Qaynar xəbər portalı

Kitab dünyası


Şərif AğayarBu köşəni harda yazsam yaxşıdı? Öz doğma kompüterimdə… Köşəni yaza-yaza kompüterim olmağının sevincini yaşamaqdayam. Başınıza gəlsin!
Amma hansı çətinliklər bahasına almışam, daha doğrusu kreditə götürmüşəm bu kompüteri, yazsam, yəqin ki, qanınız qaralar. Ona görə mətləb deyin bəzi artıq-əskik detalların üstündən «skip»lə keçirəm.İndiki iş tempim, çalışma çabalarım, üstəgəl keçmiş redaksiydan qalma təşkilati işlər, sənədlərin tam şəkildə arxivləşdirilməsi, hesabatlar və s. birbaşa mənim işim olduğundan, yüz il qala bu kredit əməliyyatında axıracan iştirak etməyə vaxt tapa bilməzdim. Sağ olsun qardaşım və ən əsası ömür-gün yoldaşım. Qardaşım ona çəkdiyim zəhmətlərin müqabilində axır ki, «borc»unun bir qismini ödədi. Həyat yoldaşım isə… Bu barədə gərək bir az geniş yazam… 8 Martdır axı…
Açığı, mən heç vaxt anamı, bacılarımı 8 Mart münasibəti ilə təbrik etməmişəm. İndinin özündə kənddəki evimizə gedib anamı bu bayram münasibəti ilə təbrik etsəm çöpəgülən qardaşlarım başlayacaqlar hırıldaşmağa: «Nə bayram ə! Şəhərə gedib mədəni olmusan?». Qınamıram. 8 Mart bütün mahiyyəti ilə azəri qafasına oturmayıb. Bu bayram ana-bacıdan daha artıq sevilən qızların, bir də iş yoldaşlarının bayramıdır. Nə olar-olmaz, adam sevdiyi qıza və ya iş yoldaşına bu bayramın ləzzətini daddırmalıdır. İçindən gəldi-gəlmədi. Axı bizimlə çiyin-çiyinə sevgi müşğülatı yapan, yaxud iş yerində çətinliklərə sinə gərib ideya uğrunda vuruşan xanımlara məxsusi diqqət göstərmək üçün ildə cəmi bir günümüz var! Bu mənada mən Murad Köhnəqaladan fərqli olaraq, 8 Martın ayın neçəsinə düşdüyünü bilirəm. Amma evə gələndə vəziyyət bir balaca dəyişir. Adam evdə daha səmimi olur, nə olsa da öz narahatlıqlarını, üzləşdiyi həqiqi situasiyanı qadınından, yaxud anasından gizlətmir. Odur ki, 8 Martla kişinin arasına nələrsə girir. Qəribədir, əksər qadınlar bu zaman da kişini başa düşür, reallıqla rahatca barışır, üstəlik ürək-dirək verirlər. Mən təkcə maddi sıxıntılardan danışmıram. Bir gül nəmənədir ki! Vallah kefim ola, o gülü qadınlara elə təqdim edərəm, elə bilərlər Oskar heykəlciyi alırlar. Maşallah, şeirdən-zaddan da bilirik. Sadəcə gül hədiyyəsinə qədər insanda lazımı əhval-ruhiyyə olsun gərək. 
Xüləs, həyat yoldaşımı sevdiyim vaxtlardan başladım özümü 8 Marta öyrəşdirməyə. Elə ki, ailə qurduq, ana-bacı nə təhəri, arvad da eləcə! Göydən düşməyib ha! Amma həyat yoldaşım bir az bizdən uzaq rayondan olduğu üçün onların da öz ənənəsi var. Hər zadı mən diqtə edəsi deyiləm ki! Misal üçün, yüz il qala qardaşımın həyat yoldaşı ona, yaxud bacım öz həyat yoldaşına deməz ki, gedək sənə bir kompüter alaq, yazılarını evdə yaz («evdə yaz» sözünün altında başqa mənalar da var).  Kompüterdən sonra deməz ki, buna ayrıca bir stol da lazımdı! Bəs mən nəkarəyəm ki, bu yaxşılığın əvəzini verməyim. Amma məni pravakasiyaya çəkməyin. Gül alası deyiləm! Mən eləcə bu yazını həyat yoldaşıma bayram hədiyyəsi edirəm. Və onunla bahəm anamı da, bacılarımı da ürəkdən təbrik edirəm. Anamla bacımın şəxsində isə bütün azəri qadınlarını… Bura türməyə düşən, erməni əlində əsir qalan, ehtiyac və ya sadəlövhlük üzündən Dubayı vətəndən üstün tutan azəri qadınları da daxildir. O yan-bu yanı yoxdur, 8 Mart günü adına azəri deyilən bütün qadınlar bizim ana-bacılarımızdır. Gəlin heç olmasa bircə gün bu yükün ağırlığına tab gətirməyə çalışaq. Cəmi bircə gün! 






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Mart 8th, 2008 tarixində 01:05 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

10 şərh var


  1. Raset Pirisoyu adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 01:58 yazıb:

    Əziz Şərif, mən də sənin təbrikinə qoşuluram.
    Kompüterin mübarək!!!!!!!!
    Amma bu yazıdan əvvəlki yazı ilə əlaqədar Qəşəm Nəcəfzadə məni elə çaşdırıbı ki, bilmirəm bu sənsən, yoxsa yox?


  2. qaraxan adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 11:41 yazıb:

    Zahir qardas maraqsiz ve zeif kose yazilarinin yeri deyil axi bura. kecen defe Muradin da kosesi zeif idi, bu da ele.


  3. Rebiqe adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 13:40 yazıb:

    menim xoshuma geldi, 8 mart yazisi guclu ve ya zeif yox, semimi olmalidi…


  4. elminhesenli adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 14:37 yazıb:

    Sherif ellerine sagliq. Bezi yerleriyle razilashmasam da (eslinde emin deyilem, belke de razilasiram, sadece teredud edirem)…

    Bilirsen, men de hec vaxt oz anami, bacimi, bu bayram munasibetile tebrik etmemisem…Oz icimde buna hemise bele bir arqument tapiram ki, “onlar hec vaxt menim ad gunumde mene ad gunun mubarek deyb- bir hediyye almayiblar”…
    Yazini oxudum, bezi yerleri meni kederlendirdi…

    He..bir de kompun mubarek…sen cox musbet enerjili birisen…sene hemise bele qalmagi arzuluyuram..

    Sag olun…


  5. hadi qaraçay adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 17:27 yazıb:

    Şərifin 8.martdan olan anlayışı ən azı mənim anlayışımla da üst üstə düşür.Şərifə qoşulub bütün qadınlarımızı təbrik edirəm.
    Sevimli Şərif,
    bu “azəri” fars uydurmasının gedib Azərbaycan respoblikasının ədəbi ictiymaiyətinə girməsi və sizin bu kiçik bucaq yazınızda dəfələrlə işlənməsi bizi düşündürməlidir.Bütün yazıçılarımızdan bu uydurma sözcüyün işlənməsini daha yaxşı ağır-yüngül etmələrini istəyirəm.Bu hardasa İran dövlətinin (fars ırqçılarının)bizi adlandırmaq istədikləri addır.


  6. prix_ adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 23:07 yazıb:

    Təbrik qeyri-adidir. Təbriklərə Qoşuluruq….
    P.S.azəri deyilən bütün qadınlar bizim ana-bacılarımızdır. :)………


  7. Sima N. adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 23:50 yazıb:

    həyat təcrübəsi göstərir ki, qadınları ana-bacı sayan kişilər, adətən şübhə doğururlar “saf amallarıyla”. Təklif edirəm ki, qadınları ana-bacı kimi deyil, sevgili kimi görəsiz! Bəlkə onda hər kəsin ürəyində xoşbəxtlik qığılcımı parlar, və bir çiçək alıb sevdiyi qadını təbrik etmək belə bir böyük problemə çevrilməz. :)


  8. Qan Turalı adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 03:01 yazıb:

    Çox xoşuma gəldi. Maraqlı yazıdır.


  9. scorpion adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 04:13 yazıb:

    Hadi bəy, bu “azəri” məsələsində çox da dərinə gedib dərdimizi təzələməyin…


  10. sh.aga adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 10:24 yazıb:

    ya iran nedir. bize daha chox turk qardashlarimiz azeri deyir. dogru da deyirler. azeriyik de…
    belorus ozune slavyan demir ki. biz sozun kimden getdiyini bilmek uchun ozbek demeliyik ya yox.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: