İlə görə arxiv: Şubat 2008


Bakı Uşaq Teatrı hər həftə pulsuz tamaşalar göstərəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Şubat, 2008

Bakı Uşaq Teatrı yeni tamaşa hazırlayır. Ssenari müəllifi Arzu Soltan olan bu tamaşanın adı “Xaş xaşın göz yaşları” adlanır.
Bundan başqa teatrın kollektivi Səbail İcra Hakimiyyəti ilə birlikdə bir layihə həyata keçirir. Belə ki, bu aydan başlayaraq mayın 28-dək Bakı Uşaq Teatrı hər həftə balaca tamaşaçıları üçün pulsuz tamaşalar göstərəcək.



Azərbaycanda ziyalı problemi

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 06 Şubat, 2008

Seymur Baycan
Bəlkə də sovet şairləri pafosla şair obrazını həddən ziyadə şişirtdikləri üçün bu gün biz şeir yazan, roman qaralayan yazar tayfasından göstərə biləcəklərindən daha artıq cəsarət tələb edirik. Tez-tez tənqid və təhqir olunurlar. Susurlar. Bu tip yazılar olsa-olsa adı hallanan adamların bir az qanın qaraldır. Vəssalam. Artıq yazıya öyrəşiblər. İmmunitet yaranıb. Xalq dilində desəm, üzləri [...]



Orhan Pamuk, “İSTANBUL: Xatirələr və Şəhər” –V fəsil

Yazar: Admin | Bölmə: Roman | Tarix: 05 Şubat, 2008

AĞ-QARA
Əvvəli burada
Uşaqlığımın İstanbulunu ağ-qara şəkillər kimi iki rəngli, yarıqaranlıq, qurğuşun rəngli yer kimi yaşadım və belə də xatırlayıram. Böyük bir muzey-evin yarıqaranlığında böyüməyimə baxmayaraq, evə çox bağlı olmağımın da bunda payı vardır. Küçələr, prospektlər, uzaq məhəllələr mənə eynilə ağ-qara qanqster filmlərində olduğu kimi təhlükəli yerlər kimi görünürdü. Hər zaman İstanbulun qışını yayından daha çox sevmişəm. [...]



Məşhur “Əli və Nino” əsəri Banqladeşdə işıq üzü görüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Şubat, 2008

Məşhur “Əli və Nino” əsəri Banqladeşdə işıq üzü görüb. Bu barədə APA-ya “Azerbaijan İnternational” jurnalının redaktoru Betty Blair məlumat verib.
Xanım Blair yerli tərcüməçi Bülbür Sərvərə istinadən bildirib ki, Banqladeşdə keçirilən kitab sərgisinin ilk günündə “Əli və Nino” əsərinin 22 nüsxəsi satılıb.



Caz Mərkəzində xeyriyyə konserti oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Şubat, 2008

Bu günlərdə Bakı Caz Mərkəzində xeyriyyə konserti keçirilib. Konsertdən əldə olunan gəlir iki yaşlı qızın əməliyyat hesabına köçürülüb (OLAYLAR İA).



Afişa: “AzDrama”nın fevral repertuarı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Şubat, 2008

02.02.2008. ÖLÜLƏR.  C.Məmmədquluzadə  15.00 
03.02.2008. ALIN YAZISI. T.Minnullin 19.00 
08.02.2008. XURŞİDBANU NATƏVAN İ. Əfəndiyev 19.00
10.02.2008. DİRİLƏN ADAM Mir Cəlal 19.00



Cavidan. Saz sənəti, yoxsa aşıq peşəsi?

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 04 Şubat, 2008

Mən hələ donuz ilindəki səhərlərin birində Lider telekanalında qonaq  olan Aşıq Əhlimanın 
Azərbaycan – o bir ana,
Gündə girir min cür dona…
mahnısını eşidib sözün həqiqi mənasında hövüllənəndə  barmağımı dişləmişdim ki, eyvah, bu sənətin də içərisinə girişib əməlli-başlı bir iməcilik etmək zamanı gəlib çatmışdır…
Söhbət təbii ki, aşıq sənətindən gedir…



Tənqidin tənqidi

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 03 Şubat, 2008

Qan Turalı 
qan_tural@yahoo.com
Tənqidçilər nə iş görür?
Azərbaycanca az qala bütün yazıçı və şairlər eyni amanda “yazıçıçıq” və “şairciyəzlər”  müsahibələrində təniqidin yoxluğundan danışırlar. Bütün bu deyilənlərdə bir həqiqət payının olduğunu da demək lazımdır.  Doğrudan da bu gün bizdə tənqid deyilən bir şey yoxdur, bunun əvəzində ədəbi mühitdə “muzdlular” fəaliyyət göstərir. Onların bilikləri çoxdan köhnəlib. Lakin önəmli olan cəsarətdir. [...]



BUŞ ORXAN PAMUKU OXUYUR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Şubat, 2008

KultAz: Corc Buşun xanımı Laura Buş, Orxan Pamukun “Mənim adım Qırmızı” adlı romanını oxuduğunu və kitabı çox bəyəndiyini bildirib.
Amerikanın Fox News xəbər televiziyası bildirir ki, Amerika prezidenti Corc Buşun  xanımı Laura Buş hal- hazırda Nobel ədəbiyyat mükafatçısı, yazar Orxan Pamukun “Mənim adım Qırmızı” adlı romanını oxuyur.



Azərbaycan dili dublyajdan başlamır

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 03 Şubat, 2008

Televiziya və Radio Yayım Şurasının 2008-ci il yanvarın 1-dən Azərbaycanın teleməkanında bütün veriliş və filmlərin ana dilində yayımlanması barədə qərarını çoxumuz dəstəklədik. Bu dünya təcrübəsində özünü doğrultmuş qərardı. Dövlət dili bütün televiziyalar üçün məcburidir, çünki televiziya ən kütləvi informasiya vasitəsidir və əhalinin bütün təbəqələrini əhatə edir. Onun yayım və texniki imkanları daha geniş, daha təsiredicidir. [...]



Aydın Xan- “Qaynar Qazan” verilişinin aparıcısı (FOTO)

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Şubat, 2008

Kultaz: Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, portalımızın yazarı, yazıçı-kulturoloq Aydın Xan bu gün ANS-in efirində “Qaynar Qazan” verilişinin aparıcısı qismində çıxış etdi.
Güman ki, ANS-in bu addımı Gənclər Günü ilə bağlı idi.



“Nəsimi” Milli Ədəbiyyat Mükafatı təsis edildi

Yazar: Admin | Bölmə: Müsabiqə | Tarix: 02 Şubat, 2008

“Nəsimi” Milli Ədəbiyyat müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və dəyərləndirilməsi, eləcə də cari ildə çap olunmuş dəyərli əsərlərin qiymətləndirilməsi məqsədilə yaradılıb. Bu ədəbi müsabiqənin təsisçiləri “Kultaz.com” və “Lit.az” portallarıdır.
Müsabiqə il boyu iki mərhələdə davam edir.



A.Ugur Olgar. Siz heç muğam dinlədinizmi?

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 02 Şubat, 2008

Kənardan özümüzə baxmaq, – bu kənar dediyimiz dost və qardaş ölkə Türkiyə olsa belə məncə çoxları üçün maraqlı olar. Bunu düşünərək bir Azərbaycan vurğunu, əslən azərbaycanlı olan A.Ugur Olgarın «Andız» jurnalının 12-ci sayında dərc olunmuş yazısını dilimizə uyğunlaşdıraraq sizlərə təqdim edirəm
           Aslan Quliyev                       
Siz heç muğam dinlədinizmi?
                                          
Texnolojinin yararlarını inkar eləməmək gərəkdir. Digital duyğu alıcılarının verdiyi imkanla [...]



Vaqif Təriflinin tənqidi

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 01 Şubat, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Ölkənin ən adlı-sanlı falçısından tutmuş ən SMS-li meyxanaçısınadək çoxları haqqında tərifli kitablar bağlamış tənqidçi Vaqif Yusifli bir az əvvəl Türkiyədə nəşr olunan «Kardeş kalemler» adlı dərgidə «Şiir və zaman» adlı bir yazı dərc etdirib. Dərgi təsadüfən əlimə düşdü və Vaqif müəllimin «Azerbaycanda 2006 yılının şiir manzarası» altbaşlığı ilə dərc etdirdiyi məqaləni oxuyub «hər təsadüfdə [...]



Aqil Abbas: “Dolu” romanındakı obrazların heç birini özümdən uydurmamışam”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 01 Şubat, 2008

“Azərbaycan” jurnalının son sayında Qarabağ savaşından bəhs edən “Dolu” romanının müəllifi yazıçı Aqil Abbasla müsahibə
- Azərbaycan ədəbiyyatında yazılanlara reaksiya verilmədiyi, böyük mənada oxucunun yoxa çıxdığı zamanda “Dolu” romanını yazmaq bu qədərmi vacib idi?
- Oxucuların sayı azala, ya çoxala bilər, amma onun tam yoxa çıxması ilə bağlı deyilənlərlə razılaşmıram. Şəxsən mən roman və povestlərimdən tutmuş , [...]



Xorxe Luis Borxes. “Disk”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Şubat, 2008

Mən meşəqıranam. Adımı bilməsəniz də olar.
İçində dünyaya göz açdığım və yəqin ki, elə oradaca həyatdan uzaqlaşacağım taxta daxma meşənin lap kənarında yerləşir.
Söyləyirlər ki, bu meşə dünyanı əhatə edən və mənimkinə oxşar taxta komaların qarşısını kəsən dənizə qədər uzanır. Fəqət mən heç vaxt o dənizi görməmişəm, onun barəsində də aydın təsəvvürüm yoxdur. Mən heç meşənin əks [...]



Aydın Xan (Əbilov). “X.L.Borxes: XX əsr ədəbiyyatının sirli mayakı” (Esse)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Şubat, 2008

Xorxe Luis Borxes: kimsə ona şair deyir, kimsə esseist; kimsə ona biblioqraf deyir, kimsə mifoloq; kimsə ona nasir deyir, kimsə kitabxanaçı… kulturoloq… filoloq… naşir… antologiya tərtibçisi … yeni ədəbi janr və istiqamətlərin banisi…
Mənsə ancaq onu bilirəm ki, tanıyandan sonra Borxesi br neçə dəfə itirdim: onun kiçik bir hekayəsini üç dəfə tərcümə etdim: ilk dəfə birbaşa [...]