Frankfurt kitab yarmarkası ətrafında qalmaqal
KultAz: Bütün dünyada ən nüfuzlu kitab yarmarkası hesab olunan Frankfurt yarmarkası yeni qalmaqalla üzləşib. Bu dəfə Finlandiya və skandinaviya ölkələri incik düşüb və bu inciklik artıq böyüyərək siyasi-iqtsadi xarakter alıb.
Belə ki, Finlandiya 10 ildən artıq idi ki, yarmarkanın lobbiçiliyini edirdi və bu layihəyə 12 milyon avrodan çox kapital sərf edib. İndi belə çıxır ki, almanlar finləri əməlli-başlı barmaqlarına sarıyıblar. Belə ki, təşkilatçılar Finlandiyanın kitab yarmarakasının fəxri qonağı statusunu bu dəfə qazanmadığını bildirib və bu xüsusi əhəmiyyət daşıyan statusu İslandiyaya veriblər. Bu isə böyük qalmaqala səbəb olub. Məsələ artıq kifayət qədər böyüyərək, ciddi şəkilalmağa başlayıb. Finlandiya qəzetləri artıq emosinal yazılar verməyə başlayıblar: “Almanlar bizə alçaldıcı nəzərlərlə baxırlar”. İsveç ictimaiyyəti də finlərə dəstək verib. Bu ölkənin “Dagens Nyheter” adlı gündəlik qəzeti bütün Skandinaviya ölkələrini həmrəy olmağa və alman məhsullarını boykot etməyə səsləyib. Finlərin məşhur “Nokia” firması isə Almaniyanın Bohum şəhərində tikməyə hazırlaşdığı mobil telefonların istehsal ediləcəyi zavodun layihəsindən imtina edib. Firmanın bu qərarı Almaniyanın hakimiyyət dairələrində ajiotaja səbəb olub.
Qeyd edək ki, növbətidəfə yarmarkanın xüsusi qonağı Türkiyədir.




Bölmə: 








