Klaviatura 1
Nəhəng bir kişidi bu dünya
Mən
Ona gərək deyiləm
Amma məni bu yox
Pəncərənin o tayında
Yağışın
Çirkli gölməçəsində
Əllərini yuyan
adamın
Halına baxıb
Təsəlli alacaq qədər
Gücsüz olmağım ağrıdır
Bu sərnişin avtobusunda
Anasının qucağında oturub
Əlindəki çörək dilimini
Dişsiz damağı ilə çeynəyən
Uşağın gözləri olmasaydı
Hönkürərdim
Gücüm
Gözlərimi ondan ayırmadan
Səssizcə ağlamağa çatır
Özümü
Bir körpəni belə
Qucağıma ala bilməyəcək qədər
Çirkli və günahkar saydığım bu ölkədə
Məni sevə bilmək üçün
Bircə səbəb göstərə bilsəydim sənə
Bəlkə də
Əllərini bilgisayarın
O qaramat düymələrindən ayırıb
İlan kimi mənə sarılardın
Mənsə sənin qarşında dayanıb
Həmin bir barmağımı qatlaya bilmirəm
Çünki burada
Tam xoşbəxtlik üçün
Təkcə yaxından gələn
Bir cırcırama səsinin çatışmadığı həyatı
Kimsə yaşaya bilməz
Kimsə
Bu dünya
Nəhəng bir sənsən
Mən
Sənin qarşında gücsüzəm
Klaviatura 2
Sən mənə
Bir qarının
Masasının üstündəki yarımçıq limonla
Qəndqabındakı bərk konfetlərin
Gətirdiyi kədər
Ayaqlarımdakı sızıltıya
Və içimdəki zəhərə qarışdığı vaxt
Məni öldürdüyü vaxt
Gərək idin
Sən mənə
Hər gecə
Dişlərimin ovulduğu
Dəmir əllərin sümüklərimi
Qarış-qarış sındırdığı
Qırmızı şeytanın
Saçlarımı sığalladığı yuxulardan
Qan-tər içində oyandığımda
Gərək idin
Sən mənə
Ruhumu küləklərə döydürmək üçün
Qapını çırpıb
Küçəyə çıxmaq istəyəndə
Evdəki adamlardan
Küçədəki adamsızlıqdan
Qorxanda
gərək idin
Sən mənə
Dörd divar arasında hövllənib
Pəncərəni açaraq
Damda çırpınan
Çöl quşlarına
Həyətdə gəzişən
Küçə pişiklərinə
Pəncərəni örtub
Ev əşyalarına
Sığındığımda
Gərək idin
Sən mənə
Üzümü sinənə
Başımı çiyninə söykəmək üçün gərək deyildin
Sən mənə
Acı bir dərmanı udanda
Çırpına-çırpına axtardığım
Bir qurtum suya oxşadığın üçün
Gərək idin
Mən acı bir ömrü
Sənsiz udurdum
Səni indi neyləyim?
Komandante…
Klaviatura 3
Günay,
O bu şəhərdə yoxdu
Mənə elə gəlir ki
Gördüyüm
Ağaclar
Otlar
Evlər
Adamlar
Heç biri özü deyil
Hər şey-sünidi Günay,
Hər kəs – özünün müqəvvasıdı
İndi gözümdə
Heç nəyin canı olmayan şəhərdə
Mən bu qoca gözlər
Bu kobud əllər
Bu yorğun bədənlə
Tək qalmağa qorxuram
Günay,
İndi gecənin
Qadın əlləri
Kişi alınlarının tərinə batdığı
Sonra
Bu duzlu ovucların öpüldüyü
Vaxtıdı
İndi
Bir siqaretə
Azacıq qızınmaq istəyi
Hesablayıb
Bir az da darıxmağını öldürmək istəsən
Bunlar azalmadan bitər
Doymadığın tüstü
Günay,
İndi o bu şəhərdə yoxdu
Səhərin bu vaxtında
Qələbələr mənasız
indi
Sevgilərin sevindirmədiyi
Xəyanətlər və polis dəyənəklərinin
Ağrıtmadığı vaxtdı…
Bir devrimin fərqinə varmaz
Mənim kimi keyimiş bu şəhər
Bir az əvvəl
Qalib bir ordu əskərinin
Məmnun yorğunluğu vardı bədənimdə
İndi
Məğlubiyyət türküsü oxuyuram
Asta səslə
İndi ona demək istədiklərimi sənə
Deyə bilirəm…
Günay,
Mən onu daha çox sevdikcə
Daha çox susmaq istəyirəm




Bölmə: 



(3 səs, təxmini: 3.67 ilə 5)






Çılğın adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 17:59 yazıb:
:((((((((
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 20:29 yazıb:
Bu seirler Muasir seirimizi umumi kserokopiyasidir, zeif seklidir. Burada hami var, tekce Gunel Movlud yoxdur.Bilirsen, sonda her sey bilinir. Istedadli gorunen bu qizin istedadsizliqi uze cixdi. Men bunu bilirdim, kose yazarlari evvelce cox istedadli gorunurler, sonda ise baxirsan ki, bunlar ya kendirbaz, ya da umumi edebi menzereni ifa eden artist imisler
Rebiqe adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 21:05 yazıb:
Yaxşıdı… və bir də çox kədərli…
Raset Pirisoyu adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 03:33 yazıb:
Mən deyəndə ki, Azərbaycanda ədəbi mühit yoxdur və vaxtı ilə iki ədəbi mühit olub - Rəsul Rza ədəbi mühiti və Əkrəm Əylisli ədəbi mühiti, qəribə etirazlaın şəhidi oluram.
Buna Günel Mövludun şerlərinə Qəşəm Nəcəfzadə ilə Rəbiqə Nazimqızınin müxtəlif baxış bucaqlarından yanaşması yaxışı misaldır.
Mən elə bilirəm Qəşəmin də, Rəbiqənin də imzaları ciddi imzalardır. Hər halda onların rəyi ilə hesablaşmaq lazım gəlir.
Bəs iki ciddi imzanın eyni bədii fakta yanaşmasında belə əsaslı fərq hardan meydana çıxır?
Səbəb mürəkkəb olduğu qədər də, sadədir.
Bu cün Azərbaycanda ədəbiyyata konseptul baxış mövcud deyil. Ədəbi prosesdə yazıçının yerini təyin etmək müşkilə çevirilib.
Günel Mövlud heç şübhəsiz vakuumda yaşamır, şerlərini də vakuumda yazmır.
Onun şerəlrində ümumi mənzərənin olması təbiidir. Amma Güneli başqalarından fərqləndirən çox ciddi cəhətlər də var axı. Bəs bu cəhətlər niyə diqqəti çəkmir?
Buna səbəb, təkrar edirəm, Azərbaycanda əbəbiyyata müasir dünyanın axtarışlarını nəzərə alan ( məhz nəzərə alan, onun əlavəsinə çevirilməyən) vahid konseptual baxış formalaşmaması və ədəbi mühitin yaranması üçün zəruri olan bu prosesin gecikməsidir.
Əkrəm Əylisli ədəbi mühitində yazıçıları qiymətləndirmə mexanizmləri çox dəqiq idi (o cümlədən Rəsul Rza ədəbi mühitində), bu mexanizmələr istedadı birləşdirən və fərqləndirən cəhətləri çox böyük sürətlə aydınlaşdırırdı.
Bir anlıq Əkrəm Əylisli ədəbi mühitnin meydana çıxardığı imzaları xatırlyan…
Amma gəlin görək indi bu varmı? Ədəbiyyata çox maraqlı gənclik gəlib, bu gün yaranan hər hansı təcrübə bir saatdan sonra başqasının yaradıcılığında özünü göstərir, bilmək olmur kim hansı təcrübənin müəllifidir.
Amma Əkrəm Əylisli ədəbi mühitində heç kəs heç kəsin yaratdığına girişə bilmirdi. Bu o dəqiqə diqqəti cəlb edirdi.
Elə məhz buna görədir ki, artıq ədəbiyyat yerində sayır və yeni mərhələyə adlaya bilmir.
Günel Movlud kimi maraqlı istedadlar izahını tapmır.
Vaxt isə gedir.
Raset Pirisoyu adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 03:46 yazıb:
P.S.
Eyni vaxtda ədəbiyyata konseptul baxış bir deyil, bir neçə də ola bilər.
abbas adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 07:17 yazıb:
Sherlerle bagli Poul Celan, ah uzz isteyirem, Qeshem muellim ve bashqalari sherh yazib, mende yox o cesaretden ustadlarin yaninda picildayim. Amma muellifin foto secimine sevindim, sherlerle yanashi foto da gozeldir. amma men olsaydim fotografin yerinde foto bu cur olardi:
-gorunush sag terefden ,muellifin qarnindan bashlayir. Neqativde qarindan yuxari ve offside olmush qarindan ashagi, bele de demek olar: idare edenle idare olunan arasinda qarshidurma;
-muellifin qol saati qolunda deyil, aciq formada bogazinin ustune serilib;
-sirga qeyri ciddi tesir buraxir, men cixartdirardim onu;
-uzunde gulumseme realist elementdir, qolundaki sirga kimi;
-uzunde soyuqluq, dodaqlari arasinda da zeytun denesi olmalidir;
-sol qolu bashina carpaz shekilde arxaya uzadilmalidir;
-dosh ezelelerinin qabariqligi azaciq hiss olunsun deye koyneyi bir az ashagi cekilmelidir(bunda erotik element axtaranlar yanilirlar);
-sol goz deliyinin yerinde ag kagiz parcasi mutleq olmalidir;
ve s.
Umumiyyetle mene hevale edilmish olsaydi bu eseri yaratmaq men yuxarida dediklerimin bezilerini lut qadin uzerinde tetbiq ederdim, mence bele oldugu halda sade, tebii sertlik daha qabariq gorunerdi. Eser ise surrealistdir. Eser erotik elementlerden xalidir, bir de tekrar edirem ki, lazimsiz sherhler ucun vaxtinizi telef etmeyesiniz…
Muellife ugurlar.
Qeshem muellim, siz allah bagishlayin, heftesonudur, bir az yaradiciliqla meshgul olmaq isteyirik, uzurlu hesab edin.
S.s.s.... adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 10:20 yazıb:
Men bu seirleri bir nece defe oxumusham ve hemise de eyni zovqu almisham…
Gunelin en gozel seirlerindendir.
Opurem seni baci.
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 10:22 yazıb:
Raset bey salam. Sen kohne kisisen, yuz bele imzalar gormusen. Men de gormusem, hani o imzalar, Ekremin azerbaycan jurnalina olan axin, M. Ismayilin genclik yurnalina olan axin. onlardan cemi bes-alti imza qalib. cunki qalanlarin hamsi cemi bir havaya oynayirdilar.bu bes- alti adamin havasina. Ozu de basqa hava oynayanlar esl havanin sahibine hec vaxt imkan vermeyibler, sixisdiriblar, isteyibler ki esl hava sahibi unudulsun.nece ki, toyda zakaz verib hava calib oynairsan, baxirsan ki, boyurden 20 adam ozunu saldi oyuna, basladilar senin havani oynamaqa. men qusu, istedadi gozunden taniyiram. Ramiz Rovsen sitilinde Ramizden yaxsi seir yazanlar var. amma hava Ramize mexsusdu. bu qizin havasi yoxdur.basqasinin havasina oynayir.Bu umumu havani cox imzalar oyynair, adlarini ceksem boyuk siyahi alinar.
Qaldi ki Rebiqeye, o seri, yeni nefesi hiss elemir. Destelerinin havasina oynayir. Meselen men yaxsi dediyim seire o pis, pis dediyim seire yaxsi deyir. bu barede saytlar faktlarla doludur.Elaqe saxladiqi desteler ona gosterisi bele veribler.
Raset Pirisoyu adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 13:37 yazıb:
Əziz Qəşəm!
Hər cür əsəbilikdən uzaq BÖYÜK ƏDƏBİ DİALOQ lazımdır, BÖYÜK MİLLİ DİALOQ, BÖYÜK SİYASİ DİALOQ. Bunlar olmasa vəziyyətdən çıxa bilməyəcəyik. Görmürsən yüxarıdakı ALAGÖZLÜ HƏZRƏT ABBAS nə oyun çıxarır? Vaxtı ilə qarabağlılar (mən həm də qarabağlıyam axı) and içəndə, HƏZRƏT ABBASA and içirdilər, arada BMT-yə, ATƏT-ə, Avropa Şurasına da and içmək istədilər, bir şey alınmadı, indi heç özləri bilmirlər nəyə and içsinlər.
Qardaşım, bizim vəziyyətimiz doğrudan da yaxşı deyil.
P.S. Şəxsən mən özüm üçün ciddi hesab elədiym bu mübahisənin yaranmasına təkan verdiyi üçün Günel xanıma minnətdarlığımı bildirirəm.
Rebiqe adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 13:59 yazıb:
Açığı, Rasət bəyin də, Qəşəm mnüəllimin də şərhləri mənə maraqlı və gözlənilməz gəldi. Hər ikisinə təşəkkür! amma vallah, Qəşəm bəy, siz məni az-çox tanıyırsız və bilirsiz ki, çox az adamlardanam ki, heç bir dəstədə deyiləm. Sizin “dəstədə” də, Günelin “dəstəsində” də dostlarım varç amma bunun mən heç vaxt dostluğu ədəbi baxışlarıma qarışdırmamışam. Sizə gəlincə, sizə qarşı heç vaxt hörmətsiz davranmamışam, bəyəndiyim və bəyənmədiyim şeirləriniz olub, sadəcə, siz bunu qəbul edə bilməmisiniz.
Mənim şeiriç yeni nəfəsi his edib-etməməyimə gəlincə… gülünc ittihamdır, Qəşəm bəy. günelin bəyənmədiyim on şeirinin adını çəkə bilərəm kiç inansıznız, məsələ Günelə oilan münasibətdə deyil…
Nəysə… Zahir, sənin “dəstəndə” olmasam da, ümid edirəm, şərhi silməyəcəksən
Elnarə Şəms adlı istifadəçi, Mart 9, 2008 tarixində, saat 22:29 yazıb:
Günel xanım,çox bəyəndim şeirlərinizi,anlada bilmədiyim zövq aldım,Şeirin içindəki iztirabları yaşadım sanki.Xüsusən də “Klaviatura 2″..
Uğurlar,hörmətlə
scorpion adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 01:05 yazıb:
Rasət bəy, bu qədər aktual bir məsələyə toxunduğunuz üçün sağ olun!!! Ancaq sizin məsələyə yanaşmanızla razı deyiləm… Xüsusən də ədəbi mühitlər məsələsində… Əkrəm Əylisli ədəbi mühiti və ya Rəsul Rza ədəbi mühiti fikirləri göydəndüşmə təsiri bağışlayır, həm də kifayət qədər əsaslandırılmayıb… Mən həmin dövrün ədəbi ab-havasını azacıq da olsa hiss eləmiş bir insan kimi fikirləşirəm ki, hətta həmin ədəbi mühitlərin formalaşdırdığı yazarların klassifikasiyasını aparsanız belə uğursuzluq indidən göz qabağındadır… İkincisi Qəşəm bəyin “dəstə”lər adlandırdığı bu qruplar özləri elə öz mikro ədəbi mühitlərini yaratmış gənc yazarlar deyilmi… Mənim özümün də bəzən ümumiyyətlə, bəzən də qismən qəbul eliyə bilmədiyim bu mühitləri kim yaradıb? Zaman özü yaratdı… heç kim mən deyə döşünə döyə bilməz… Sovet sisteminin dağılmasıyla həmin sistemdən bizə miras qalan yaxşı-pis nə vardısa hamısı dağıldı… yaxşıları heç istəsək də saxlaya bilməzdik… Çünki yeni formasiyaya keçirdi cəmiyyət. Yeni dövrün tələblərinə uyğun mənəvi dəyərlər yaranmalıydı. Başqa yol yoxuydu… 92-93-cü illərdə bunu hiss eliyən insanlar varıydı ancaq onların hamısını siyasət yedi…onlar öz ədəbi missiyalarını yerinə yetirə bilmədilər və özləri də ədəbiyyat səhnəsindən yoxa çıxdılar… Bax Qəşəm bəyin dediyi həmin imzaların əksəriyyətinin sahibi bu adamlardır… Qəşəm bəyin dediyi o axının içində də kifayət qədər istedadsız ədəbi xamelyonlar varıydı ki, o vaxt da gözləri qabar eləmişdilər indi də öz amplualarındadırlar… yəni bu kriteriya deyil… O ki, qaldı dialoqa məncə bu baş tutan deyil və bundan sonra baş tutmasa daha yaxşıdır… Bizim bəyənib-bəyənməməyimizdən asılı olmayaraq yeni ədəbiyyat yaranacaq… Özü də bugünkündən, dünənkindən daha səviyyəli… Nəsə məndə buna inam var…
Raset Pirisoyu adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 02:17 yazıb:
Əziz Sсorpion!
Təbii ki, mənim fikirlərimə bildirdiyniz münasibətə mən yenidən münasibət bildirsəm, bu bizim haqqında söhbət açdığımız mövzunu bəsitləşdirmək olacaq.
Ona görə də mən fikirlərimə bir az başqa müstəvidə ayıdnlıq gətirmək istəyirəm.
Mən yazılarımın birində bunu demişəm; Azərbaycan ədəbiyyatında bircə ƏDƏBİ İNKAR faktı var, bu da Mirzə Fətəli Axundovun Məhəmməd Füzulini, bütövlükdə özündən əvvəlki ədəbiyyatı inkar etməsidir.(Yazıların birində Seymur Baycan mənim bu fikrimə maraqlı şəkildə istinad etmişdi) Amma gəlin görək Mirzə Fətəli Axundovun İNKARI özündən əvvəli ədəbiyyatın İNKARINA çevirildi, yoxsa özündən əvvəlki ədəbiyyata yeni nəfəs verdi. Təbii ki yeni nəfəs verdi. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundov inkarının olması Füzuli qəzəlləri yazan ortabab bir şairi Mirzə Ələkbər Sabir kimi bir nəhəngə çevirdi.
Özü də bu hadisə çox kiçik zaman ərzində baş verdi.
Mən digər arqumentəlri bir kənara qoyub Mirzə Fətəli Axundovun Üzeyri Hacıbəyovun timsalında «Leyli və Məcnun» mövzusuna doğru necə inkişaf etdiynə diqqəti çəkmək istəyirəm. Siz Üzeyir Hacıbəyovun düşüncələrini nəzərdən keçirin. Görün onun neçə faizi Mirəzə Fətəli Axundov, necə faizi Məhəmməd Füzulidir. Bunu təyin etmək nə qədər çətin olsa da, bu faktdır - Üzeyir Hacıbəyov, hayandan baxırsan bax, Füzuli və Axundovdan ibarətdir.
Təbii ki, həm də öz böyük istedadı iştirak etmək şərti ilə
Mən dialoq deyəndə iki nəfərin üz - üzə əyləşib nəiysə həll etməsini nəzərdə tutmuram. Dialoq daha dərində - yaddaşda, yaradıcılıqda, dünyagörüşündə getməlidir.
Əgər biz bunu bacarsaq, Azərbaycan yaşayacaq, onun ədəbiyyatı da olacaq, yazıçıları da… Bacarmasaq, sadəcə Azərbaycan olmayacaq. Nəhəng dünya Azərbaycanı bapbalaca balıq kimi udacaq.
Axı həm də yazıçı təkcə yazıçı axtarışlarından ibarət deyil.
scorpion adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 02:31 yazıb:
Rasət bəy, mən dialoq barədə sizin dediyiniz fikirləri dəyərləndirirəm… Ancaq reallıq necədir? Mən bunu demək istəyirəm… Bu gün bu dialoq (sizin dediyiniz anlamda) kiminlə kimin arasında qurulmalıdır…? Bir ədəbi nəsil artıq səhnədən gedir… Yeni yaranan kimi gtörünənlər isə hələ özünü təsdiq eləmiyib… Mane olan aradakı boşluqdur…
Admin adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 02:53 yazıb:
Rasət bəyə, Scorpiona, həmçinin digər şərhçilərə təklif edirəm ki, çox maraqlı şəkil almış müzakirəni daha geniş formatda Forumda davam etdirək.
http://forum.qaynar.info/viewtopic.php?p=309#309
Raset Pirisoyu adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 03:18 yazıb:
Oldu.
Mumkunse, icaze verin bunlari deyim.
Əvvala, xahiş edirəm bu cümələni aşağıdakı kimi qəbul edin:
«Mən dialoq deyəndə təkcə iki nəfərin üz - üzə əyləşib nəiysə həll etməsini nəzərdə tutmuram (bu da vacibdir) dialoq həm də daha dərində - yaddaşda, yaradıcılıqda, dünyagörüşündə getməlidir»
İkinci, bunun üçün ədəbi «posrednik»lərin olması vacibdir.
Üçüncü, artıq bizim, məsələn, Sizin, mənim, Qəşəm müəllimin, Rəbiqə xanımın arasında dialoq alınıb
Dordüncü, dialoq dediyim kimi, təkcə iki nəfərin deyil, zamanlar - əsrlər, nəsillər arasında qurula bilər.
Ən nəhayət, «təsdiq olunmamışlarla» «aradan çıxmaqda olanlarla» qurmaq olar.
Təki adamlar bir - biri ilə danışmaq arzusunda olsunlar, dialoq üçün yüzlərlə mövzu tapmaq olar.
Rena adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 19:59 yazıb:
Zahir, ağlıma maraqlı bir ideya gəldi. Açığı, buradakı diskussiyalardan sonra bir an Qəşəm bəyi aramaq və ona düçmən olmadığımı anlatmaq keçdi. dedim, bir söhbət edək və bunu diktafona yazıb oxuculara da təqdim edək. Nəsə sonra fikriləşdim ki, bəlkə, kultaz adından bir diskussiya təşkil edək? Yer pr olmnaz. Havalar yaxşılaşıb və Almanın da həyəti böyükdü. Necə düşünürsən? adını da belə qoymaq formatın - Kultazın oxucularıyla görüş.
Rena adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 20:02 yazıb:
Rena - Re-Na - yeni Rebiqe Nazimqizi!!!
Sima N. adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 23:36 yazıb:
1/ bu şeirləri “Alma”da əvvəllər oxumuşdum, təzə şeirlər deyil, amma yenə də təkrarən oxudum. Hər birimizin yaşadığı duyğuları çox emosional ifadə edib Günel
2/ ancaq başa düşə bilmirəm ki, duyğusal qadının iç dünyası nədən kişiləri bu qədər qıcıqlandırır?
kamal adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 22:15 yazıb:
Bu Azərbaycan poeziyasina söyüşdü.təhqirdi.Ramiz Rövşən haqqında iyrənc məqalə yazan bu qızcığaz onun dırnaöının tozu qədər də olmadıöını sübut edib.vaxtilə məqləsində Ramiz Rövşəni Nadir Qafarzadədən aşağı hesab edən Güneli kiminlə müqaisə edək