Qaynar xəbər portalı

Sevinc Pərvanəİndi də sən it ol

Qadınlar sizin tarlalarınızdır. İstədiyiniz kimi bu tarla ilə davrana bilərsiniz.
         Bəqərə surəsi, 223-cü ayə.

Qapının zənginə çaşıb əllərinin yağını üstünə-başına bulaşdıra-bulaşdıra Gülər mətbəxdən canhövllü qaçıb özünü dəhlizə saldı. Adət etdiyi kimi, -kimdir?- deyə soruşmadan qapını açdı. Rayondan gəldikləri bu üç ay ərzində əri neçə dəfə onu danlamışdı ki, gələnin kim olduğunu soruşmadan, dəqiqləşdirmədən  -dədənəm- desə belə heç kimə açma qapını.  Kimdi e… sözə baxan. Davamı…