 2008

“Qəfəs” kitabından
 Bizə
bütün tövbələri
dedizdirirlər,
Bizə
hər cür ağuları
yedizdirirlər -
indi bizim ürəyimiz bulanır



Bakıda “İran filmləri festivalı” keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Şubat, 2008

Fevralın 18-dən 21-dək Bakıda “İran filmləri festivalı” keçiriləcək. Festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.



Türkiyədə azərbaycanlı rəssam Hümbət Qaracanın sərgisi açılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Şubat, 2008

İstanbuldakı “Derinlik” sənət mərkəzində azərbaycanlı rəssam Hümbət Qaracanın növbəti rəsm sərgisi təşkil edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə müəllifin peyzaj və portret janrlarında işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Bu, ötən il oktyabrın 24-də sənət həyatına H.Qaracanın rəsmləri ilə addım atan “Derinlik” sənət mərkəzində azərbaycanlı rəssamın ikinci sərgisidir.



Milli Ensiklopediya açıq satışa çıxarılmayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Şubat, 2008

Milli Ensiklopediyanın baş redaktoru Tofiq Nağıyevin TrendLife-a bildirdiyinə görə, yeni nəşr kitab köşklərində satışa buraxılmayacaq. Bunun səbəblərindən danışan T.Nağıyev eyni zamanda bildirdi ki, kitabın qiyməti 30-35 manat təşkil edəcək. Açıq satışın olmayacağının səbəblərini izah edən baş redaktor vurğuladı ki,



“Şumer dastanları” kitabı nəşr olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Şubat, 2008

Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Atatürk Mərkəzi şumerşünas alim Arif Əliyevin “Şumer dastanları” kitabını çap edib. Bu barədə APA-ya mərkəzin baş redaktoru Dəyanət Osmanlı məlumat verib. O bildirib ki, mərhum alimin 32 illik tədqiqlərinin nəticəsi olan kitabda bir sıra görkəmli mütəxəssislərin Xet, Xurrit və Nineviya mənbələrindən tapıb oxuya bildikləri lövhələr, damğalar, freska və fraqmentlərdən istifadə olunub.



Sevinc Çılğın. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Şubat, 2008

 UŞAQLIĞIN SON GECƏSİ
Səhərə qədər tövlədə qalıb. Bir az hay-həşir salıb taxta qapını döyəcləyib. Sonra yuxu aparıb bədbəxti. Sübh namazı vaxtında gecəni narahat yatan gözətçi tövləyə yollanıb. Qapını açıb, içəri girib. Uşağı samanlığın altından çıxarıb yuxulu-yuxulu qucağına almağa çalışıb. Uşaq da kişinin təmasından diksinib qaçmaq istəyib. Gözətçi birtəhər uşağa başa salıb ki, Mahmud döyül, mənəm. Handan-hana [...]



Yaşar Nurinin səhhəti pisləşib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Şubat, 2008

Aktyor Türkiyəyə aparılıb
Xalq artisti Yaşar Nurinin ailəsi səhhətində ciddi problemlər yaranan aktyorun müalicəsini Türkiyədə davam etdirməyə qərar verib.
Dünən Y.Nuri İstanbulun “Memorial” xəstəxanasına yerləşdirilib. Qaraciyər serrozundan əziyyət çəkən Y.Nurini müayinə edən “Memorial”ın həkim-cərrahı Koray Acarlı ANS-ə bildirib ki, aktyorun hansı diaqnozla müalicə oluncağı bir sıra müayinələrdən sonra bəllli olacaq.



Qəşəm Nəcəfzadə. Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Şubat, 2008

qesemnecefzade@mail.ru
Ev əşyaları…
Otuz illik soyuducunun əsas arzusu
Otağın o biri başına adlamaqdı.
Tırıldayır bax
Trıldamaq darıxmaqdı.



Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin 100 illiyi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Şubat, 2008

 Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin 100 illik yubileyi keçiriləcək. Bu barədə Dövlət Film Fonudunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib.



Yazıçılar Birliyinin saytı yenidən hazırlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Şubat, 2008

Texniki səbəblər üzündən 9 dekabr 2007-ci il tarixdən fəaliyyəti dayandırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytında aparılan yenidənqurma işləri başa çatıb. AYB-nin katibi Rəşad Məcidin  bildirdiyinə görə, birliyin internet ünvanının bərpası yerli mütəxəssislər tərəfindən həyata keçirilib:



“Grammy” mükafatının növbəti təqdimat mərasimi keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Şubat, 2008

 ABŞ prezidentliyinə namizəd Barak Obama “Ən yaxşı audio-hekayə” nominasiyasında mükafat alıb
Los-Ancelesdə “Grammy” mükafatının sayca 50-ci təqdimat mərasimi keçirilib. “Grammy”nin laureatı adına layiq görülənlər arasında rusiyalı dirijor Yuri Başmet və “Solistı Moskvı” ansamblı da var. Britaniyalı müğənni Emi Uaynhausun ifa etdiyi “Rehab” adlı kompozisiya “İlin mahnısı” seçilib. Bundan əlavə, E. Uaynhaus “Pop kompozisiyasının ən yaxşı qadın [...]



Çingiz Aytmatov bu ay Bakıya gəlir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Şubat, 2008

KultAz: Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin təşəbbüsü ilə dünya şöhrətli yazıçı, Azərbaycan xalqının yaxın dostu Çingiz Aytmatov fevralın sonunda Bakıya gələcəkdir.



“Azərbaycan xalq nağılları” alman dilində- II nəşr

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Şubat, 2008

KultAz: Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə avstriyalı azərbaycanşünas Liliane Qrimmin tərcümə etdiyi “Azərbaycan xalq nağılları” kitabının alman dilində ikinci nəşri çapdan çıxıb.
Berlində “Verlag Dr. Köster” nəşriyyatı tərəfindən nəfis tərtibatda nəşr edilən kitabda 17 Azərbaycan xalq nağılı və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsili toplanıb.



“Azərbaycan və dünya ədəbiyyatı” silsiləsindən kitablar çap olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 11 Şubat, 2008

KultAz:  “Çaşıoğlu” nəşriyyatında “Azərbaycan və dünya ədəbiyyatı silsiləsi” çərçivəsində daha bir neçə kitab çap olunmuşdur.



Bir həftəlik azadlıq

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 11 Şubat, 2008

Qan Turalı
qan_tural@yahoo.com
Gürcüstan səfərindən qeydlər
Kultaz: Təqdim etdiyimiz bu səfər reportajı bir neçə məqama görə çox maraqlıdır. Neftsiz Gürcüstan və zəngin Azərbaycan, həmçinin iki qonşu, amma fərqli kültürlərə sahib xalqlar arasında müqayisə imkanı yaradır. Əlbəttə, müəllifin bəzi fikirləri subyektiv görünə bilər, amma dəqiq müşahidələr, müqayisəli üslub bizi də sanki müəlliflə birgə Batuminin, Tbilisinin küçələrinə götürür. Sanki hər [...]