Qaynar xəbər portalı

“Russkaya Premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin Təşkilat Komitəsi 2007-ci ilin yekunları əsasında əsas mükafata namizədlərin siyahısını açıqlayıb. Siyahıya Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna və Estoniyadan rus dilində yazan yeddi yazıçının adı daxil edilib.  Davamı…


Anar “Əgər təzədən yaşamaq mümkün olsaydı, bəzi səhvlərimi təkrar etməzdim”

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla 70 illik yubileyi ərəfəsində  müsahibə

- Bu yubiley həyatınızda nəyi dəyişəcək? 70 yaş yazıçı üçün qorxulu deyil ki?
- Yubiley sözünü işlətmək istəmirəm, amma bu bir faktdır ki, doğulduğumdan artıq 70 il keçir. Bu tarixlə mənim həyatımda heç nə dəyişməyəcək, indiyəcən necə yaşamışamsa, həyatımın bundan sonrakı illərini də elə yaşayacağam. Ona görə də mən bu rəqəmə xüsusi əhəmiyyət vermirəm. Elə yazıçı var ki, 30 yaşında artıq qocadır, elə yazıçı da var ki, 70 yaşında hələ cavandır. Mən özümü bu yaşda hələ cavan yazıçı hesab edirəm. Davamı…


Radio“Əgər özümüz meymunuqsa, şərt deyil ki, bunu mədəniyyət adı altında dünyada təbliğ edək”

KultAz: Oslo şəhərində həftədə 2 dəfə canlı yayımlanan “Azərbaycanın Səsi” radiosunda gənc bəstəkar Firudin Allahverdi ilə Abbas Atilayın söhbətini sizə təqdim edirik.

Müsahibəni dinləmək üçün aşağıdakı linkə tıklayın:

“Azərbaycanın Səsi” Radiosu