Qaynar xəbər portalı

Kitab dünyası


“Hazırda “Aclıq ilinin balıqları” kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən “Qala” filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. “Xəyanət” adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır”. Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib. Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual olduğunu bildirən şair Qarabağ müharibəsinin təsiri ilə böyük ədəbi əsərlərin yaranmasının hələ tez olduğunu söyləyib: “Bədii əsərlər müharibənin nəticəsinə uyğun yazılır. Müharibə isə hələ bitməyib. Mən inanıram ki, biz müharibədən qalib çıxacağıq və ədəbiyyatımızda bu ovqatla böyük nümunələr yaranacaq. Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır. Müharibə insan ölümünün ucuzlaşması, dünyada harmoniyanın pozulmasıdır”. Bu mövzuda Azərbaycan poeziyasında həmişə gözəl nümunələr yarandığını deyən Ramiz Rövşən ədəbiyyatda yalnız torpaqların itirilməsindən bəhs edilməsini şairlərin ovqat adamı olması ilə izah edib: “Torpaqları ədəbiyyat yox, Qarabağı hisslərində yaşadan insanlar qaytara bilər. Torpaq ürəkdə itiriləndən sonra, onu qaytarmaq çətin olacaq. “Müsibət vaxtı eyş-işrət” ifadəsi var - indi biz belə bir zamanı yaşayırıq. Problem şairlərdə deyil, bu zamandadır. Qarabağın qayıtması cəmiyyətin havasında olmalıdır, çünki bu gün Azərbaycanda insanların şüurunu, əxlaqını, mənəviyyatını ədəbiyyat və sənət yox, telekanallar formalaşdırır”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Mart 13th, 2008 tarixində 15:13 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. men adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 22:11 yazıb:

    Ramiz bey siz canli klassiksiniz

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: