Vahab əmi Zauru da özüynən Həccə aparıb. Yolda ağrısı boydan olub. Ama indi şükür allahın birliginə. Daha əlinə də almır o zəhrimarı.
Quska da tərgizib. Bir ay o pullı yərdə saxliyiblər qohumları. İndi irgənir diyəsən hələ şeylərdən. Yanında onnan danışanda da, sözünü ağızdarında qoyur, diyirlər.
Əbili, Beladan olan oğluna maşın alıb. Diyirlər, arvadının xəbəri yoxdı. Bilib neyniyiceg ki…
Gülümnaz and içib ki, şağına mal vərənin öyünə od vuruceg. Yadıma düşmüşkən, şağının üçüncü şağı oldi o günnəri.Kərimin heyitinnən təcili yardımnan apardılar Süleymanı. İynə damarında qalıb. Atasına qohumluğu çatır diyə işi uzatmadılar. Meyidi öz öyünə qeytərdilər. Ama yəqin bunnan sora qohumbazdıq-zad da ələməzdər…
Sənubərin də heç nədən xəbəri yoxdı. Əsməri bir ətey pul alannan sora bıraxıblar. Arvaddığına yazıqları gəlib, gecəynən həll əliyiblər mesələni.
Xalıq cip alıb. Məmə diyir, hay-haynan gələn vay-vaynan gedər. Düz diyir hələ. Axırını gözdüyün…
Əhmed səhər dama dırmaşmışdı. Nabat da hay-həşir salıb. Əriyən qarı-buzu süpürürdü. Oların da damına əlac qılmaq lazımdu.
Fatma xala balaca, nisbətən dərin nəlbəkini süfrəyə qoydu. İçində cirə var idi. Nəməkdanı da gətirib qoydu ortaya. Bir-iki çimdik duz götürüb cirəyə qatdı. Çeçələ barmağıyla qarışdırdı. Çörəyin üstünə səpib ağzını əyə-əyə yeməyə başladı. Əlimi süfrəyə uzatmadım, amma ağzım sulandı. Udqundum.
Kübrasa ara vermədən danışırdı…
Səmedin qarajına giriblər. Maşınını soyublar.
Həmidənin qızı zəng ələmişdi. Bakıya qeyitmeg fikirləri də yoxdı. Ama bəlkə yayda gəldilər. Hələ-bələ də…gezmegə…
Tofiy quşdarını satmışdı bir ara. Sora gördü ki, atasınnan qalma quşxananı dağıtmaq olara düşmedi, tezdən başdadı.
Hə, Mirağa da Abdullanı o ki var dögüb. Heyitinə it getirib. Olara da it düşmür axı. Hələ həmin günün axşamı öz qapılarınnan apardılar Mirtağını. Yazıq Mirağanın da canı türmelərə oğul dalıycan gedə-gedə çıxdi…
Fatma xala termosun qapağını açdı. Daş stəkanlara çay süzüb ağzını bərk-bərk bağladı. Birini qabağıma çəkib əlimi çayın buxarına tutdum. Ovcum sulandı.
Kübranı Qafurun arvadı çağırdı həyətdən. Nimdaş başmaqlarını şappıldada-şappıldada pillələri enib onlara getdi. Çox keçmədi, qayıtdı. “Əmineydi… gözaydınnığı vərirdi…”.
Hə, onu diyirdim axı, Nisə namaza başdiyib. Diyir, bəlkə allah bələdə dualarımı eşidər, Mirtağı da haqq yoluna gələr… Arvadı bu dəfə getmədi ata öyünə. Onunku da bələ getirdi də… Neynəsün e?…
Firdovsi də qudurub e. Səlam vərəndə can vərir hələ bil. Bir az da böyüsə, səlam-kəlamı da kesiceg.
Fatma xala elə bil daha bizə qulaq asmırdı. Daha doğrusu, Kübranın monoloqunu eşitmirdi elə bil. Gözlərini harasa zilləmişdi. İçəri otaqda divarın yuxarısında nəsə vardı deyəsən. Dalğın-dalğın ora baxırdı. Azca boylanıb içəri baxdım. Salehin üzü gülürdü. Necə deyərlər, şəkil kimi oğlan idi. Elə şəkillərdə də qaldı. Fatma xala gözlərini şəkildən çəkmədən ağır-ağır: “Heç ölməli oğul dögürdi.Yıxdı öyüni o zəhrimar…” – dedi.
Küçədən kimsə çağırdı. Bayıra çıxdım. Sağollaşa da bilmədim. Fatma xala udquna-udquna dilinin altında nəsə mızıldanaraq şəklə baxıb ağlayırdı. Kübra daha susmuşdu. Sakit-sakit başını yelləyirdi.
Tində on-on beş yaşlarında oğlan uşaqları sallağı oturub vecsiz-vecsiz nəsə danışırdılar. Mamed əlini havada yelləyib birinin yaxınlaşmasını işarə etdi.
– Ala, kişi qırığı, get bir dənə yarım litrlik al biziyçün… – sonra üzünü mənə tutdu:
– Haçan çıxmısan?
– Bir-iki saat olar.
Əlini çiynimə qoydu:
– Özün necəsən e?
– … – çiyinlərimi çəkdim.
– Arvad neynirdi?
– Salehin…
– Hə, o daha gülmez…
– …
– Eşşi, həyatdu da… Hammızın axiri odu da… Danış görey içəridə nə var-nə yox e…
10 yanvar 2008




Bölmə: 










Etbibar adlı istifadəçi, Mart 4, 2008 tarixində, saat 18:40 yazıb:
hekayenin qurulushu ve dili maraqlidir. Meharetle ishlenibş Mullifi tebrik edirem
sherif adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 13:03 yazıb:
dialektler shiveler ciddi metn uchun tehlukelidir. illah da muellifin oz dilinden olsa…
Admin adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 13:16 yazıb:
Amma, Şərif, burada dialekt müəllifin dilindən deyil, obraz- Kübranın dilindəndir. Mətndən aydın görünür.
scorpion adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 14:14 yazıb:
Bakı dialekti azərbaycan türkcəsinin bütün qayda-qanunlarının ən çox pozulduğu dialektdir… Bunu dilçilər daha ətraflı izah edə bilərlər… Bir də ki bu hekayə Anarın “Evləri köndələn yar” telepyesindəki o telefon xəstəsi qadının söhbətlərini xatırladır… Sanki onun davamıdı…
Çılğın adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 15:32 yazıb:
Scorpion, guya da… Yaxwi ki bir onu oxumusuz. Bir de ki obrazim bakilidir, ustelik bu problemler bizim mehellelerde daha boldur…
ehtiram adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 18:24 yazıb:
scorpionla raziyam.cilgina da bu boyuk problemimizi qabartdigi ucun teshekkur edirem.
Çılğın adlı istifadəçi, Mart 5, 2008 tarixində, saat 23:06 yazıb:
Kusura baxmayin, bayaq zamanim cox az idi, emosiyalarimi saxlaya bilmeyib reaksiya verdim, werh yazanlara diqqetleri ucun tewekkur etmeyi unutdum. evvela cox sagolun.
Sherif beye Admin cavab verib deye, susuram. 2-cisi, scorpion siz duz hesab elemirsiz, men azerbaycan dili, menweyi, dialektologiyasi, elyazmalar ve s. ve s. kimi fenlerden gozuyumulu 100 almiwam bilesiz. Ona gore de, eminlikle deye bilerem ki, Baki lehcesi hec de dili kobudcxasina korlayan dialekt deyil. Bu bakili cavabi!
En esasi, burda dialekt soz konusu deyil. Obraz bakilidirsa, burda ne qebahet var ki?
Fikrim daginiqdi deye, bir yere toplayib yaza bilmirem, bagiwlayin. Her halda aglima gelenleri yazim da.
He bir de ki, bir sual: Siz hec KUBINKADA olmusuz?
scorpion adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 00:56 yazıb:
Sevinc xanım mən Bakı dialekti dili korlayır deyə bir ifadə işlətməmişəm… Əslində bütün dialektlərdə dilin qaydaları pozulur… yəni o saydığınız fənlərdən gözüyumulu 100 almısınızsa bunu bilməmiş olmazsınız ona görə də üstündə geniş dayanmıram… Şəxsin bakılı olduğunu göstərmək üçün Bakı dialektinin elə incə yerləri var ki, onlara toxunmaq kifayət eliyərdi ki, sizin yaratdığınız bakılı obrazı başadüşülən bir dildə danışa bilsin… bu hər halda mənim fikrimdi və sizin qəhrəmanın haralı olmasının da mətləbə dəxli yoxdu… Tutaq ki, sizin qəhrəman bakılı yox, cənub zonasından olsaydı, qubalı olsaydı, balakənli olsaydı siz dialektin spesifikasını necə açacaqdınız? Əslində Bakı dialekti səslənişdə daha yaxşı anlaşılandır nəinki yazılışda…
Çılğın adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 01:17 yazıb:
scarpion, men istenilen lehcede (boyuk cixmasin, amma ekseriyyetinde) bele yaza bilerdim. ama niye mehz bakili lehcesiyle yazdim onu duwunmek kifayetdir. Bakida, bizim mehellede belelelri daha coxdu. Ve gorduyum tanidigim adamlarim tipidir. E ne ise…
yalanci mubahiselerden zehlem gedir.
fikirlerinize gore tewekkurler!
scorpion adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 01:52 yazıb:
Sizin yazılarınız ətrafında mübahisə açmaq boş söhbətdir Sevinc xanım?
Çılğın adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 02:04 yazıb:
ewwi elbette ki
men hec neye yaramayan zibilden bawqa bir wey deilem
vapwe redd olsun sevinc
gerek bir de istemeyeydim yayimlanmaq
ne ise bow verin werh zad da istemirem
fiso
scorpion adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 02:06 yazıb:
Sevinc xanım xetrinize deydimse üzr isteyirem dönə-dönə… Mən sizi səviyyəsiz birisi hesab etsəydim nə yazılarınıza reaksiya verərdim, nə də sizinlə fikir mübadiləsi (mübahisə yox ha) eləmək fikrinə düşərdim…
S.s.s.... adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 02:08 yazıb:
Alinmadi oxuyammadim sorry… Problem deyesen dil problmemi idi.
Şahanə adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 13:00 yazıb:
Ərköyünlük edirsiz, Sevinc xanım, ya ərk edirsiniz?
Ləhcə yordu məni. Bəlkə də eşitməyə alışıq olmadığımdandı.
Amma sonadək oxudum…
Daş stəkan məsələsi mənə maraqlı gəldi. Heç görməmişəm…
Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 6, 2008 tarixində, saat 16:10 yazıb:
Heç biri, Şahanə, heç biri… Sadəcə, təqdirə layiq etiraf idi… Alqışlayıram… -)
Çılğın adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 17:03 yazıb:
ne yaxwi ki anlayirsiz… Hec olmasa werhi anladizsa boyuk weydi))
Gulya(geleceyin kecmisi) adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 19:32 yazıb:
Sevinc sen özüve hörmet etmeyenden sora başqasından nece hörmet gözleyirsen bilmirem.bele aqresiv olmaq neyive lazım yazmısan başa düşen düşecey düşmüyende başını daşa vuracey.başa düşen oxumasın bir xanım özüne “men işe yaramayan zibilem demez”bunun özü seviyyesizlikdi.bir az sebirli ol ve özüvü ele al.men seni tanıyıram sen biraz esebisen amma bucürede birüze verme.davay özüve yaxşı bax öz seviyyevi aşagı salma öz dilinle.
Chilgin adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 11:01 yazıb:
Gulya, meslehetlerive gore saol, ama sen de bir az daniwigina fikir ver. Axi ozun dedin ki, esebisen:)))
Elimden xeta cixmasun da :)))