LIFE ACTION
GÖZLƏRİNİZİ SİLİN,
ölümün yurd saldığı
bu çılpaq bədənlər,
ayıblı əzalar
qıvrıla-qıvrıla
dəhşət və qorxu doğurkən
gözlərinizə
bir-birinə sarmaşmış
o iki gənc bədəndə
ölümlər sevişir
dəlicəsinə
AĞZIMIZDAKI DİLİN
dustaq payını vermək
yadımızdan çıxmasın
sözləri dadmaqdan
bir şey çıxmır
ölüm sözü çox turş
qalım sözü qıcqırmış
həyat dediyimiz
hıçqırtılar üstündə yatmış
susmaqmı susamaqmı…
QƏLƏM TUTMUŞ ƏLİN
titrəyişi
qorxudanmı qorxusuzluqdanmı
qələm oxlovmu ilanmı
mürəkkəbin zəhəri bolmu
əlyazmadakı qarlı aşırımlar
uçurumlar
unutdurmaq üçün deyilsə
nə gizlədər aramızda
dərin-dərin
sərin-sərin
hələ qaçmayıbsa dadı
mürəkkəbdəki zəhərin
NƏ ÖLÜMÜ VAR YARAMIZDA
ümidlərin..
« Rasət PİRİSOYU. Hekayə. | Əsas səhifə | Ramiz Rövşən: “Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır” »




Bölmə: 










scorpion adlı istifadəçi, Mart 12, 2008 tarixində, saat 23:49 yazıb:
Səhv eləmirəmsə bununla ikinci dəfədir ki, Aliyə xanımın şeirlərini “Kultaz”dan oxuyuram… Ancaq onun imzasının yadımda qalmasına səbəb şeirləri yox, publisist yazılarıdır. Şeirlər zəifdir…
Mirmehdi Ağaoğlu adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 11:16 yazıb:
beyendim
qedir qizilses adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 12:45 yazıb:
zeifdir, heyat yoxdur, yalanchidir, doyenek olmush fikirlerdir!
ve nehayet scorpionla raziyam - aliye shair yox yaxshi publisistdir. ve hetta onun publisistikasi oz orijinaligi ile indiki ekser shairlerin bele menasiz sheirlerinden daha ehemiyyetlidir.
Kassandra adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 18:08 yazıb:
Fikirleri maraqlidir. Bir az ifade terzinde problem var mence. konkretlik olsa daha yaxwi olar.
zuzu adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 19:33 yazıb:
maraqli serlerdi
scorpion adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 23:49 yazıb:
Elə bu saat Aliyə xanımın “Mədəniyyət” qəzetinin 5-ci səhifədə gedən yazılarını oxudum… İnformasiya xarakterli mətnlər olsa da bu yazılar mənim yuxarıda dediyim fikirlərimdə yanılmadığımı təsdiqləyir…
men adlı istifadəçi, Mart 13, 2008 tarixində, saat 23:54 yazıb:
evvela,bu nece seirdi ey?
2…ifade terzinde problem?belke bir yol gosteresiz?
Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 09:18 yazıb:
Edebiyyata dexli yoxdur bu seirlerin…
Sima N. adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 20:06 yazıb:
AĞZIMIZDAKI DİLİN - gözəl şeirdir, amma adı… Bir dil bir neçə ağızda?… Söhbət doğma dilimizdən gedirsə, müəllif bunu oxucuya çatdıra bilməyib, nəsə başqa şeydirsə, onda əsil sürreal obrazdır,məncə…
QUR adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 01:35 yazıb:
Ümumiyyətlə hər hansı bir Şer haqqında hansısa konkret fikirləri söylemek düzgün deyil. Şer mücərrəddir, hissdir, duyan duyur…
“Ağzımızdakı Dil” çox xoşuma gəldi.
ziyad adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 12:30 yazıb:
aliyə yəqin bu bədəbxt yazıcını xatırladın sənin serlərin məni həmişə valeh edir. senin bu qəribə və melonxoluq ədəbi yaradıcılığına 9 aydır elə acam ki, bilsən mən indi bunları burda gorəndə nə qədər sevinm hörmətlə əsgər Ziyad quliye
aya apa adlı istifadəçi, Mart 31, 2008 tarixində, saat 00:17 yazıb:
eziz ziyad, nehayet seni buldum. deyesen sene mesajim sene chatmayib. burada hamimiz seninchin darixmishiq. dostlarin salami var. deyesen internet imkanlarin var. eger beledirse, mene mailime yaz alishka23@mail.ru
fikirlerine gore teshekkur. ozunu qoru.
sherlere qalanda, onlari emelli bashli xoshlayiram - gozel ve dehshetlidirler
aliya
sabutay adlı istifadəçi, May 9, 2008 tarixində, saat 21:35 yazıb:
Şeirlərdə yalnız ritm çatmır.lakin bu gün Aliyə xanım şairələr içrə şeir qurmayan TƏK şəxsdir…
yafəs adlı istifadəçi, May 9, 2008 tarixində, saat 21:39 yazıb:
Əla…Amma tənqid edəcəyəm qəzetdə