İlə görə arxiv: Şubat 2008


Gülər Sadıqova. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Şubat, 2008

İncisaçın nəğməsi
O rəqs edirdi. Küləyi ifadə edirdi. Hər dəfə çiyinlərinə toxunanda saçlarından incilər tökülürdü. Bu dəfə alovu ifadə edirdi. Döşəmədə bir xeyli inci toplanmışdı. O isə dayanmadan rəqs edirdi. Çox yoruldu və dayandı. Otağın qapısı açıldı. Türkan ana yemək gətirmişdi. Yeməyi qoz ağacından stolun üstünə qoyub sürünə-sürünə yerə tökülmüş inciləri yığmağa başladı. İncisaç ona məhəl [...]



Ədəbiyyatımızın internetdə təbliği ləng gedir

Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 10 Şubat, 2008

Cavid Cəfərzadə: “Yeni təsis etdiyimiz “Nəsimi” mükafatı ölkəmizdə analoqu olmayan ədəbi triumfdur”
Müsahibimiz Lit.az ədəbiyyat portalının rəhbəri Cavid Cəfərzadədir
- Lit.az yarandığı qısa zaman ərzində oxucular arasında ciddi nüfuz qazandı. Ümumiyyətlə, sayt barədə ideya necə yaranıb?
- Biz Lit.az-ı yaradarkən milli İnternet seqmentində ədəbiyyatla bağlı resurslar yox dərəcəsində idi. Və bu boşluqdan infokommunikasiya sahəsinin mütəxəssisləri, eyni zamanda ədəbiyyatsevərlər [...]



Cəsur ürək

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 10 Şubat, 2008

Elnur Astanbəyli
Azərbaycan ədəbiyyatı dünya üçün deyil. Bunu nənəm də bilir. Səbəb çox sadədir – Azərbaycan yazıçısının içi çox balacadır. Ora yalnız prezidentdən Şəhidlər Xiyabanında yeni mənzilinə unitaz istəmək qədər cılız hisslər sığışa bilər. Azərbaycan yazıçısı indiyədək öz əsərlərinin arxasında gizlənib oxucunu aldatmaqla məşğul olub. Amma dünya oxucusu Azərbaycan oxucusu deyil axı, Azərbaycan oxucusu qədər avam [...]



Yaradıcı gənclərə qarşı laqeydliyin növbəti nümunəsi

Yazar: Admin | Bölmə: Kino | Tarix: 10 Şubat, 2008

Fransadan dəvət almış rejissor filmini ora apara bilmir
  
Ölkədə yaradıcı gənclərə qarşı laqeyd münasibət dəyişmir. Son bir ayda onların aidiyyatı olan qurumlardan şikayətləri daha da çoxalıb. Kollektivi gənclərdən ibarət olan Bakı Kamera Teatrını binasız qoydular, “Kontempo” solist qrupu Türkiyədə keçirilən musiqi festivalına qatıla bilmədi. Bu günlərdə isə Fransanın “Kelermon -Ferron” beynəlxalq kino festivalına dəvət almış gənc [...]



Məmməd İsmayılın yeni kitabı təqdim olundu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Şubat, 2008

Kitaba şairin son illərdə yazdığı şeirləri toplanıb
  
KultAz: Dünən Atatürk Mərkəzində görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yeni kitabının təqdimatı keçirilib. “Yoxun varlığı” adlanan kitabda şairin son illər yazdığı şeirləri toplanıb. Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov Məmməd İsmayılın yaradıcılığı, Azərbaycan poeziyasındakı yeri ilə bağlı geniş məlumat verib.



Əkrəm Əylisli yeni roman yazıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Şubat, 2008

KultAz:Yazıçı, millət vəkili Əkrəm Əylisli uzun müddət idi ki, yeni roman üzərində işlədiyini deyirdi. Bu günlərdə isə Əkrəm müəllim romanını tamamlayıb. Yazçı yeni əsərinin “Daş yuxular” adlandığını bildirib.
Romanın çapının bir müddət gecikəcəyini deyən Ə. Əylisli bunu əsər üzərində işinin bitməməsi ilə izah edib: “Romanı tamamlasam da, onun üzərində əl gəzdirməyə ehtiyac var. “Daş yuxular” hələ [...]



Qayaüstü incəsənəti haqqında kitab

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Şubat, 2008

Qobustan Qoruq Muzeyinin direktoru Məlahət Fərəcova Azərbaycanın qayaüstü incəsənəti haqqında kitabı üzərində işi başa çatdırıb. Bu barədə TrendLife-a özü xəbər verib:



Bu gün «İrs» folklor ansamblının 30 illik yubileyi tamam olur

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Şubat, 2008

30 il bundan əvvəl «İrs» folklor ansamblı yaradılıb. Bu barədə müxbirimizlə söhbətində Xalq artisti, tarzən, professor Ramiz Quliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən «İrs» folklor ansamblı unudulmaqda olan rəqslərin, mahnıların, musiqi alətlərinin üzə çıxardılıb, yaşadılmasında böyük xidmətlər göstərib. Əgər ansamblın yaradıcısı bəstəkar Rəşid Nəsiboğlu olubsa, indi ona [...]



Dalğa Xatınoğlu. Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Şubat, 2008

Anam
Anamı sorsanız,
Köylü bir qadınmış derlər
məktəbə getməmiş heç zaman
Ürəyi vəbalı anam.
Adının cizgisini çəkirkən
Nöqtəsini unudardı qaliba
Dodağı qaçardı – bir gülümsəyə
Damğası söyüd budağı tək
Başı zavallı anam.
Min doqquzyüzunudulmuşuncu il…



Şair Tofiq Həsənli Zemfira Əlişqızı ilə şeir davasına qalxıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 09 Şubat, 2008

Şair Tofiq Həsənli TrendLife-a verdiyi açıqlamada bildirib ki, şairə Zemfira Əlişqızı onun şeirlərinə sahib çıxır. 2000-ci ildə bir məclisdə tanış olan hər iki yazar bu gün müəlliflik hüquqlarının mübahisəsinə başlayıb. Tanış olduqları zaman Zemfira Əlişqızı Tofiq Həsənlinin şeirlərini bəyəndiyini deyərək onlardan bir neçəsini istəyib.



Mövlana tam anlamında postmoderndir!

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 09 Şubat, 2008

Kütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümdür
Eyvaz Taha
Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq [...]



Gəncə oxucularına 10 min nüsxədən artıq kitab hədiyyə olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Şubat, 2008

Kultaz: Ötən il Gəncə Mərkəzləşdirilmiş şəhər Kitabxanasına Azərbaycan dilində latın qrafikası ilə nəşr olunan ölkə  və xarici ədəbiyyat nümunələri verilib.
Bu haqda kitabxananın şöbə müdiri Gülnaz İsgəndərova məlumat verib. Müsahibimiz bu prosesin ölkə prezidentinin 2004-cü ildə məlum 56 saylı aprel sərəncamına uyğün olaraq həyata keçirildiyini bildirdi:



“GECƏ KANALI”nı İRAN TELEVİZİYASINDA BƏRPA ETMƏK İSTƏYİRİK”

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 08 Şubat, 2008

Həmid Herisçi: “Orada işləmək əyalət xarakterli Bakıda çalışmaqdan daha münasibdir”
Uzun müddət televizyonçu kimi fəaliyyət göstərən Həmid Herisçi-İlhamiyyə Rzayeva cütlüyü İrana köçməyə hazırlaşır. Ölkəmizdə peşəkar fəaliyyətə şərait olmadığından şikayətlənən H.Herisçi bizimlə söhbətində bu addımları ətrafında yaranan suallara da aydınlıq gətirdi. Müsahibimiz öncə İran televiziyasında işləmək qərarını necə verdiklərindən söz açdı.
- Siz bilirsiniz ki, biz mübariz insanlarıq. [...]



Ustad Vaqif Mustafayev:

Yazar: Admin | Bölmə: Kino | Tarix: 08 Şubat, 2008

Milli mədəniyyətimizin liberal-intellektual kinofilosofu
Aydın Xan (Əbilov)
YYSQ sədri, yazıçı-kulturoloq
1988-ci ildən Vaqif Mustafayevin yaradıcılığını diqqətlə izləyirəm: filmdən-filmə çağdaş Azərbaycan və dünya ictimai-estetik, humanitar-kulturoloji düşüncəsinə gətirdiyi, mahiyyət etibarilə daha çox kino-fəlsəfəni xatırladan fərqli-fərdi çalarları gördükcə, “Onun haqqında mütləq yazmalıyam!” fikirləşsəm də, gözləməyi, daha yeni yaradıcılıq uğurları ilə tanış olandan sonra bu kulturoloji istəyi gerçəkləşdirmək niyyətində idim…



“Azərbaycan folkloru” külliyyatı daha 9 cilddə işıq üzü görəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Şubat, 2008

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşrə hazırladığı yüz cildlik “Azərbaycan folkloru” külliyyatının bu il daha 9 cildi işıq üzü görəcək. Bu cildlərin 4-də nağıl, 5-də dastanlar yer alacaq. AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov



Fransada XVII əsrdən qalmış qəsrdə Azərbaycana aid abidələr tapılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Şubat, 2008

Fransada XVII əsrdən qalmış qəsrdə araşdırma aparan arxeoloqlar SSRİ dövrünə aid abidələr tapıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, zirzəmiyə atılmış çoxlu sayda 2,5-3 metrlik heykəllər və heykəl qırıqları arasında Azərbaycanla Ermənistana adi olanlar da var.



Muğam Teatrı fəaliyyətini müvəqqəti dayandıracaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Şubat, 2008

Muğam Teatrı əsaslı təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracaq. Bu barədə APA-ya teatrın direktoru Arif Qazıyev məlumat verib. Onun sözlərinə görə, martda başlanacaq təmir işləri bir ay davam edəcək. Təmir zamanı teatrın fasadı yeni üsulda quraşdırılacaq: “Əsaslı təmir əsasən fasadın dəyişdirilməsi ilə bağlıdır.



Gənclərin kino günlərinə hazırlıq gedir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Şubat, 2008

Gənclərin kino günlərində təqdim olunacaq filmlərin siyahısı artıq hazırlanıb. Teatr Xadimləri İttifaqında baş tutacaq kino günləri fevralın 15-də Yusif Quliyevin rejissorluğu ilə ərsəyə gələn “Qrinviç meridanından kənarda” filmiylə başlayacaq (OLAYLAR İA).



“Dua” filmi xarici dilə tərcümə olunacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Şubat, 2008

“Salnamə” studiyası dövlət sifarişi ilə “Dua” adlı sənədli film istehsal edib. Artıq çəkilişləri başa çatan və on iki dəqiqədən ibarət olan bu film xarici dilə də tərcümə olacaq. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru isə Ziya Şıxlınskidir. Adıçəkilən filmin bu yaxınlarda təqdimat mərasimi olacaq.



İki karikaturaçımız Çində mükafat alıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Şubat, 2008

Çinin Şanxay şəhərində keçirilən Beynəlxalq Karikatura müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətindən “Olaylar”a verilən məlumata görə, 2008-ci ildə Çində keçiriləcək XXlX Yay Olimpiya oyunlarına həsr olunmuş müsabiqədə dünyanın bir çox ölkələrindən minlərlə karikaturaçı rəssam iştirak edib.