Qaynar xəbər portalı

Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq. Dedektiv janrında olacaq yeni əsər psixoloji hadisələrlə zəngindir. Ən maraqlı hadisələr Bakının küçələrində cərəyan edir. Yazıçının bildirdiyinə görə, onun yeni əsərləri yaxın aylarda reallaşacaq İngiltərə, Türkiyə və Fransa səfərləri zamanı müzakirə ediləcək. Davamı…


Şərif AğayarEstafet

Əvvəlcə otağın küncündəki dəmir çarpayı cırıldadı.  Sonra yalın döşəməyə toxunan əsanın səsi eşidildi - tak! tuk! tak! tuk! Qocanın uzun koridora tərəf yeridiyini təsəvvür etmək elə də çətin deyildi. O, koridordan geniş və çıraqban otağa, geniş və çıraqban otaqdan isə yenicə tikilən lakin, hələ tam təmir olunub istifadəyə verilməyən hündür, işıqlı eyvana keçməli idi:
- Tak! Tuk! Tak! Tuk!…
Koridorun bir ortasında nəvəsi iməkliyə-iməkliyə onun qarşısına gəldi və başını qaldırıb qocanın üzünə - çal saqqalına, müdrikcəsinə arxaya daranmış pənbə saçlarına baxdı və gülümsündü. Davamı…


Bu hadisə Finlandiyanın cənubunda yerləşən Vantaa şəhərində baş verib. Burada bir şəhər sakini 100 ildən artıqdır əllərdə gəzən kitabı yerli kitabxanaya qaytarıb. Söhbət 1908-ci ildə nəşr edilən yerli dini jurnalın buraxılışından gedir. Bu günlərdə özünü təqdim etməyən bir şəxs kitabxanaya gələrək həmin jurnalı buranın işçilərinə təqdim edib. Davamı…


KultAz: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində “Zirvə” mükafatını təsis edib.
Mükafat teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslər üçün nəzərdə tutulub. Qeyd edək ki, mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Qalibə hər biri 5000 manat həcmində müxtəlif nominasiyalar üzrə mükafatlar veriləcək.

Nominasiyalarda teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə milli mədəniyyət tarixinin qorunması, Davamı…


anar-qeshemRəsul Rzanın Moskvadan Anara yazdığı məktubdan: “Ani bala, bu məktubu alan günü, alan günü ha…”
22 dekabr 1957-ci il

Suqovuşanda…

Bu günlərdə İntiqam Qasımzadə qəflətən dedi: “Ay dad, Anarın 70 yaşı var.” Əslində bu zamana, vaxta işarə idi. Zaman Anarda daha cox görünür. Bütün anarseverlər bu yaşa heyrətlənir. Zarafat deyil, Anara sevgimizin 70 yaşı tamam olur.
Bir dəfə necə oldusa Anar məndən soruşdu:
- “Suqovuşanı” görmüsən?
- Yox, - dedim.
- Mən apararam səni, axırıncı dəfə ora atamla getmişəm - dedi. Davamı…