Qaynar xəbər portalı

AliyəLIFE ACTION

GÖZLƏRİNİZİ SİLİN,
ölümün yurd saldığı
bu çılpaq bədənlər,
ayıblı əzalar
qıvrıla-qıvrıla
dəhşət və qorxu doğurkən
gözlərinizə
bir-birinə sarmaşmış
o iki gənc bədəndə
ölümlər sevişir
dəlicəsinə Davamı…


Rasət PirisoyuQoxu

- Alabaş?!…
Alabaş adını elə bil quyu dibindən eşitdi.  Adından qabaq gəlib burnuna yetişən mərhəm qoxu yaddaşında nəyisə oyatdı. Və sonra  adı gəlib Alabaşın qulağına  çatdı. Alabaş dayandı.  Səs gələn tərəfə boylandı. Üz-gözünü  tük basmış qoca bir kişi, yanında başına qara kəlağayı örtmüş  bir qadın yolun o biri üzündə dayanıb Alabaşa baxırdı.
- Alabaşdı, vallah, Alabaşdı…
Kişi yanındakı qadını yolun o biri üzündə  dayanıb onlara sarı baxan itin Alabaş olduğuna inandırmaq istəyirdi.
Arvad inanmaq istəmirdi. Davamı…