Nəşrin hər buraxılışı Novruz bayramına təsadüf edəcək
Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən “Poeziya günü” toplusunun ilk nəşri çapa hazırlanır. Bunu “OLAYLAR”a Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər. Məlumata görə, toplu nazirlik və Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanır. Nəşrin hər il Novruz bayramı ərəfəsində nəşr etdirilməsi nəzərdə tutulub. Topluda Azərbaycanın bütün bölgələrində yaşayan və müxtəlif yaşda olan şairlərin müxtəlif janrlarda olan şeirləri nəşr etdiriləcək. Qeyd edək ki, toplunun baş redaktoru Fikrət Qoca, redaktoru və tərtibçisi Maarif Soltandır.
« Mehriban Ələkbərzadənin filmi “Qızıl Minbər” festivalında | Əsas səhifə | “AzDrama” gənc istedadları cəlb etmək istəyir »




Bölmə: 









