Qaynar xəbər portalı

Kitab dünyası


Sevinc Pərvanə. Hekayə


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 734 oxunma

Sevinc Pərvanəİndi də sən it ol

Qadınlar sizin tarlalarınızdır. İstədiyiniz kimi bu tarla ilə davrana bilərsiniz.
         Bəqərə surəsi, 223-cü ayə.

Qapının zənginə çaşıb əllərinin yağını üstünə-başına bulaşdıra-bulaşdıra Gülər mətbəxdən canhövllü qaçıb özünü dəhlizə saldı. Adət etdiyi kimi, -kimdir?- deyə soruşmadan qapını açdı. Rayondan gəldikləri bu üç ay ərzində əri neçə dəfə onu danlamışdı ki, gələnin kim olduğunu soruşmadan, dəqiqləşdirmədən  -dədənəm- desə belə heç kimə açma qapını.  Kimdi e… sözə baxan. Gülər elə qapını taybatay açıb bayıra boylanmışdı ki, ərinin xəbərdarlığı yadına düşdü. Qorxdu ki, indi qapının dalından əri çıxıb bu dəfə ona ağzına gələni, gözünə görünəni deyəcək. Qardaşı Nadirin  ona sarı gülümsədiyini gördüyündə ürəyi sakitləşdi. Nadir də onun bu ehtiyatsızlığına işarə edərək, - ay Gülər, demirsənmi oğru olar, dələduz olar, heç soruşmadın kimsən ay adam?- deyə salamdan-kəlamdan öncə tənbehə başladı. –Əşi bilirdim ki, sənsən də…  Raufun gəlməyinə hələ var. Polad Ələmdar gərək başlasın, sonra gəlib çıxsın o gedə evə. Harda olsa, özünü çatdırır. İşdə-zadda ona deyirlər ki, guya Polada oxşayır. O da Poladın dəlisidir. İllah da o kino başladı ha, uşağın cınqırı çıxsa, düşür üstümə ki, kəs o uşağın səsini. Onun əlindən heç özüm baxa bilmirəm ha . Mən də çörəyini-suyunu yanına düzüb, uşağı götürüb düşürəm qonşulara.
Nadir içəri keçib, paltosunu, ayaqqabılarını çıxarınca  bir balaca ərinin qeybətini eləyən Gülərin gözündən qardaşının bikef olmağı yayınmadı. Zənn etdiyi kimi deyəsən yenə əliboş qayıtmışdı uşaq. Ürəyi sızıldadı-soyuq idi hə… qağa- soruşdu yazıq-yazıq…
- Hə… Sən Raufun dərdini çəkmə, indi işdən çıxıb, özünü verib isti bir çayxanaya-deyə zarafat edərək bacısının üzündəki limon turşusunu yox etmək istədi. Yerinə düşməyən zarafatından özü də utandı:
- Yenə iş tapa bilmədim, Gülər. Raufun dediyi o adamlarla da görüşdüm, dedilər heç olmasa, sürücülük vəsiqəm olsaydı, şoferdən-zaddan düzələ bilərdim. O da ki, özün bilirsən…
Bacısının gətirdiyi çaydan bir qurtum alıb, otağa göz gəzdirdi.
-Nədi, Zamiqi axtarırsan? Yatıb.- beşiyə işarə edib, gözüylə gülümsədi Gülər.
Sənə o vaxtı nə qədər dedim, ay Nadir heç olmasa, içimizdə sən oxu… Sənə oxumaq lazım idi. Özümü öldürdüm, anamgilə dedim ki, ay balam qoyun uşaq gedib əsgərliyini eləsin, voyenniy biletini alsın. Dedilər, yox nə danışırsan, camaat pul verib uşağına əlillik kağızı alır, bizimki elə Allahından əlildir də… Guya nə itirəcəkdin, il yarımdan sonra qayıdıb gələcəkdin, şoferlikdən-zaddan oxuyub çörəyini qazanardın. Səndən də pis gözü görənlər var, odey hamısı maşın sürürlər, nə bir dəfə avareya eləyiblər, nə də burunları qanamayıb. İndi 20 manat təqaüddən ötrü ayda iki-üç dəfə bankomata ayaq döyürsən ki, görüm pensiyə verirlər, ya yox.
- Ay bacı, voyenkomatda həkim onsuz da gözümün birinin zəif gördüyünü bildi.
- Əşi görsə də, vallah o iki yüz dolları verməsəydin, göyə də çıxsan, səni aparacaqdılar. Odey rayonda qonşumuz Allahverdi vardı ha… Onun çəpgöz oğlunu bə necə apardılar. Camaat and içirdi ki, gedənin 47 kilo çəkisi varmış.
- Neyniyim ay Gülər… gedəydim, sonra mən də Cabir kimi astma olub qayıdıb gələydim? Hələ müharibəsi-yox, filanı yox. Kim gedir, o xarabadan xəstə qayıdıb gəlir. Dədəmgilin gözü qorxdu da. Üstəlik, gözümün biri belə… böyrəyimin də birini orda qoyub gəlsəydim, necə olacaqdı, hə? Sənin yeməyin yanar ay Gülər. Acından qırarsan bizi sonra.
- Əşi,  küftəsin hələ indi atmışam. Az qalıb bişər indi. Kartofun da doğramışam hazırdı… əsas küftə bişincədi. Ondan sonra 10 dəqiqəyə yemək hazır olar. Bəs fəhlədən-zaddan da heç bir işə yaramadın?
- Ay qız fəhləni də tanışlıqla işə götürürlər. Rauf da məni dəli eləyib saldı çöllərə ki, gəl-gəl… Nə var e… gəlmişəm. Bir dənə iş yoxdu bu xarabada. Yenə rayonda ayaqqabı tikirdim.
- Qadası, Nadir oturmusan bazarın qabağında, bir budkan yox, polkan yox. Dizinin üstündə adam ayaqqabı tikər? Qışın günüdür, soyuq bir böyründən vurub o birisindən çıxır. Sabah xəstəliyə düşsən, hansı pulla müalicə elətdirəcəksən. Yenə bir budkan olaydı.
- Budkanı qoymaq üçün şapka vermək lazımdır e… ay bacı. Sonra bunun yer pulusu da var. Heç çəkdiyin xərc borcunu ödəməz. Balaca rayondu, müştəri də az. Özü də kimdi indi ayaqqabı tikdirən. İndiki ayaqqabılar birdəfəlikdi. Bir sezon geydin, vəssalam, ələ gəlir ki, tikəsən də.Özü də iki manatını mənə verib gündə ayaqqabı tikdirən üstünə 5-3 manat da qoyub təzəsini alar da. Bilər ki, bir sezon da olmasa, yarım sezon geyinəcək.
- Oxumadın, oxumadın… –Gülər yenə yana-yana əlini dizinə vurdu.
- Ay bacı kim idi məni oxudan. Tutaq ki, girəydim instituta. Gələydim Bakıya. Kirayə haqqını necə verəcəkdim. Dədəm onsuz da yediyimi başıma qaxır. Bir tikə çörəyi də qaxıncla yeyirəm.
- Yazıq anam da heç nə demir əvvəlki kimi, eləmi?
- Neyləsin e… arvad? Üç aydı rayondan çıxıbsız, elə bil üç ildi gəlibsən. Tanımırsan dədəni-nənəni… Əşi… Raufdan danış. Nətər dolanırsınız…
- Yaxşıyıq, pis döyülük, şükür Allaha.
- Kirayə pulunu necə çatdıra bilirsiniz?
- Keçən aydan 15 manat borclu qalmışıq. Şükür ki, bəxtimizə insaflı adam çıxıb. Deyir, gecikdirsən də eybi yoxdu… tikə-tikə də olsa bir ucdan ver ki, üstünə borc yığılıb qalmasın. Vallah bütün Bakını gəzəsən bəlkə belə arvadı çətin tapasan, özü üst qatda qalır. Evinin birinci mərtəbəsini də göz-göz bölüb üç ailəyə kirayə verib. Özü də ancaq ailəli, ağlı başında adamları saxlayır.Həyət evidir deyin, hələ 100 manat veririk e… Nadir. Bu da bir otaqdı, görürsən diklə bölüb koridorla mətbəx çıxarıblar bu bir otaqdan.Özü də bu üç evin içində ən isti olanı bizimkidir. Bizdəki ceyran peçidir axı.  Vallah,  and içirlər, binada 200 manatdan aşağı ev tapa bilməzsən. Yenə biz əlimizə pul düşdükcə aparıb arvadın pulunu veririk. Şükür.
- Belə pul-zad yığa bilməzsiniz siz.
- Məni güldürmə, ay qağa… rayonda çörək tapmırdıq yeməyə… qarnımızı doyura bilirik, buna şükür elə sən. Bir yandan da o Səmayənin sifətini görmürəm ha… bu elə özü hər şeyə dəyər.
- Elə demə … nə də olsa, qayınanandı, yaxşı arvaddı, hər görəndə boynumu qucaqlayıb üzümdən öpür.
- Əşi, artistliyinə salır, elə mənnən də elədi, nolsun. Di gəl…
- Rauf rayona da pul göndərir?
- Hə… üç gün gecikə… ha. Dədəsi zəng dalınca zəng edir. Özümüz güclə dolanırıq. Ta elə bilirlər Rauf Bakıda pul kəsməyə gəlib.
Qapının səsinə yüyürdü. Yenə açdı qapını. – Kimsən? –soruşmaq ağlından çıxdı.
- Sənə yüz dəfə demişəm , bu xarabanın qapısını açmazdan qabaq soruş gör kimdi gələn də… Bəlkə başını kəsməyə gəliblər.
- Əşi kimdi e… mənim başımı kəsən. Nə pulum var aparalar, nə də elə vacib adam döyüləm aradan itirələr. Özü də Nadir burdadı deyin, arxayın açdım qapını.
- Yoxsa, elə soruşmaqdan haldan-dildən düşmüşdün? Kino başlayıb?
Raufu Nadirin yanına ötürüb,mətbəxə keçdi. Güləri yenə qardaşının fikri götürdü. Hər dəfə qardaşının gözünün birini gizlətməyə çalışdığını görəndə ürəyi sızıldayırdı. Bilmirdi hirsini kimin üstünə töksün. Dəfələrlə həmin gün yuxusuna girmişdi. Elə olduğu kimi… yuxu kimi yox… dəfələrlə anasının diliylə sayıqlamışdı da… – bəsdi də ay gedə… mən öldüm axır. Uşaqlar harda qaldı xəbərim olmadı…
Valideynlərinin otağına yaxınlaşanda anasının hıçqırıqlarını, atasına etdiyi yalvarışları eşidən balaca Gülər qaçaraq özünü nənəsinin otağına atdı.
-Nənə, ay nənə atam anamı döyür e… yenə, gəl qoyma –deyə az qala yalvarırcasına nənəsinin ətəyindən yapışdı. Həmişə xan arvadı kimi özünə qurdurduğu hündür yükün üstündə oturub təsbeh çevirən nənəsi bu dəfə də gözlərini televizordan çəkib soyuqqanlılıqla uşağa dikdi. – Get qardaşlarının yanına, oynayın bala. Savaşmazlar. Yatıblar da yəqin. Qapını bağlayıblarmı?
-Hə… Gülər udquna-udquna cavab verdi.
-İndi atan işə qayıdacaq, pirlifin qurtarmağına az qalır.
Gülər balaca ürəyi yerindən az qala çıxa-çıxa yenə qapıya yaxınlaşdı. –Ay balam, axı mən xəstəyəm. Allaha bax, Tanrıya bax… Qanım da qurumayıb hələ. Bu pastelləri dünən axşam dəyişdim axı… Niyə mənə yazığın gəlmir. Heç olmasa, o qoca anandan utan.
 Atası  danışmırdı. Gülər qorxudan tir-tir titrəyib divara qısıldı. Bir an anası qan içində gözlərinin önünə gəldi. Atasının anasının üstünə bıçaq çəkib –qızıllarını ver, maşın alıram-  soyğunçu kimi bağırmağı yadına düşdü. O vaxtdan bu adam 11 yaşlı Gülərə elə yad, elə uzaq birisinə dönüşmüşdü ki, elə bil öz atası yox, anasının aşnası idi kişi. Atası anasına baxanda da Gülər onun gözlərini deşib-tökmək istəyirdi. Elə bil yad kişi hardansa gəlib zorla onların evlərinə soxulmuşdu. Onlarla bir yerdə yeyib-içir, anasının otağında yatır, kefi istəyəndə anasını döyürdü də. Nədənsə nənəsi də bu yad kişinin tərəfində dururdu. Bu yad kişi elə bil nənəsi ilə əlbir olub onların isti yuvalarını zəbt etmişdilər. Gülər elə arzulayırdı ki, nənəsi də, bu kişi də onların evlərindən çıxıb getsin. Günlərin bir günü nənəsi həmişəlik çıxıb getdi. Amma o kişi qaldı, heç vaxt, heç yana getmədi.
 Nadirlə Cabir koridorun o başında oynayırdılar.  Arabir dalaşırdılar.Nadirin səsi gəldi:
-Oynamıram, indi də sən it ol, mən sənin yiyən. Həmişə elə mən it oluram.  Analarının qırmızı xalatının toqqasıyla bir-birlərinin əllərini bağlayıb, “it-it” –deyə ad verdikləri bir oyun oynayırdılar.
Gülər divara qısılıb bu işgəncənin nə vaxt bitəcəyini, sanki atasının yerini zorla zəbt etmiş bu adamın nə vaxt anasının yaxasından əl çəkəcəyini səbirsizliklə gözləyirdi. Bu vaxt Nadirin fəryadı evi başına götürdü. Gülər anasını unudub qardaşlarının yanına qaçdı. Cabirin əlində bıçaq vardı.
-Vay gözüm… bacı gözüm çıxdı-deyə Nadir şivən qaldırmışdı. Cabirin cəmi 7 yaşı vardı. Nə olduğunu dərk edə bilmirdi, çaşıb qalmışdı.
-Neynədin sən… bıçağı gözünə vurdun uşağın? –Gülər Cabirin yaxasından yapışdı.
-Bacı vallah ipi kəsirdim, ip düyün düşmüşdü, bıçaq qalxıb özü dəydi Nadirin gözünə. Mən vurmadım. Babamın goruyçun mən vurmadım.
- Dədəm səni öldürəcək- deyib Gülər anasıgilin otağına tərəf götürüldü. Amma artıq Nadirin səsini eşidib valideynləri də, nənəsi də öz otaqlarından qaçaraq çıxmışdılar.
Cabiri öldürəcəyi ilə atası o vaxt uşağı necə hədələmişdisə, anası yazıq bir ay bacısıgildə gizlətdi uşağı. Nadiri də götürüb Bakıya, Göz institutuna apardılar. Ay yarımdan çox yatdılar ana-bala xəstəxanada. Gözünün birini əməliyyat etmişdilər. Həkimlər deyirdi, 2-3 metrə qədər uzağı görə biləcək sağ gözüylə. Buna da şükür etdilər. Nənəsi dediyi qurbanı kəsdilər. Anası xəstəxanadan qayıdanda ayaq üstə ölüsü çıxmışdı. İndiyə qədər Gülərin yadındadı. Hələ də həmin günün günahını atasında görürdü Gülər. Bağışlaya bilmirdi. Amma bu dünyada elə bir insan yox idi ki, Gülər ürəyindəkiləri bölüşsün. 
Ona görə ərə getdiyi gün zifaf gecəsi deyilən gecədən qayınanasına qarşı dərin ikrah doğmuşdu ürəyində. Həmin gün ürəyində qayınanasına da nənəsinin və atasının yanında yer ayırmışdı. Raufa bu işi sonraya saxlayaq deyə çox yalvardı həmin gecə. Ayıbdı, utanıram- dedi. Rauf da qətiyyən başa düşməmişdi onu.
- Ay qız, naz satmağın yeri deyil, camaat gözləyir, yengə sabahadək burda oturub qalası deyil ki… Camaat yorulub, yuxusu gəlir hamının. Elə mənim özümün də yuxu gözümdən tökülür, - deyib onun  israrını qulaqardına vurmuşdu.
Ən çox da qayınanası idi işlərbaşı. Toyun səhərisi arvadın oğlunun boy-buxununu fəxrlə süzdüyünü görəndə isə, Gülərin başına elə bil bir qazan qaynar su tökmüşdülər. Bu mənalı baxışların arxasında duran o qürurverici hissin nədən  doğduğunu Gülər gözəl bilirdi. Ona elə gəlirdi ki, ən məhrəm yerini bütün  çılpaqlığıyla  toya gələnlərin hamısı görmüşdü. Üçgünlüyü isə Gülər əməlli-başlı qayınanası və anası ilə dava-qırğına çıxıb yola verdi. Üzağının ortaya gətirilməməsinə nail ola bildi. Həmin gün hamı dağılışıb gedəndən sonra  döşəkağını düz 3 saat qaynatdı ki, ağappaq olsun. Bunu biləndə qayınanası ona yekə bir ala çaldı.  Qayınanasına olan gizli nifrəti də buradan qaynaqlanırdı.
Bütün bunları xatırladığı müddətcə yemək bişmiş, nimçələrə də çəkilmişdi.  İçəridən Polad Ələmdarın səsi gəlirdi. Raufun səsi Poladın səsinə qarışmışdı, yuxudan təzəcə oyanmış Zamiqi sevələyirdi. Gülərin qulağının biri otaqda idi, digərində isə anasının səsi gəzişirdi:
- Bəsdi də ay gedə… mən öldüm axır. Uşaqlar harda qaldı, xəbərim olmadı…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Mart 10th, 2008 tarixində 01:43 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

43 şərh var


  1. scorpion adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 02:05 yazıb:

    Çox zəif… dil bərbad… qeyri-peşəkarlıq… yəni ümumiləşdirsək: belə də yalannan…


  2. Sarxan adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 06:17 yazıb:

    Ay xanım, Qurandakı ayə elə deyil. Həmin ayədə deyilir: “Qadınlarınız sizin tarlanızdır. İstədiyinz vaxt öz tarlanıza yaxın gəlin” Daha deyilməyib ki, “istədiyiniz kimi bu tarla ilə davrana bilərsiniz”. Ondan əvvəlki ayədə isə heyz(aybaşı) zamanı qadına yaxınlaşmaq qadağan olunub. Və o da deyilib ki, qadına Allahın əmr etdiyi yerdən yaxınlaşın. “Tak şto”, yazdıqlarınızı islamla bağlamaq cəhdiniz əbəsdir. Cavan qızsınız, göz görə-görə Quranı təhrif edirsiniz. Ayıbdır, vallah…


  3. Seyid Ramin adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 15:08 yazıb:

    Siz bu ayəni səhv yazmısınız.
    Ayə isə belədir: “(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin!…”
    Hansısa ayəni yazanda diqqətli olun!


  4. Aslan adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 17:02 yazıb:

    Bir müddətdi internetde oxuduğum yazılara şərh yazmırdım, yorulmuş, bu işin mənasızlığını anlamışdım. Ədəbiyyat yox, ədəbiyyat ətrafı söhbətlərdən bezmişdim.Bu yazını oxuyandan sonra münasibət bildirməkdən özümü saxlaya bilmədim. Belə yazıya quran ayəsiylə başlamaq özü qəbahətdir, ayəni təhrif eləmək isə ikiqat qəbahətdir. Sevinc xanım, “istədiyiniz kimi bu tarla ilə davrana bilərsiniz” nə deməkdir? Bununla heç də şərh yazan Carxan bəyə də haqq qazandırmaq istəmirəm. “İstədiyiniz vaxt öz tarlanıza yaxın gəlin” də yanlışdır.
    Belə yazmaq olmaz, nifrətlə yox, məhəbbətlə yazmağa çalışın. Xəstə təxəyyülün psixoloji sapmalarına uyub, ya da gerçək yaşamın alt qatlarındakı mifləri qabartmaq, bədii yazının materialına çevirmək uğursuzluğa məhkumdur. Bunun arxasında güclü yazı vərdişi, istedad, nəsrə bələdlik dayanmayanda oxucunun qınaq hədəfi təkcə uğursluq, yazının zəfliyi, cılızlığı yox, müəllif özü də olur.


  5. men adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 21:31 yazıb:

    Sag ol eey Sarxan,kimwsense tam ureyimnen xeber vermisen.
    Qurani oxuyanlara esq olsun!!
    BIR DE KI aye “ISTEDIGINIZ GIBI BU TARLAYA VARIN”di.. istediyiniz kimi davranin deyil.ele olsa o demek olardi ki,doyun soyun ne istiyirsiz edin.
    sureleri tehrif etmiyin,yazdiginiz cizmaqara ucun ayeni yalnis yorumlamiyin!!!


  6. Sima N. adlı istifadəçi, Mart 10, 2008 tarixində, saat 23:21 yazıb:

    ərə getmək xatirinə kim gəldi, ərə gedirlər, sonra da zifaf gecəsi özünü (sevgilisini) deyil, qohum-əqrabasını, nə bilim,qaynananı düşünüb, səhər döşəkağı qaynadırlar. Aman, XXI əsr qadınının “üsyanına” bax…


  7. Şahanə adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 14:09 yazıb:

    Bu qız nə çox danışır??(((


  8. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 15:25 yazıb:

    İki gündür proloq dəyişdirilməyib, müəllifdən izahat yoxdur, redaksiya yatır… Sonra da vay-şüvən qoparırsınız ki, müsəlmanlar radikaldır… Bəs siz nəsiniz..? Cahil!.. Adamda bir balaca məsuliyyət olar… oxucuya hörmət qoymursunuz, öz işiniz… Barı yazıya, mətnə hörmət edin… Sizi bu cür cahilliklə kim, niyə ciddi qəbul eləsin..?


  9. Şahanə adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 16:50 yazıb:

    Sadəcə, Sevinc xanım (bu ədəbiyyatda nə qədər Sevinc var, amma ədəbiyyat hələ ki, sevinə bilmir) gedib “Quran”ı yenidən oxusun.
    Ya da ki, hekayəsinin sayta yerləşdirilməsindən xəbərsizcəsinə yeni şedevrlərini yaradır iş masasının başından ayrılmayaraq, Post.


  10. Anti West adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 17:39 yazıb:

    Bəli, mənə elə gəlir ki, elə ən böyük cahil bu saytın adminidir.


  11. Oxucu adlı istifadəçi, Mart 11, 2008 tarixində, saat 21:29 yazıb:

    hee bir de bezi toy gunu qaydalari..
    bunlarin dinle yaxindan-uzaqdan elaqesi yoxdur.her halda yuxaridaki ayeni de ona gore vermisiniz ki yazdiqlarinizi esaslandirasiniz-amma bunlar din deyil,bizim ADETlerimiz di.dinde bele seyler yoxdu.hetta dinde bunlar duzgun sayilmir.yazmamisdan bir az dini kitablar oxusaz yaxsi olar!!1


  12. Mirmehdi adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 11:34 yazıb:

    Sevinc xanim sizin sherleri oxumaqdan doymuram mukemmeldirç teessuf ki bu hekaye haqda eyni sozleri deye bilmeyecem.
    məni ən çox şərhlər düşündürür. mənim hekayəmə şərhlərdə də hiss olunurdu ki, dini don geyindirilir. yetər. bəsdirin dini yöndən baxdınız əsərlərə. sevinc xanım belə yazıb əcəb edib, o bu cür tərcümə edib ola bilsin səhvdir amma daha hər şərhdə bunu qeyd etmək gülüncdür. bu sayt dini sayt deyil letfen dini fikirlerinizi bashqa saytlar üçün saxlayın. SÖHBƏT ƏDƏBİYYATDAN GEDİR!!!


  13. Novarg adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 11:59 yazıb:

    Gozum, sen ve digerleri yazdiginiz sayiqlamalara dini don geyindirib o dediyin EDEBIYYAT adina millete soxushdurmayin, qalan sheyler duzelecek… Edebiyyatdan-zaddan sohbet getmir…


  14. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 14:56 yazıb:

    Hələ də ayıbınıza kor olmursunuz… Bunu qanmaq üçün unverestet qurtarmaq lazımdır..?-)
    Misal olsun, proloq əvəzi müəllif, kanadalı həmcinsi-feminist Marqaret Etvudun “hələ də güclü kişilərin lider, güclü qadınların qəribəlik olduğunu düşünən bir dünyada yaşayırıq” sözlərini, “hələ də güclü kişilərin lider, güclü fahişələrin isə qəribəlik olduğunu düşünən bir dünyada yaşayırıq” deyə yazsaydı, “cahil” etiketi aktuallığını qoruyacaqdı…
    Sevinc, qızım, sənə deyirəm, admin-redaktor sən eşit…-)


  15. Mirmehdi Ağaoğlu adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 16:41 yazıb:

    Novarg adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 11:59 yazıb: Gozum, sen ve digerleri yazdiginiz sayiqlamalara dini don geyindirib o dediyin EDEBIYYAT adina millete soxushdurmayin, qalan sheyler duzelecek… Edebiyyatdan-zaddan sohbet getmir…
    yoldaş navarg biz millətə heç nə sozuşdurmuruq. ümumiyyətlə kim dedi ki, biz millət üçün yazırıq, xahiş edirem siz də millətin adından danışmayın. bu cümləni özümə də aid edirəm.


  16. Sevinc Pervane adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 19:08 yazıb:

    Hormetli oxucu men senin dini hisslerine toxunmaq meqsedile bu ayeni proloqda yazmamisam. Eger senincun bu ayeni hansi qaynaqdan goturduyum maraqlilisa oxu Fatime Mernisinin ara.dirmas;nda da qaynaq olaraq Pichtall Thr meaning of the Glorious Kuran - gosterilir. Hemcinin islam tarixcisi Teberinin Tefsirinde bu aye bu sekilde gosterilir ve Teberi bu aye ile bagli 41 yozumu toplayib. Umumiyyetle bu aye sirf kisilerin lehine isleyen ayelerdendir. Quranin azerbaycancaya tercumelerinde aye siz bildiyiniz kimi gosterilib raziyam. Umumiyyetle Quranin dili heddinden artiq simvolikdir.Ve esrlerdir bu cur onlarla aye var ki muxtelif menalarla yozumalanir.


  17. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 19:21 yazıb:

    Sevinc,
    1)bu cür vəziyyətdə məsuliyyət daşımamaq üçün ayəni hardan nəqlən yazdığını qeyd elə… Misal olsun, yuxarıdakı proloqda iqtibasın birbaşa Qurandan olduğu anlaşılır.
    2)Fatime Mernissinin sözügedən kitabının həmən hissəsini fransızca orijinalını bura yaza bilərsənmi..? Yoxsa, sən də o türk avaranın tərcüməsində oxuyursan Mernisinin “tədqiqat”larını..?
    3)Səhvinizi göstərən birinə niyə müsəlman etiketi vurursunuz..? Bəndəniz inanmır, mühakiməsiz hökmlərin heç yeri deyil…


  18. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 20:55 yazıb:

    Sevinc xanım, indi monitora bir az yaxın dur, zira, Muhammad Marmaduke Pickthal-ın (əllamələr üçün xüsusi qeyd: bəzi mənbələrdə M.M. Picthall)yuxarıda suyunun-suyundan mənbə göstərdiyin tərcüməsini ingilis dilində bura yazacam:
    “223. Your women are a tilth for you (to cultivate) go to your tilth as ye will, and send (good deeds) before you for your
    souls, and fear Allah, and know that ye will (one day) meet Him. Give glad tidings to believers, (O Muhammad).”

    Müqayisə üçün başqa bir mənbə(The Koran
    Complete Dictionary & Literal Translation
    By Mohamed Ahmed and his daughter Samira
    World Copyright in Canada, 1994
    World copyright in U.S.A. 1995):
    “Your women (are) a cultivation/plantation to you, so come (to) your cultivation/plantation when you
    wanted/willed, and present/advance to yourselves, and fear and obey God and know that you are meeting
    Him , and announce good news (to) the believers.”

    Sevinc xanım, gördüyün kimi Pichtall, “go to” deyə tərcümə edib… Suyunun suyundan mənbə göstərməklə camaatı şərləməyək, lütfən…
    Teoloji müzakirənin yeri bura olmadığı üçün həmən ayənin nə mənaya(yozumunu-müxtəliflik burda ola bilər, tərcümədə müxtəliflik olmaz!..) gəldiyini bura yazmıram…

    Bütün bunlardan sonra düşünürəm ki, “kultaz” oxucularına bir üzr borclusunuz…

    Müvəffəqiyyətlər…


  19. Raset Pirisoyu adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 21:31 yazıb:

    Sevinc xanımın hekayəsi haqqında dini mövqeydən yazılan şərhlərin iki məqsədi ola bilər,

    Birci səmimi məqsəd; «Quran»ın elm kimi öyrənilməsi məqsədi,
    İkinci iyrənc məqsəd; «Quran»dan ideoloji silah kimi istifadə olunması məqsədi.

    İslam bir elm kimi nə qədər dərindirsə, möhtəşəmdirsə, insanidirsə, insana yaxın və doğmadırsa, ideoloji silah kimi bir o qədər zəifdir.

    Bunu başa düşmək üçün ən yaxşı arqumentlər Azərbaycan ədəbiyyaitındadır.

    Azərbaycan ədəbiyyatı bir neçə dəfə ideoloji hücuma məruz qalıb; sonuncu hücumu sovet hakimiyyəti həyata keçirib və qandan, nifrətdən, türmədən, ölümdən savayı heç nəyə nail olmayıb.

    Azərbaycan ədəbiyyatı yenicə özüne gəlir.

    Biz öz böyük ədəbiyatımızı müdafiə etmək texnologiyasını hələ işləyib hazırlaya bilməmişik.
    Bizim ədəbiyyat İslamı bir elm kimi inkar etmir,
    Elə bilirəm Sevinc xanımın da belə bir məqsədi yoxdur.

    İslamdan bir ideoloji silah kimi istifadə olunması isə ilk növbədə İslama qarşı yönəlib.


  20. Admin adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 22:50 yazıb:

    Deyəsən ayə üzərində gəzişmələr çox uzandı. Yuxarıda bir neçə şərhçı Sevinci ittiham edir ki, tərcümə yanlışdır, elə deyil, belədir. Konkret olaraq, Azərbaycan dilinə edilən tərcümələrdən sitatlar da gətirlir. 1.“Qadınlarınız sizin tarlanızdır. İstədiyinz vaxt öz tarlanıza yaxın gəlin”
    2. “(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin!…”

    Bəs bu sitatlarla- Sevincin ola bilsin ki yanlış gətirdiyi sitat arasında mahiyyət etibarı ilə nə kimi fərq var? Bütün versiyalarda qadın kişinin mülkiyyəti kimi (tarlası kimi) təqdim olunur!!! Kişiyə qadına istədiyi zaman yaxınlaş tövsiyyəsi verilir. Bunun hansı anlama gəldiyini hər birimiz yaxşı anlayırıq. Buradan aydın anlaşılır: qadının fikri, bunu istəyir-istəmir, heç bir önəm daşımır. Elə isə nəyin mübahisəsi gedir burada?
    Həm də çoooox maraqlı bir məsələ də ondadır ki, indi dindarlar başqalarını cahillikdə və savadsızlıqda ittiham edirlər. Oysa güvəndikləri savad ona mənsub olan millətlərin, xalqların, ölkələrin heç birini bəxtəvər etməyib. Bu qədər. Mən mövzunu öz tərəfimdən qapayıram.


  21. scorpion adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 23:37 yazıb:

    Çox maraqlıdır ki, heç kim hekayə barədə fikir bildirmək istəmir… Bədii mətn qalıb bir tərəfdə hamı özünü ilahiyyatçı kimi aparmağa başlayıb… Ümumiyyətlə axı Qurani Kərimdən gətirilən o sitatın hekayənin ümumi süjet xəttinə çox az dəxli var… Mən təklif eliyirəm ki, bu mübahisəni (və ümumiyyətlə bu cür mübahisələri) hərə öz ürəyində həll eləsin…


  22. Çılğın adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 00:38 yazıb:

    Əslində söhbət Sevincin edebi-bedii savadından getsəydi daha yaxşı olardı. Ümumiyyətlə, təkcə bu hekayə üçün deyil, burda verilən əksər yazılara yazılan şərhlərin elə çoxu dəxilsizdir.
    Bu yazı üçün əlbəttə ki, Sevincin nəsrdə uduzduğunu, şeirləri qədər maraqlı və səriştəli olmadığını demək mümkündür. Yəni istər dil, istər üslub, istər forma, məzmun və s. ədəbi göstəriciləri yox deyəcək qədərdir. Və xüsusi ilə qeyd etmək lazımdır ki, bu hekayədə tanıdığımız Sevinc Pərvanə deyil, ədəbiyyatda yenicə dil açan və ümid verməyən gənc insan təəssüratı yaranır. Əlbəttə ki, onun tükənməsini arzu etməzdik. Sadəcə hər yazdığını yayımlamasa yaxşıdır.
    P.S. Sonuncu fikir çoxumuza aiddir!


  23. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 11:48 yazıb:

    Admin yazib: “Konkret olaraq, Azərbaycan dilinə edilən tərcümələrdən sitatlar da gətirlir”

    Sevinc ayəni hardan götürdüyünü yazır: “qaynaq olaraq Pichtall Thr meaning of the Glorious Kuran - gosterilir”

    Postmodernpərvərpərəst yazıb:

    “M.M. Picthallın yuxarıda suyunun-suyundan mənbə göstərdiyin tərcüməsini ingilis dilində bura yazacam:
    “223. Your women are a tilth for you (to cultivate) go to your tilth as ye will, and send (good deeds) before you for your
    souls, and fear Allah, and know that ye will (one day) meet Him. Give glad tidings to believers, (O Muhammad).”

    Admin, Qızın qaynaq olaraq göstərdiyi mənbədə o cür yazılmadığını göstərmişəm…
    Camaata dindar damğası vurmayın, bir az utanın…


  24. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 13:13 yazıb:

    Sevinc Pərvanə yazıb: “Hemcinin islam tarixcisi Teberinin Tefsirinde bu aye bu sekilde gosterilir”.

    Nəhayət, İbn Cərir ət-Təbərinin təfsirini də tapdıq(Taberi tefsiri, Ebu Cafer İbn Cerir Muhammed b. Cerir b. Yezid Taberi,Türkçe tercüme: Kerim Aytekin, Hasan Karakaya. İstanbul : Hisar Yayınevi, 1996.):

    “223- Kadınlarınız sizin tarlanızdır. O halde tarlanıza istediğiniz şe­kilde yaklaşın. Kendinize ilerisi için hazırlık yapın ve Allah’tan korkun. Bi­lin kî ona mutlaka kavuşacaksınız. Ey Muhammed, sen müminleri müjde1e.”

    Sevinc xanım, göstərdiyin iki qaynaqda da “istədiyiniz kimi davranın” ifadəsi olmadığını göstərdim… Gözünün içinə qədər yalan danışırsan…
    Üzr istəməyi düşünürsənmi..?


  25. e110365 adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 13:32 yazıb:

    Həm yazıçı, həm redaktor, həm də oxucular ədəbi dəyəri qara şahı etməyən bu hekayəni, Qurandan bir ayənin (hətta səhv şəkildə tərcümə olunsa belə) yer almasının oxunaqlı qıldığını, əks təqdirdə yazının keyfiyyət göstəricilərinə görə, oxucunun diqqətini çəkməyəcəyini bilir.
    Siz, ey yeni ədəbi nəslin danışdıqca, yazdıqca batan nümayəndələri, bizi məyus etməkdən heç usanmayacaqsınızmı?
    Axı bizlər vaxt sərf edirik sizin mərakeşli bir yazarın fransız dilində qələmə aldığı kitabın, Nərmin Kamalın dediyinə görə farscaya tərcüməsindən (mən isə türkcə olduğuna əminəm, kitabı oxuyanlar bilər, nə üçün belə düşündüyümü) ana dilimizə (güya) tərcümə olunmuş variantında Quranın ingilis dilindəki yozumundan yararlandığını bildirən mənbəni araşdırmadan yazdığınız cəfəngiyyatı oxumaq üçün.
    Siz ki, ana dilimizə ən yaxın dil olan türkcədən yazılarınızda geniş istifadə etsəniz də, bu dildə olan mənbələri belə düzgün oxuyub, qiymətləndirmək iqtidarında olmadığınızı hər addımda nümayiş etdirirsiniz.
    Elif Şafakın orijinalı “The Bastard of Istanbul”, türkcəyə “Baba ve Piç” olaraq tərcümə olunan əsərinin adı hələ də arxivinizdə səhv olaraq qalır.
    Bilmədikləriniz üçün qınamırıq sizləri, araşdırmamaq və öyrənməmək inadınızı anlamadığımız üçün də siz bizi qınamayın.
    Öyrətmək iddianız qeyri-ciddi qəbul edilir.


  26. Şahanə adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 15:09 yazıb:

    Mən səninlə qürur duyuram, bilirsən…)

    e110365 də haqlıdır!
    Hətta S.Çılğın xanım da. Adaşının maraqlı şeirlər yazması fikri xaric amma.

    S.Pərvanə xanım isə çətin ki, bir də hekayə yaza.
    Əslində bir də yazmasın demək istəyirdim…


  27. Kassandra adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 18:02 yazıb:

    Sevinc Pervanenin serlerinin ekseriyyetini beyenirem. Cox yaxwi yazir. Bu hekaye de pis deyil. Amma Sevinc daha guclu yazmaga qadirdir. Emimen ki, yazacaq da!!!!!!!!!!!!!!!!!!!! Amma cox xahiw ederdim ki, dine qariwmasin. Cunki, her kesin oz fikiri ve ideologiyasi var. Ugurlar Sevince!


  28. Shabalid adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 20:24 yazıb:

    Sevincin edebiyyata ne dexli var? A millet…


  29. Gunal Ayqar adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 19:17 yazıb:

    Gozel yazirsiniz. Dinin qadinlara getirdiyi yasaqlari ashmaq lazimdir, ashilmadan hech bir terqqi olmayacaq.


  30. Alpan adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 19:57 yazıb:

    siz kimin üçün yazırsız? eyer oxucu sizi qebul etmirse, niye yazmaqda israr edirsiz? … hekayənizə gəldikdə isə mən bunu ədəbiyyatımız üçün təhqir hesab edirəm. bu cür cızma qaralarla neinki özünü, hemde bunları yayımlayan insanları oxucularla üz-üzə qoyursan. mence yeter artıq, “papagını” qarşına qoyub fikirləşməyin vaxtıdır.


  31. Novruz adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 22:50 yazıb:

    Bu da muasir Azerbaycan edebiyyati. Buna hekaye demek olar? Meishet sohbetini getirib soxub bura guya hekayedir. Mence bu yazini gedin verin “Oxu meni” qezetine, bir az orasini-burasini duzelt yaxshi olacaq emin ola bilersen. Istesen getir men chap eliyerem :))))))))))

    BIABIRCHILIQ!!!


  32. Kassandra adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 13:06 yazıb:

    ALPAN EGER SIZ BU YAZINI TEHQIR HESAB EDIRSINIZSE, ONDA CEFER CABBARLINI NECE? O DA TEHQIRDIR?


  33. Sade insan adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 17:24 yazıb:

    Hekaye cox ciliz yazilib, hiss olunur ki muellifin mutaliyesi ve dunya gorusu asaagi seviyyededir. Neye qarsi olmasini inkar uzerinde qurur, oz heqiqetini tesdiq edecek delil ise getirmir. Tam eminem ki muellifin dunya edebiyyatindan xeberi yoxdur. Bundan elave muellifin bakireliyin tesdiqi eleyhine olmasi mueyyen suallar dogurur. Yeni sadelohv olmasi sebebinden aldanaraq bakireliyini itirmesi inanilandir. Muellife meslehet- yazmadan once nese oxu, xarici dilleri bilmemeyin seni mehdud dusunceli edir.


  34. aya apa adlı istifadəçi, Mart 18, 2008 tarixində, saat 23:39 yazıb:

    sevinc, hekayenin heyat gucu boyukdur. tekce buna gore o eladir.


  35. Novruz adlı istifadəçi, Mart 20, 2008 tarixində, saat 05:22 yazıb:

    Yasha Sade insan! Ela yazmisan! Doghrudan da Ciliz hekayedir. Muellifin seviyyesi ele sheklinden gorunur :)))))


  36. Novruz adlı istifadəçi, Mart 20, 2008 tarixində, saat 05:38 yazıb:

    Kassandra, sevinc pervane kimdir ki sen onu CEFER CABBARLI ile muqayise edirsen?
    qohumundur?


  37. Kassandra adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 13:01 yazıb:

    yox qohumum deyil. amma duz deyirem de.


  38. Novruz adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 22:08 yazıb:

    Kassandra, neyi duz deyirsen? Neyi? Yaz bilek. Hekaye=zibil


  39. Pietra Preziosa adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 12:19 yazıb:

    Biri bir hekaye yazdi, qurandan aye ile hekayesini bezedi. hekaye quran ayesinden bashladi, qanli parcha ile davam edib, Polad Alemdarla bitdi. Bilirsiniz, elahezret yazanlar(!), yazanlari oxuyub munasibet bildirenler(!)
    na Sevinc adli bu yazici qiz Ernest Heminqueydir, na da siz mehshur tenqidci. yapishmisiz quran ayesinden, herenizin elinde bir menbe, amma hekaye qalib qiraqda. Tam raziyam hekaye zeifdir, cox zeifdir, amma bu hekaye ela sizler kimi tenqidciye layiqdir.
    ortada bir Tablo var biabirci tablo.aranizda pineci o tablodaki ayaqqabidan danishir, derzi paltardan. amma umumilikde resme qiymet veran yoxdur. Haminizi hekayeye seviyyeli bir qiymet vermaya cagiriram. masalan ela manla bashlana biler:
    Hormetli Sevinc, cox chalishmalisan, coox. Ya da ki, yolun bashlangicindayken, qayit, xanim, qayit. Ne ile meshgul olacaqsansa sana ugurlar. ister yazicilqda ister bashqa sahede. Amma cox chalishmaq shertdir. bir daha ugurlar. Umid edirem bu sizin son ugursuz hekayenizdir.


  40. Tiger adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 19:03 yazıb:

    indiye kimi yazdigin hansi meqale beyenilib? sen bu tenqidlerden biraz ozune ders goturmeye cehd elesen lap yaxsi olar,.goturduyunuz statlari da ozunuz yorumlayin,arasdirin,sonra yazin..amma siz yazirsiz gic gic, sonra camaatin yazdigi yorumu oxuyursuz..oxu atirsiz , sonra arxasinca baxirsiz ki,gorum gedib hara deyecek.birinci hedefi nisan alin,sonra oxu buraxin..
    HER AGLINIZA GELENI DE DILINIZLE IFADE EDIB QELEME ALMAYIN


  41. Ryabina adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 21:36 yazıb:

    …Qadın -
    bir əkimlik,
    bir tökümlük toxum üçün
    ən münbit torpaqdı…
    Kişi - torpaqdan yaranmış ADAM…-))

    Bu da məndən sizə…-))
    Bəsdirin də, siz Allah…-))


  42. Novruz adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 01:02 yazıb:

    Pietra Preziosa, ne bosh-bosh danishirsiniz? “Umid edirem bu sizin son ugursuz hekayenizdir.” He, bundan sonra senin uchun ela, ugurlu hekayeler yazacaq. Ozu do gor bu ciliz sevinci kiminle muqayise edirsen? Ele senin de seviyyen ortadadir


  43. ilkin adlı istifadəçi, Aprel 22, 2008 tarixində, saat 01:13 yazıb:

    Vaxt var idi jazz hagginda da buna oxsar sozler deyirdiler.
    Her seyin oz vaxti var.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: