Klaviatura 1
Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır Davamı…

Bölmə: Ədəbiyyat | ≅ 20 şərh var
Klaviatura 1
Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır Davamı…
Bölmə: Ədəbi tənqid | ≅ 13 şərh var
Çağdaş dramaturgiya və drama+tryukiya haqqında düşüncələr
Əsəd Cahangir
Azərbaycan Respublikasının mədəniyyət naziri sayın Əbülfəz Qarayevin Yazıçılar Birliyində gənc yazarlarla görüşündə dediyi “Dramaturgiyamızda yeni imzalara ehtiyac var” sözlərini yəqin ki, xatırlayanlar var. Əslində, bizdə dramaturq qıtlığı həmişə olub. Və bu da təbii… Az qala hər il yeni şair, nasir peyda olur, dramaturji istedad isə on-on beş ildən zühur edir. Amma bu o deməkmi ki, özəl istedadı olmayan hər kəs səhnəni boş görüb “bir pyes də yazım, görüm nə alınır?” amacıyla parodiyalar yazsın və rejissorlar da “hər cür cındırdan da tamaşa qurmaq olar” (Meyerxold) məntiqiylə bunlara “səhnə həyatı” versin. Davamı…
Bölmə: Köşələr | ≅ 6 şərh var
Elnur Astanbəyli
Bəli, bu həftə də yazımızın iki qəhrəmanı var: Anar və Seymur Baycan. Öncə Anardan başlayaq. Ona görə yox ki, ağsaqqaldır, gözlətmək yaxşı düşmür. Yox. Ona görə ki, nə qədər olmasa, Anar ortabab yazıçıdır, «Dantenin yubileyi», «Mən, sən, o və telefon» kimi bir-iki alababat əsəri var, özü də Anar bunları yazanda elə Seymur yaşda olub. Seymur isə… Yaxşısı budur, Anarı yola verək sonra. Davamı…
KultAz: “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə əsərlərin qəbulu müddətinin başa çatmasına 7 gün vaxt qaldı. Ötən müddət ərzində müsabiqəyə 21 müəllifin 60-a yaxın mətni buraxılıb.
Onu da qeyd edək ki, müsabiqə davam etdiyi müddət ərzində təşkilatçılara çoxsaylı suallar ünvanlanmış və biz də öz növbəmizdə onları vaxtında aydınlaşdırmağa çalışmışıq. Son günlər daha tez-tez səslənən suallardan birini isə ümumi olaraq cavablandırmaq qərarına gəldik. Davamı…
Bölmə: Publisistika | ≅ 10 şərh var
Bu köşəni harda yazsam yaxşıdı? Öz doğma kompüterimdə… Köşəni yaza-yaza kompüterim olmağının sevincini yaşamaqdayam. Başınıza gəlsin!
Amma hansı çətinliklər bahasına almışam, daha doğrusu kreditə götürmüşəm bu kompüteri, yazsam, yəqin ki, qanınız qaralar. Ona görə mətləb deyin bəzi artıq-əskik detalların üstündən «skip»lə keçirəm. Davamı…