Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondundan maraqlı layihə
KultAz: İş adamlarının ciddi mədəni proseslərə dəstək verməməsi haqqında çox yazmışıq. Deyəsən buzlar əriməyə başlayıb. Belə ki, Ukraynada çalışan azərbaycanlı iş adamı İlqar Abbasova məxsus “Polissiya” şirkətinin təsis etdiyi Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu bu mənada nümunəvi addım atıb.
Fond ilkin olaraq, “Azərbaycan nağılları”nı ukrayna dilinə tərcümə etdirərək, kitab halında dərc edib. Martın 3-də isə Kiyevdə görkəmli bəstəkar Qara Qarayevin 90 illiyi ilə bağlı bəstəkarın əsərlərindən ibarət konsret təşkil ediləcəkdir.
İndi isə daha geniş bir layihəyə start verilib: «GUAM ölkələri gənc yazıçılarının 1-ci Beynəlxalq Bakı görüşü».
Göründüyü kimi, Fondun ilk işi məhz sözlə bağlı olub. Niyə məhz ədəbiyyat? Davamı…



Bölmə: 





