Qaynar xəbər portalı

ANS-in əxlaq dərsi keçməyə haqqı varmı?

Artıq neçənci dəfədir eyni situasiya ilə üzləşirik. Kiminsə şeirinin bir misrasından yapışıb, onu əxlaqsızlıqda ittiham edir, onun yazar və insan kimliyini təhqir edir, qarşılığında özlərini “milli dəyərlər” təssübkeşi kimi göstərirlər. Növbəti “qəhrəmanlığı” isə ANS-in “Hesabat” verilişində Mir Şahin etdi. Deyilənə görə və adındakı ərəb izindən də göründüyü kimi seyid olan bu adam yenə burnunu bilmədiyi işə soxdu. Sevinc Pərvanənin şəklini efirə verib, onun şeirindən bir parçanı bilərəkdən qabartmaqla özünə və 2003-cü ildən bəri reytinqini itirən ANS-ə xal qazanmağa çalışdı.

daha ətraflı qaynar.info-dan oxuyun


Çingiz AytmatovYazıçı Çingiz Aytmatovla Mir Şahinin söhbəti

- Gəlin “Dağlar yıxılanda” əsərinizdən başlayaq. Oxuculara nəyi çatdırmaq istəyirdiniz bu əsərlə?
- Bu mənim sonuncu romanımdır. Mən burada elə insan obrazları, ifadə, insan taleləri, hadisələr tapmağa çalışmışam ki, adamlar özlərinə sual versinlər ki, qloballaşma bütünlükdə hamımız və ayrılıqda hər kəs üçün, onun taleyində, əməllərində, perspektivində nə deməkdir. Ona görə ki, bizim qloballaşmaya necə münasibət bəsləməyimizdən asılı olmayaraq, 21-ci əsrdə yaşayan hər birimizə bu proses bu və ya digər dərəcədə toxunur və o bundan kənarda qala bilməz. Davamı…