Qaynar xəbər portalı

Kitab dünyası


yazarÜzüm  nəfəs, qulaqlarım səs gözləyir.
Sahibi  yox  bu səsin …
Bu gün sahibini tanımadıgım səsə ehtiyacı var qulaqlarımın.
Əvvəllər hiss etmədiyim nəfəsin  arzusundayam…Adi bir istək, sıradan  fantaziya …
Telefon  zəngi,
Əvəz etmədi yenə…
Əvəz etməsə də…
Dünyam qədər bulanıq kişi rəngi.
Eşitmişəm  bu səsi əvvəllər, gördüm bu dərini… təəssüf ki…
İsitmir  ürəyimi onun sevgilisayagı baxışları.
Dəhşətlidir bir kişiylə sevişib başqasını düşünmək…
Sonra öz dodaqlarından iyrənmək,
Sənə sinmiş qoxusundan çimsinmək…
Eyni vaxtda çox bəsitdir.
Əvvəllər də demişdim axı,
Hər qadın bir az fahişədir bəzən.
İstəməyərək, yaşadıqları, istəməyərək yaşatdıgı
Saxta görüntü şəhvətiylə.
Bəsitdir, hər qadın bir az kişidir.
Ehtirasla şəhvətin,
əxlaqsızlıqla hissi aclıgın paradoksallığının parodiyası kimi…
Yenə də hər qadın bir az insandır,
İstəməyərək yaşayır, yaşamadıqlarını hiss edir,
Mazoxist olmadan iyrəndiklərindən həzz alır.

***

Balıq qoxulu hərf dənizim
İstədiyim havanı ayarlayıram ekranında
Cibimdəki son 2 manatı da sənə “uf” demədən
Verdim yenə …
Adaptorun atandı, konturların spermaları.
50  yaşında  bakirə erkək kimi görsənirsən gözümə,
Yaşantısı  səbəbsiz, ayrıntısı bakirə fahişə arayışı olan.
Mobil  telefon qadına aidsli  erkəklə zərərsiz cinsi əlaqədi.
Modan çoxdan  keçib,
Tuşların  mətbəximin qapısı kimi cırıldayır mesaj qəbul etməkdən.
“No”  tuşunu  çəngəllə qaldırıb basıram.
İki il əvvəl 100$ xərclədim səni  almaga,
Bu gün 100$ -a  satıram səni.
Lap 10 ildən artıq İstanbulda fahişəlikdən qazandıgı pulları
Anasına göndərən bərbər Sona kimisən…
Dünən toyu idi Ankarada …
İnsanlıgın ən böyük səhvi gərəkdiyindən artıq
Dəyər verməkdir hadisələrə, əşyalara, insanlara …
Səni də Ankaralıya…
Satdımmm getdi…
Yox,
Soxuşdurdum,
Gedirsən…

***

İlk sevginin necə zəhərlə məlhəmin sintezi oldugunu,
Yaşayaraq  hər gün ölməyi…
Ən çox  arzulanan  ölmək və görməyin olduğunu
Sənsiz, amma səndən öyrənmişəm.
Bütün varlığınla sevib, amma sevilməməyin,
Sevməyib sevilməkdən daha dəhşətli həzz olduğunu,
Parçalanmağı, sonra öz parçalarından yeni insan düzəltməyi.

Dörd divar, qaranlıq,  siqaret qoxusu…
Yorğun gözlər, soyuq beyin, bir də itirmək qorxusu
Soyuq beynini odda yandır, azğın hisslərini buza sal.
Bezdiyin bütün kitab qoxularını pəncərədən dumana qat.

Bu  gecə  Səni mənə vermə,
Məni  özümə geri  qaytar.

***

Yağışlı qürub kimi pinti,
Çoxpastalı qələm kimi
Müştərisiz Bakı fahişəsi kimi qanqaraçılıqsan.
Hakim ədalətsizliyi, müəllim rüşvəti,
Həkimin Hippokrat andına tüpürdüyü yerisən.
Hamısı soğan qabığı kimi açılıb çıxır
Tər iyi verən qarasifətlərdən.
Dişlərini mismarçəkənlə çəkib
Çənəsindəki qanını içərdim
Məzlum sifətli diplomlu gənc fəhlənin,
Acizliyini gözünə yığıb,
nifrətini içində boğan, zorla ərə gedən qızın.
Bazarından sərhəddinəcən aldadan,
Müəllimi şagird qızın dalına
Baxdıgı yerdə dayanmısan.

***

Qarıldayıram, təkəm, qarayam.
Qarğayam, amma quş deyiləm,
İçirəm, çəkirəm, anarxistəm,
Terroristəm, amma Buş  deyiləm.
Yaşadığımı yox, sağ oldugumu xatırladır
Qəpiklərimin cibimdəki arsız çaqqıltısı
Öldüyümü gözümə soxur
Cəmdəyimə  darışan iribuynuzlu qarışqa.

***

Sol  gözünü yum,
Sağ  gözünlə bax mənə.
Sag  ayağını yürəqoy yatağından qalxanda
Aftafan  sağ əlində
Başına sağəlinlə şillə vur həmişə
Qarnından  yuxarını sağ əlinlə qaşı,
Göbəyindən aşağını solla qurdala,
Nəziri hər ikisi ilə ver- sərbəstdi
əsl  müsəlman sevgilim!






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Mart 7th, 2008 tarixində 01:39 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

33 şərh var


  1. scorpion adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 01:53 yazıb:

    Gözünüz aydın təzə bir mutant da peyda oldu…


  2. Çılğın adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 02:03 yazıb:

    maraqlidir. ugurlar davamini dileyirem))


  3. Şahanə adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 12:57 yazıb:

    Çox qəddarsınız, scorpion…-))

    Xanım tezliklə “Alatoran”ın ulduzu olaceg, Sevinc xanım demiş, bizim kimi uğursuzlar da paxıllığımızdan yeddi yerdən çat verecik…)


  4. scorpion adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 13:20 yazıb:

    Sizə heyranam Admin!!! Yəni doğrudanmı mənim şərhim bu şeir deyə çap elədiyiniz nə bilim nədən daha ədəbsiz idi ki, ixtisar elədiniz?
    Mən buna etiraz eliyirəm!!!


  5. Admin adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 14:00 yazıb:

    Cənab, Scorpion, siz şeirə- mətnə deyil, müəllifə münasibət bildirmişdiniz. Hətta silməyib saxladığım birinci cümlə də müəllifə münasibətdir. Əgər mətnə münasibətiniz varsa- yazın. Yazın ki, pisdir, alınmayıb, yazın ki, əxlaqa ziddir və s. Ümumiyyətlə, mətnə deyil, yazara münasibət bildirmək kimi Azərbaycanda yayğın anlayış doğru deyil. Ortada müzakirəyə təqdim olunan şəxslər yox, mətnlərdir.


  6. Rebiqe adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 14:03 yazıb:

    Fahishe soz artiq kohnelib be maraqsizlashib. daha maraqli gorunmek uchun bir az da cesaretli olun, bir az edebsiz olun ve bir de goreceksiniz ki sizi bir nomre elan edibler… Yaziq edebiyyat!


  7. Elnarə Şəms adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 15:14 yazıb:

    Inanın xanım,incimiyin,mən utandım,xəcalət cəkdim,Qadın olmağımdan utandım,Ana olmağımdan utandım.Siz imkan vermirsiniz ki,bizim kişilərdən saxladığımız nəsə bir müqəddəs hisslərimiz qalsın,Allah,Allah sən bizi özün qoru bu çirkli dünyadan.

    Parçalanmağı, sonra öz parçalarından yeni insan düzəltməyi………….


  8. Çılğın adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 16:57 yazıb:

    nece de realliqlardan qaciriq e
    ay bala bu bizik, bizim heyatimizdir, bundan qacmaq ve utanmaqdan utanmaq lazimdi e


  9. Raset Pirisoyu adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 17:12 yazıb:

    Bu şerlər ona görə uğursuz deyillər ki, zəifdirlər. Əksinə bu şerlərdə kifyət qədər peşəkarlıq hiss olunur. Bu şerlərin uğursuzluğu başqa bir məsələ ilə bağlıdır. Bu gün Azərbaycanda bu cür şerləri ən azı on - on beş nəfər yazır. Bir on il bundan əvvəl bu şerlər bəlkə də cəsarət təsiri bağışlayırdı, amma indii yorur, bıqdırır, usandırır.

    Ramiz Rövşəin ona görə etiraz doğrumadı ki, zəif şairdir, Mən yenə də, əvvəl olduğu kimi, Ramiz Rövşəni Azərbaycan ədəbiyyatının ən nadir nümayəndəlrindən biri hesab edirəm. Amma məsələ burasındadır ki, Ramiz Rövşənin şerləri meydanа çıxandan sonra hamı başladı Ramiz Rövşən kimi şerlər yazamağa… İş o yerə çatdı ki, axırda Ramiz Rövşənin özü də Ramiz Rövşən kimi şerlər yazmağa başladı.
    Etirazı doğruan bu oldu.
    Mənə elə gəlir, bu gün enyi hadisə gənclərlə baş verir.
    Bəlkə səhv edirəm.
    Hər halda mənə belə gəlir.


  10. Çılğın adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 17:25 yazıb:

    Men sadece xahiw edirem. Lutfen Gunay xanimin adi yazilan yerde parantezde yazilan iki kelmeni oxuyun werh yazmazdan evvel. Adamin ilk defedir ki, weiri yayimlanir. Biraz destek olun qinamaqdansa. amma tebii ki qusurlarini da deyin. Diqqete gore mersi))


  11. Murad adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 18:04 yazıb:

    Men uzun yazmayacam - yaziblar. Oz estetikami da sirimayacam. Sadece: ayibdi, qizlar
    Sizi aldadirlar!


  12. Elnarə Şəms adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 18:05 yazıb:

    Salam Çılğın,1)Mən Sizin balanız deyiləm,hər halda böyük olaram ki kiçik deyiləm.

    Keçək əsas məsələyə—–yazmısınız ki,bu bizik,xeyir,bi Sizsiz,biz deyilik,ola da bilmərik,nə də bizim həyatımız ola bilməz,hər halda “biz”istər 15 il ömür sürdüyümüz həyat yoldaşımızın,istərsədə atamızın,qardaşlarımızın yanında nə danışırıq,nə deyirik hamısına diqqət yetiririk.
    Məcazi mənada götürsək,yani bir millətin övladları olduğumuz üçün,bu yazıları oxuyan kişilərin hamısı bizim qardaşlarımız sayılır,deməli yenə də hər sözümüzə diqqət yetirməliyik..

    Dağ dağa rast gəlmir,insan insana rast gəlir.

    Demirəm bu xanımın yazdıqları bütün fikirlər pisdir,xeyir,sadəcə Günay xanımın şeirlərindəki “çılpaqlıq”(əgər Siz və ya digərləri bunu estetika adlandırırlarsa) ifrat və irgəncdir.Yenə yazsın,mən demirəm bu üsulla yazmasın,təbii ki,”Sizi”tanımaq”Bizə”çox maraqlıdır,amma qadına məxsus yazsın,qadın təravətini,onun sirli-müəmmalı dünyasını itirməsin,çirkləndirməsin.Elə yazsın ki,onun sətir altı mənalarını axtarmağa can atsın oxucu və onda ona maraqlı gələr.İlk şeirinin başlanğıcı kimi,maraqlı gəlir,sonra isə….

    Gərəkdir ki,Günay x.öz şeirlərini “zəmanənin” yersiz istismar etməsinə imkan verməsin,əks halda elə onun şeirləri
    elə onun “qəhrəmanları”kimi istismar müddətini qısa bir zamanda başa vuracaqlar və “zəmanənin”aparıcılarının ayaq silən əskilərinə çevriləcəklər.
    Burada sınan və depressiyaya düşən yenə də Günay x.olacaq(uzaq olsun)…

    Uğurlar


  13. hadi qaraçay adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 19:20 yazıb:

    şairlə nə yazmağı dartışmaq olduqca yersizdir.Ama mən gerçəkdən murada qoşularaq “ayıbdır”deyirəm.Və Rasət bəyə qoşularaq fikirlərini təsdiqləyirəm.Rasət qisa yazısında olduqca dəqiq danışıb.Günay xanımın öyrənmək həvəsi varsa Rasətin yazdığındakı gerçəkliyi başa düşməli və gələcək yaradıcılığına ölçü götürməlidir.
    yolu açıq olsun.


  14. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 19:53 yazıb:

    Maraqli seirlerdi, bir az da derinlesdirmek olardi…


  15. scorpion adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 21:08 yazıb:

    Şairin sözünə qızıl güllər cavab verdi…))))


  16. Sima N. adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 21:20 yazıb:

    1/ Adaptorun atandı, konturların spermaları. - belə məcazlar uğursuzdur
    2/ lütfən
    “Bu gecə Səni mənə vermə” kimi ifadələrlə dilimizi korlamayın


  17. ehtiram adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 22:44 yazıb:

    meni cox maraqlandirir sonuncu sheirdeki sevgilisiyle sige eleyib ya yox?


  18. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 23:21 yazıb:

    Bu şeirlərin tək qüsuru qəpik səsinin “çaqqıltı” sözü ilə ifadə edilməyidir… Həə, bu məsələyə Çılğının “hoca”sı nə deyər, onu bilmirəm… -))


  19. Rebiqe adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 23:59 yazıb:

    Amma bu qız istedadsız deyil - bunu da görürəm. Sadəcə… yanlış yol seşib… Təəssüf…


  20. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 00:52 yazıb:

    Yuxaridaki serhime elave olaraq bildirirem,

    1. Evvela bele bir muellif movcud deyil…
    2. Bu muellif qondarma addir
    3. belle muellif olsaydi indiye kimi oxumus olardiq.
    4. ya da bu seirleri melum yazalarin biri qurasdirib. Belke de ele bu sensen, ay seni…
    Indi de baxib bize ona lezet eleyir. bIr vaxt menim de basqa imza ile yazdiqim seirleri cox teriflemisiniz.
    5. Bu muellif qadin deyil, kisidir.
    Sonda yene deyirem, maraqlidi, edebiyyatnan yaxsi mezelenir…


  21. Raset Pirisoyu adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 01:38 yazıb:

    Əziz Qəşəm,

    Sizin etimalınızı bu misralar da təsdiq edir:

    «Əvvəllər də demişdim axı,
    Hər qadın bir az fahişədir bəzən»

    Görəsən, əvvəllər bunu kim deyib?


  22. Çılğın adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 02:29 yazıb:

    Wems, siz ozunuzu yaxwi hiss edirsiz? evvela biraz dilimizi oyerenmeyi meslehet bilirem. cunki ay bala ifadesinin semantikasini bilmirsiz-bu 1! 2-cisi, biz deyende men seni meni onu nezerde tutmurdum, umumilikde kuceler doludu, ozumden boyukler bagiwlasin (elel-xusus da arvadlar!) fahiwelerle. Eser beyem muellifin ozudur? Hacandan? men obrazin dilinden oxumuwam sizden ferqli olaraq, ona gore de deyerlendirmemi etmiwem. Ve fikirlewirem ki, hansisa fahiwe bunlari etiraf edirse, soze cevirirse yawadiqlarini burda ne var ki. beyem weir yalniz sizin kimi paklarcun yazilir? Fahiwenin de haqqi var hansisa weiri oxuyub ele bil men yazmiwam desin.
    Bir de ki, biz de ata-boba yaninda daniwmagi bacaririq siz narahat olmuyun. Bizim ailelerde “vor-zakonlar” kifayet qederdir)))
    ve esas mesele ne qadinlari qaldirib dag bawina qoyursuz e? xeyir-ola? 100-u pakdisa azerbaycanda, 1000-i mindar! onlardan da 1099-u saxta! Besdirin ozunuz haqda bele yyuksek fikirse olduz. qadinlar goyden zenbilnen duwmuyub ki.
    her qadin ayriliqda maraqli ve ozunemexsus olsa daha yaxwidir.
    He, Elnare x. bir de ki wexsen tanimadiginiz menim haqqimda agziniza, agliniza, elinize ve s. gelmeyeni daniwmayin, yazmayin. Icaze vermirem!
    Biraz da Qewem muellimle raziyam. ama kimi tutdugu mene maraqlidir, mama cani. Bir de xususi vurgulanan misra taniw gelir mene de))
    Ne ise, yorudum, sizi de yordum, pardon:))


  23. scorpion adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 02:44 yazıb:

    Ancaq öz yazılarınız haqqında danışanda nese esebi olursuz ele bil…)))Hə lap unutmuşdum bütün xanımları Bayramları münasibətiylə təbrik eliyirəm!!! Lap elə bu Günay xanımı da…


  24. S.s.s.... adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 14:44 yazıb:

    Mene ele gelir ki, o xanimin seirleri bir defe alma’da cap olunub ele deyilmi?
    Almani oxuyanlar yadina salar belke..Ondan da asagi Elmin Hesenlinin seirleri cap olunmusdu.


  25. Elnarə Şəms adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 14:45 yazıb:

    Çılğın x.mən sadəcə güldüm yazdıqlarınıza.Deyəsən yazdıqlarımı axıra kimi oxumamısınız.Özünüz bilərsiniz,yazın,pozun.Azərbaycanın dərdini çəkənlərə eşq olsun,əsas da bu qondarma Günay “xanımın”…..Bax 1099-u saxta dediyiniz bu günaylar (istər kişi olsun,istər qadın)cəmiyyətimiz haqqında mənfi fikirlər formalaşmaqda davam edirlər.Halbuki Azərbaycan qadını kimi gözəl Qadın yoxdur,olmayacaq da.


  26. Çılğın adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 15:06 yazıb:

    Teessuf ki yazdiqlarinizdaki qehqeheleri ewitmek imkanim olmuyub. Yoxsa men de urekden gulerdim guluwunuze:)))
    P.S. Bizim saglam cemiyyetimiz olmuyub indi de yoxdu sabaha allah kerimdi


  27. Sevinc Pervane adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 23:40 yazıb:

    Sheir yox sheirin mwellifinin mwzakire obyektine cevrilmesi cox gwlmelidir. Qesem bey Gwnay xanim heqiqeten movcuddur. Gunelin yuxaridaki sheirde xitab etdiyi Gwnayin ozwdwr ki var. Sizi cashd;ran bilirsiniz nedir men de sizinle ve Raset beyle raz;yam ki bu qizin sheirleri orijinal deyil Hetta o qder orijinal deyil ki oxucuda bu cwr teesswrat yarad;b.
    Istedadli yenilikci qizsan Gunay sadece bir az ozun olsan ozwnw tapsan alinacaq sende. O ki qaldi ilk defe ucun hec de pis deyil hetta eladir.


  28. men adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 20:57 yazıb:

    hami yazir eey.yaziq Azerbaycan


  29. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 08:31 yazıb:

    Sevinc, xanim,gah deyirsen ki, bu xanim ozudur. yeni gunaydir,gah da deyirsen ki,seirleri orjinal deyil, hatta o qeder orjinal deyi ki, raset beyle qeshemi casdirir.Bu neter fikirdir. Biz de deyirik orjinal olsaydi biz tanimis olardiq.Demek, orjinal olmayan /olmayan sozu burada mubtedadir/ yoxdur…


  30. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 15:02 yazıb:

    Qəşəm, “orİjinal” nədir bəs..?-)


  31. Asude adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 17:50 yazıb:

    Sevinc Pərvanə var da, day bu kopiyalar nəyə lazımdı? Oz yolunuzu achin, achilmish yolla, yamsilamaqla getmekdense.


  32. Gunay adlı istifadəçi, İyun 17, 2008 tarixində, saat 12:44 yazıb:

    Qeshem bey, sizin yaradiciliginizi izlemesem de eshitdiyime gore edebiyyat illerdir sizinle mezelenir.indi men edebiyyatla mezelenib heyfinizi chixiram))


  33. Gunay adlı istifadəçi, İyun 17, 2008 tarixində, saat 12:48 yazıb:

    oxuduqlariniz orta mekteb sherlerimdi. o ki qaldi tanish gelmeye ,indi olmasin Senet qezetinde diger sherlerim chapa gedib.qeyri orijinal olmamagina gelince atilla ilhandan tesirlendiyimi etiraf edirem. her nece olsa da oxuyub fikir yazdiginiz uchun teshekkur edirem.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: