Qaynar xəbər portalı

Qan Turalı
qantural@gmail.com

Xarici juan-juan, yoxsa milli manqurt?

Səndən azad azadlıq yox Enesay
Səndən dərin bir dərd də yox Enesay
Kuttubayovun topladığı məğmələrdən
 

Çingiz Aytmatov 80 illik yubiley tədbirləriylə bağlı Bakıya gəldi. Həftənin ən maraqlı ədəbiyyat xəbəri yəqin ki, bu xəbər idi.

Kimdir Çingiz Aytmatov?

Çingiz Aytmatovun necə böyük ədəbi fiqur olmasını xatırlatmaq üçün Anar Rzayevin bir cümləsini təkrar edək: Azərbaycanda 60-cılar nəsli Çingiz Aytmatov kimi böyük bir yazıçı yetişdirə bilmədi. Özü də Anar Rzayev bu sözü Çingiz əkənin yubileyində yox, Yazıçılar İttifaqının 1987-ci ildəki qurultayında deyib. Çingiz Aytmatov sovet sisteminin yetişdirdiyi ən yaxşı türk  yazarlardan biri, əslində birincisi olub. Davamı…


“Norveç yazıları”Səlim Babullaoğlu      
 
     Əziz Siyamək, həmin gün, ATV-nin, «El içində» verilişinin  ədəbiyyatla bağlı texniki nöqteyi-nəzərdən uğursuz çəkilişi günü, o gün ki mən sizi, adınızı eşitsəm də ilk dəfə görəcəkdim, «Norveç yazıları» kitabınızı mənə verəcəkdiniz, həmin gün Günel Mövlud Aqil Abbasa nəsillərin bir-birlərinə münasibətləri müsətəvisindən «O nə deməkdi e, çadırda Üzeyir Hacıbəyov niyə doğulmur ki?  Günel Mövlud doğulur, Üzeyir bəy doğulmur?» deyə irad edəcəkdi və bu mənə yersiz görünəcəkdi, indi bütün bunlar, baş verənlərin hamısı mənə  bir qanunauyğunluq kimi görünür. Davamı…