Qaynar xəbər portalı

Kitab dünyası


Murad Köhnəqala- Alo, salam Diliş, necəsən? Ağız, bayaqdan “zanit” gedir, kimnən danışırdın?
- Heç, elə-belə mama zəng eləmişdi, yoldaşımın halını soruşurdu.
- Boy az, nolub ki, yoldaşına?
- Ağız, başımıza əməlli-başlı iş gəlib. Dünən “Eşqin alovu” serialına baxırdım, nə bilim, həyəcanlanmışam, televizorun səsini qaldırmışam. Telefonda da Samış öz sinif yoldaşıyla danışırdı. Bunlara məktəbdən təzə forma sırıdılar axı, hə. İndi deyir bu mənə yaraşmır, pis tikiblər, nə bilim rəngi pisdi. - Əşi, neyləsin, uşaqdı da yəqin xoşuna gəlmir, danlama onu, hə…
- Yox ey, yox. Danlayıb-zad eləmirəm. Mənim də bu məktəb direktoruna acığım tutur ki, ay yemişbaş, pulu zorla yığdırmısan, burnundan gəlsin, heç olmasa qəşəng bir şey tikdirəydin daa…
- Hə də. Bir yandan nazir deyir heç kimi məcbur eləməyin, o biri yandan çağırıb paltar pulu istəyir… Ağız, kişiyə nə olub ee, ondan danış…
- Onu deyirəm dəə, Samış telefonda qızlarla məktəbli formasından danışıb, telefon olub “zanit”, mən də otaqda seryala baxmışam. Kişi gecə qayıdıb evə, qapının zəngini basıb, eşidən olmayıb. Mobilnən evə zəng eləyib - telefon “zanit”. Bir saat qapının ağzında qalıb. Özü danışır, deyir, fikirləşdim ki, ya dəm qazından zəhərlənmisiniz, ya da girib sizi qırıblar içəridə. Tanımırsanmı bizim kişini, çayı bir az gec gətirəndə, deyir elə bildim erməniyə əsir düşdün. Müharibədə kantuziya olub dəə, yazıq. O gün yeməyi bir az mətbəxdə ləngitmişdim. Mən nə desə yaxşıdır? Zalım qızı, gəl çıx daa, dedi, bayaqdan ürək-göbəyimi yemişəm, elə bildim minaya düşübsən.
- Az, onu başa salsan müharibə çoxdan qurtarıb, artıq atəşkəsdə yaşayırıq.
- Yüz dəfə deyirəm, xeyri yoxdu, bunun başında eləcə müharibə gedir. Hə, elə bilər, bizi qırıblar, keçər o tərəfdən yağış “durba”sıyla düz dördüncü mərtəbəyə qalxar. Təzədən istəyər ki, qonşunun balkonundan öz balkonumuza keçə. Birdən gözü sataşar ki, qonşu içəridə arvadıyla o söz… Deyir, qonşu da bunu görər ki, kimsə bunları pusur. Elə lütcə cumar balkonda bunun üstünə. Mənim də nə xəbərim var, mən də Mahsun Qırmızıgülə baxıram. Demək, təsadüfə bax, seryalda da qırğın gedib, balkonda da. Xəbərin var daa, Mahsun artıq öz eşqini gizlətmir, açıb qıza deyir ki, mən səni sevirəm, öz eşqimə cavab gözləyirəm. Bu vaxt o biri otaqdan qızın sevdiyi oğlan içəri daxil olur. Baxır ki, Mahsun artıq qızın saçlarını sığallayır, tapançanı çıxarıb düz Mahsunun sinəsinə dirəyir. Az qaldı ürəyim ağzımdan çıxa. Deyirəm əsil sevgi doğrudan da var, qız özünü tapançanın qabağına verir ki, məni güllələ, ona dəymə.
- Diliş, qardaş canı, mən də elə bilirdim qız Mahsunu sevmir, sən demə bunun sevgisi gizlində imiş.
- Yox, mən bilirdim, görmədin, Mahsun oxuyanda ki, “hardasan, quşlar uçdu, hardasan, yapayalnızam” - onda qız ağlamışdı. O saat bildim ki, qız artıq ona vurulub, sadəcə, öz qəlbinin dərinliyində sevgisinə cavab gözləyir.
- Diliş, heyf, o gün baxa bilmədim, sizdə iki televizordu, sən ikisinə də paralel baxa bilirsən. Xuan Karlosun axırı necoldu?
- Ağız, bu Xuan Karlos ağladıb məni! Culyana axı, qardaşların ikisini də sevirdi. Axırda məlum oldu ki, Culyananın ən çox meylləndiyi qardaş elə qızın öz doğma qardaşı imiş.
- Bıy, Allah səni xeyirxəbər eləsin, ağız! Mən həmişə istəyirdim ki, qız həmən o birisi qardaşına getsin. Bə necə bildilər ki, doğmadırlar?
- Axırda bir qaraçı arvad gəlib deyir ki, bunlar əkiz idilər, hər ikisini mən doğmuşam və hərəsini bir zəngin adama satmışam. Sonra qaraçı deyir ki, inanmırsınızsa açın, baxın, hər ikisinin göbəyinin sol tərəfində iri, qara xal var. Hər ikisi göbəyini açıb göstərir. Ikisində də xal! Inan, o qədər ağlamışam, o qədər ağlamışam… Samış da deyir, mama az ağla dəə. Deyirəm, a qızım, sən hələ nə bilirsən məhəbbət nədi…
- Aaz, Allah bu Nuşməhərrəmin canını sağ eləsin, o olmasa televizorda nəyə baxardıq. Hə, danış görüm, sonra neylədilər? - Dedilər qabaqca böyük qardaş almalıdı qızı, bir ildən sonra da, elə o göbəyində xal olan qardaşı almalıdı. ortada sevgi var axı, ona görə də bir ildən-bir qızı bir-birinə ötürməlidirlər. Hər üçü də razılaşdı, elə kino beləcə də bitdi, gözün aydın!
- Səni xeyirxəbər olasan, aaz, sən danışdıqca mən də burda ağlayırdım… Nədən danışırdıq, hə bə, balkondakıların axırı necə oldu?
- Necə olacaq, qonşu yekə, canlı adamdı, kişini götürüb tullayar balkondan aşağı. Yaxşı ki, kişi bir itin üstünə düşər. Elə itin zingiltisinə balkona çıxdıq, görəm nə? Kişi yıxılıb yerə, iniltisi itin zingiltisinə qarışır. Indi evdədi, uzanıb, beyni silkələnib, bir də qolu qırılıb. Məndən düşbərə istəyir, bayaqdan elə sənnən əlixamırlı danışıram.
- Ağız, gör mən neyləmişəm? Seryala baxa-baxa kişinin şalvarını ütüləyirdim. Bilmədim, arxasını yandırdım. Səhər eləcə də geyib getdi. Axşam evə gələndə oğlum deyir ki, ata, arxanda təpik izi var, olmaya səni işdən qovublar, ha, ha, ha!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Mart 1st, 2008 tarixində 11:44 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

27 şərh var


  1. elnur as adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 12:01 yazıb:

    Murad, demişəm də, sən canlı klassiksən!!!!!!!!!!!!!!!


  2. we are left ring adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 12:28 yazıb:

    Super yazidirşEsq olsun!!!


  3. prix adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 14:39 yazıb:

    Bravo…..!
    Real həyatımızdan, bir parca.


  4. scorpion adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 18:07 yazıb:

    Hayıf sənin istedadından Murad!!!


  5. Mətanət adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 18:22 yazıb:

    Cox əla!!!!!!!!!! Tebrik edirem sa həm dushundurucu, hem realiqi əks etdirirş
    Tebrikler


  6. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 19:33 yazıb:

    Bəzi məqamlar qaranlıq qaldı mənə,misal olsun; zingildəyən itin axırı nə oldu..? Vəfat elədi, ya yaşayır..?
    Natamam reallıq var… Oxucunu bı cür intizarda qoymaq, azı hörmətsizlikdir… -))


  7. huseyn adlı istifadəçi, Mart 1, 2008 tarixində, saat 20:40 yazıb:

    salam ela bir yazidi..tebrik edirem..hele bir az da uzatmaq olardi bashqa seriallardan da fraqmentler getirmek olardi….:)


  8. Aidka adlı istifadəçi, Mart 2, 2008 tarixində, saat 00:08 yazıb:

    cooox beyendim…aferin..!!!:))


  9. Seyid Ramin adlı istifadəçi, Mart 2, 2008 tarixində, saat 01:24 yazıb:

    Çox bəynməli bir şey görmədim. Amma hekayə pis deyil. Hər halda bu mənim şəxsi fikirimdir. Murad bəyə isə uğurlar.


  10. S.s.s.... adlı istifadəçi, Mart 2, 2008 tarixində, saat 03:24 yazıb:

    Ramin, burnunu soxma her yere. Bele yazilar sene ziyan eder oxuma.
    Murad, ne deyim? Sadece hemiseki kimi? super!


  11. guler_miryahya adlı istifadəçi, Mart 2, 2008 tarixində, saat 04:37 yazıb:

    Inanin Muad bey coxdandi bele zovq almamishdim.Gozel ishdi. Sizen numune gotururem:)Teshekkurler


  12. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 2, 2008 tarixində, saat 09:23 yazıb:

    En menasiz yazi…Qurama. Taptanmis bir sey… Icinde hec ne yox…


  13. zuzu adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 00:17 yazıb:

    Qeshem muellim axi hami sizin kimi “dahi” olmur axi


  14. zuzu adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 00:20 yazıb:

    Murad bey hekaye ela idi.Size ugurlar


  15. Şahanə adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 14:34 yazıb:

    Yoldaşımın??
    Bizim arvadlar yalnız yad adamla danışanda ərlərinə yoldaşım deyərlər…

    Hekayə özü…belə də…məndə xüsusi hisslər oyatmadı nəsə…

    Az qalıram, müəllifdən yox, çox bəyənmiş şərh sahiblərindən üzr istəyəm çox da bəyənmədiyim üçün…


  16. Yazar adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 15:04 yazıb:

    Şahanə, amma nə dedin…


  17. ehtiram adlı istifadəçi, Mart 3, 2008 tarixində, saat 23:35 yazıb:

    realligin shishirdilmish formasi


  18. Movlud adlı istifadəçi, Mart 4, 2008 tarixində, saat 23:09 yazıb:

    Salam. Bu yaxinlarda Murad men Serif Agayar, ve basqa dostlar birlikde araq icirdik.
    Meclise Gedebeyli bir asiq geldi.
    ”Qacaq Kerem” dastanindan danisdi. ”Tecnis”, ”Dastani” ”Celili” havasi ustunde irfan serleri oxudu. {araq ve irfan.Ariflerden uzr isteyirem}
    ”Rumka” ni elime alib ayaga qalxdim. Muradin cox sevdiyim bir serini-”Dost baginda bul-bul oldum cox otdum”qosmasini oxudum. Bir az saz, bir az araq, Bir az da asiqin oxudugu serler meni kovreltmisdi.Murad eyilib qulagima dedi ki: ”Ozum hiss eleyirem men qocaliram”.
    Onu yaxsi taniyanlar bilerler Murad kimi bir adamin ”men qocaliram” demesi ne demekdir.
    Heyete cixdim bir siqaret yandirdim.Kureyimi divara soykeyib lezzetnen aglamaga basladim.
    Axx, Murik biz seni cooooox isteyirik.


  19. Kenan adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 02:00 yazıb:

    Xoshuma geldi.))Umimiyyetle bu seriallardan cana doymusham.Olmedik Azerbaycanda Serial siyasetini de gorduk daha bize zaval yoxdu.Birce shey demak istayirem.Deyasan Aci heyat serialindadi.Deyir
    –Uzerimden iki kamyon kecsa bela yena kaklip sana gelirim be gulum.Goresen indiki qizlara oqlan lazimdi yoxsa NAKLEYKA?))


  20. sherif adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 11:10 yazıb:

    yaxshi hekayedir. ancaq formasi aqshinin @kishi ve qadin@ adli yazisina (ona da hekaye demek olar)chox benzeyir.
    sonluq olduqca gozeldir. shapalaq kimi deyir adama!


  21. bextiyar h. adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 14:58 yazıb:

    elnurla tam raziyam.bu qeshem xarice gedib gelenden coox boyuk-boyuk danishir.
    eshq olsun murad


  22. Sabir adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 15:53 yazıb:

    Fikirleshib yazmisan yoxsa bedaheten?Her ne ise kefimi acdi….


  23. ferhad adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 19:26 yazıb:

    cox sadee,primitiv


  24. qedir qizilses adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 23:33 yazıb:

    ferhad bey seni and verirem kulungune get sadelikle primitivliyin ferqini oyren


  25. sh.aga adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 23:44 yazıb:

    bextitar hidayet necesen.
    murad sag olsun bizi yene gorushdurdu.
    yadda saxla dunyada ele adamlar var ki onlarin eyfeli ziyaret etmeleri senin qargi dibini dezinfeksiya elemeyine deymez.

    sh.aga@mail.ru - bu menim unvanim. herden mektub yaz.


  26. Qan Turalı adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 00:21 yazıb:

    Hamı burdadı ki.. Bu hekayə deyil, keçdiyimiz günlərdə AZADLIQda çıxıb.

    Qəşəm müəllim, bu sizin gerçək fikrinizdir? Yəni siz-fikiləşmək, münasibət bildirmək və s..


  27. ferid adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 22:15 yazıb:

    men nese bu yaziya cox guldum…itle kishinin zingiltisi…arxadan tepik meselesi ves…:))

    ugurlar

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: