Qaynar xəbər portalı

CavidanAXI MƏN SƏNİ SEVİRƏM…

…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…
Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər…
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər… Davamı…


Teatr                              İbrus Teatrı

04.04.08- Jan Kokto “Tək səs” tamaşası
18.04.08- R. İbrahimbəyov “İvan Buninin sonuncu döyüşü” tamaşası
25.04.08- R. İbrahimbəyov “Arabir görüşməyə kişi axtarıram” tamaşası Davamı…


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 90-cı ildönümü ilə əlaqədar “Azərbaycan xalqının faciəvi tarixi səhifələri” mövzusunda ədəbiyyat sərgisi təşkil olunub. APA-nın məlumatına görə sərgidə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan bəhs edən müxtəlif dillərdə çap olunan 300-dən çox ədəbiyyat nümayiş etdirilib. Davamı…


RəbiqəNovruz

Şəkərbura, paxlava, qoğal,
Papaqatma, yuxuyozma, fal
səməni, şam, qaralı plov,
və həyətdə ucalan alov
deyilmiş,
həm də bir gün sonra köhnələn
günmüş Novruz… Davamı…


Rovşən NaziroğluDedim-dedi
və ya paşol k çortu, Əruz!

“Qönçə-dəhan” bakirə qız deməkdir. Ustad dedi, mən eşitdim. Fikirləşdim. Birdən yadıma düşdü ki, bizim köhnə məhəllədə qeyrət inspektoru Bəkirin şırtısı çıxmış qızı Laləyə də məhlə uşaqları nədənsə “qönçə-dəhan” deyir. Lalə ayağı sürüşkənin dal ayağıdır. Bir də lap əlinə əl dəyməmiş olsa belə, bu qönçə-dəhan sözü yaraşmır axı Lalənin ətli, qalın dodaqlarına. Burda, əlbəttə, bir sirri-müəmma gizlənib. Yoxsa o boyda ustadi-əruzxan boş yerə soz deməz. Ustadla sağollaşıb çaparaq çatdırdım özümü məhəlləyə. Qalxdım pillələri, döydüm qapını. Davamı…


KultAz: “Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı  olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar  S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad  və başqa gənc ədiblər bu poeziya ocağına gələrək yeni şeirlərini oxumuş və buradan parvazlanaraq böyük sənət yollarına çıxmışlar. Adlarını çəkdiyimiz şairlər ayrı-ayrı vaxtlarda bu məçlisə rəhbərlik etmişlər. Davamı…


Sevinc PərvanəBəxtsiz gəlincik

ərköyün uşaqlığımda
qollarını qopardığım
gözlərini çıxardığım
saçlarından yapışıb
yerlə sürüdüyüm
çılpaq bədənini görmək marağıyla
paltarını cırıqlayıb tökdüyüm Davamı…


TeatrƏkbər Qocayev

Teatrın vətəni qədim Yunanıstandır. Yunan dilində “tamaşa yeri” mənasını verir.
Yunanıstanda qədim zamanlarda şərabçılıq tanrısı Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Davamı…


“Bu gün Bakı Bulvar İdarəsi Dənizkənarı Milli Parkda yerləşən Bakı Uşaq Teatrının iki otağından birini əlindən alıb. İdarənin əməkdaşları otağın açarını sındırıb, içəri daxil olublar”. Bunu APA-ya teatrın direktoru İntiqam Soltan deyib. O bildirib ki, teatrın 60 nəfərə yaxın kollektivi hazırda bir otağa sıxışdırılıb. Davamı…


“Anar 60-cı illərin ən parlaq və ziyalı nümayəndələrindən biridir. Mən özümü də fəxrlə həmin nəslin nümayəndəsi hesab edirəm.” Bunu dünya şöhrətli yazıçı Çingiz Aytmatov Azərbaycanın xalq yazıçısı Anarın 70 illik yuibileyi münasibəti ilə “Literaturnaya qazeta”da dərc etdirdiyi “Yaxın qələm yoldaşım” məqaləsində bildirib. Davamı…


«Bakıda mənim yubiley ilim start götürdü, Astanada isə davam etdi». Bunu  Astanada jurnalistlərlə söhbətində yazıçı Çingiz Aytmatov deyib.
“Bakı çox gözəl şəhərdir. Orada olanda bir daha hiss etdim ki, türk dünyası yaradıcılığıma necə böyük simpatiya və xüsusi diqqət göstərir”, - deyə Aytmatov 80 illik yubileyi münasibəti ilə Qırğızstanın Astanadakı səfirliyində keçirilən qəbulda bəyan edib. Davamı…


Şərqin ilk opera yazan qadın bəstəkarı, Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib.
Bəstəkarın ailəsindən APA-ya bildirilib ki, bu gün səhər Ş.Axundova yıxılıb və ayağı əzilib. Onun yıxılmasına səbəb isə özünü pis hiss etməsi olub. Davamı…


Kənan HacıFələk sənə bir çarpayı qurub
fil qulağında
nimdaş bir xəyalı başına çəkib
retro yuxular görürsən
ayılacaqsan, bilirəm,
qarışqa ayağını qıdıqlayanda… Davamı…


Elnur Astanbəyli
molodoy25@box.az

«Ölkə başçısından təqaüd almağa bizim də haqqımız var». Kimdir bu sitatın müəllifi? Elçin Hüseynbəyli? Yox. Səlim Babullaoğlu? Qətiyyən. Əsəd Cahangir? Əsla. Qəşəm Nəcəfzadə? Tapmadınız. Bəs kim? Rasim Qaraca! Allah qoymasa, Azad Yazarlar Ocağının başqanıdır. Artıq onun da könlündən təqaüd keçir. Həm də təkcə onun yox, ətrafındakıların da. Dünənədək Anarı, Elçini, Zəlimxanı, Bəxtiyarı, Qabili, Fikrət Qocanı hakimiyyətdən ummaqda ittiham edən bir qurum və onun başqanı indi təqaüd peşindədir. Təminat varmı ki, bu gün təqaüd istəyən sabah fəxri ad, birisigün Şəhidlər Xiyabanında prezidentdən unitaz istəməyəcək? Davamı…


Tükəzban İsmayılova85 yaşında dünyasını dəyişən müğənni uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi

Azərbaycan mədəniyyətinə və ictimaiyyətinə ağır itki üz verib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, musiqi tarixmizin korifeylərindən biri Tükəzban İsmayılova vəfat edib.
Xatırladaq ki, “Şöhrət” oredenli müğənninin 85 yaşı var idi. Davamı…


Seymur VerdizadəÖl­kə­də yal­taq­lıq küt­lə­vi hal al­ma­ğa baş­la­yıb. Yax­şı ya­şa­maq, və­zi­fə, şan-­şöh­rət qa­zan­maq is­tə­yən hər kəs gül ağ­zı­nı açıb, məd­hiy­yə de­yir. Ar­tıq bu cür çı­xış­lar in­san­lar­da ik­rah his­si do­ğur­mur. Yal­taq­lıq, in­di çox­la­rı­nın hə­yat tər­zi­nə çev­ri­lib.
Bu günlərdə mətbuatda ma­raq­lı bir in­for­ma­si­ya dərc edi­lib. Mə­lu­ma­ta gö­rə, 2007-­ci ilin ye­kun­la­rı ilə bağ­lı Sə­ba­el ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin ke­çir­di­yi he­sa­bat xa­rak­ter­li top­lan­tı­da in­si­dent baş ve­rib. Bu­na sə­bəb Kuk­la Te­at­rı­nın di­rek­to­ru Rəh­man Əli­ye­vin mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­ye­vin ün­va­nı­na həd­dən ar­tıq xoş söz­lər söy­lə­mə­si olub. R.Ə­li­ye­vin de­di­yi “Bi­na tə­mir olu­nan müd­dət­də mən həf­tə­nin ikin­ci və be­şin­ci gün­lə­ri te­at­rın ət­ra­fın­da çə­kil­miş ha­sa­rın qar­şı­sın­da da­ya­nıb, na­zi­ri­mi­zin ora gə­li­şi­ni göz­lə­yir­dim. Bu, mə­nə ruh ve­rir­di” söz­lə­ri Ə.­Qa­ra­ye­vin səbr ka­sa­sı­nı da­şı­rıb. Davamı…


Sevinc Çılğın– elə bilirdim
yo mən elə-elə bilirdim
ya da mən heç nə bilmirdim…
hıq…
–… Davamı…


Usaq16-18 il öncə yazılmış şeirlərim düşdü əlimə. Varaqladım. Qəribə hisslər… Heç bir iddiasız onlardan bəzilərini paylaşmaq istədim. Düşündüm ki, yəqin dostlara da maraqlı olar 14-16 yaşımda yazdıqlarım… Hərdən sadəcə gülümsəmək lazımdır…

Alça çiçəyini küləklər yolub
donubdu üzündə süd təmizliyi.
Mənim də payıma bir külək düşüb,
məni də yolacaq- hələ gözləyim!

Ya qara ölümnən, ya tək gələcək,
alnıma son qırış- bu külək düşüb.
Mən ölsəm, yanğıyla kimsə deyəcək:
“Alça ağacından bir çiçək düşüb” Davamı…


Türk yazıçısı Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatınını alandan sonra İsveç turistlərinin Türkiyəyə və xüsusilə də İstanbula maraqları artıb.
Türkiyənin İsveç Səfirliyi Tanıtma Müşaviri Aybala Dağaşan, İsveçdən Türkiyəyə gələn turist sayının nəzərə çarpacaq şəkildə artdığını söylədi. “İsveçlilərin Türkiyəyə maraqlarının artmasında Orxan Pamukun Nobel Ədəbiyyat Mükafatı alması müzakirəsiz bir faktordur” - deyən Aybala Dağaşan, İsveçlilərin çox kitab oxuduqlarını da vurğulayıb. Davamı…


AslanQara qarğa

Alma ağacına qonub qarıldayan qara qarğanın səsinə yuxudan oyandı. Nəhs gün olacaqdı, sınamışdı, qara şeytan sübhdən gəlib qarıldadımı, başına bir iş gəlməliydi. Əhvalı korlanmışdı, uğursuzluq baş verməsə də, qaşqabağı açılmırdı. Bəd xəbər gözləyən adam kimi səksəkədəydi. Günortadan sonra «İldırım» qəzetinin müxbiri gəldi, onun haqqında yazı yazmaq istəyirdi. Yalnız bundan sonra sakitləşdi. Bu kişi durub Bakıdan bura, ucqar əyalət qəsəbəsinə məhz ona görə təşrif gətirmişdisə, nəhs günü unutmaq lazım gəlirdi. Davamı…


sonrakı səhifə »