Qaynar xəbər portalı

Zaman: 14 mart, saat 19:00

Məkan: “Aktyorlar evi” (Rus Dram Teatrının qarşısında, “Sultan” restoranının yanında)

1. “Pəri qala” (rej, İlqar Səffət və Mikayıl Mikayılov); üslub - avanqard.

2. “Düyün” (rej, Əli İsa Cabbarov, bəstəkar Xəyyam Mirzəzadə), üslub - psixoliji dram.

3. “Yalançılar” (rej, Əbdülqəni Əliyev, bəstəkar Firudin Allahverdi), üslub - sosial melodrama.

4. “Qanadlarıma sığal çək” (rej, Samir Kərimoğlu), üslub - qara film.

Festivala giriş sərbəstdir.


Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün mədəniyyət ocağının nəzdində studiya açılacaq. Yaradılacaq yeni studiyada 6 ay ərzində gənc aktyorlar üçün dərslərin təşkil edilməsi nəzərdə tutulub. Davamı…


Nəşrin hər buraxılışı Novruz bayramına təsadüf edəcək

Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən “Poeziya günü” toplusunun ilk nəşri çapa hazırlanır. Bunu “OLAYLAR”a Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər. Məlumata görə, toplu nazirlik və Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanır. Nəşrin hər il Novruz bayramı ərəfəsində nəşr etdirilməsi nəzərdə tutulub. Davamı…


Mehriban Ələkbərzadənin “Məhkumlar” filmi müsəlman ölkələrinin bu ilin sentyabrında Kazanda keçiriləcək IV “Qızıl Minbər” film festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, Azərbaycan hər il bu festivalda təmsil olunur. Davamı…


Prezident İlham Əliyev cümə axşamı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini Xalq yazıçısı Anara 70 illik yubileyi münasiğətilə təbrik məktubu göndərib. Məktubda deyilir: «Müxtəlif janrlarda yaratdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Davamı…


“Hazırda “Aclıq ilinin balıqları” kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən “Qala” filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. “Xəyanət” adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır”. Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib. Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual olduğunu bildirən şair Qarabağ müharibəsinin təsiri ilə böyük ədəbi əsərlərin yaranmasının hələ tez olduğunu söyləyib: Davamı…