Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq. Dedektiv janrında olacaq yeni əsər psixoloji hadisələrlə zəngindir. Ən maraqlı hadisələr Bakının küçələrində cərəyan edir. Yazıçının bildirdiyinə görə, onun yeni əsərləri yaxın aylarda reallaşacaq İngiltərə, Türkiyə və Fransa səfərləri zamanı müzakirə ediləcək. Eyni zamanda, səfər zamanı ədibin yeni nəşrlərinin təqdimatı da nəzərdə tutulub. Söhbət əsnasında onu da öyrəndik ki, Ç.Abdullayev əsərlərindən birinin ekran ssenarisi üzərində işləyir. Dövlət sifarişi ilə çəkiləcək film Azərbaycan və Rusiyanın birgə istehsalı olacaq.//Trend
« Şərif Ağayar. Hekayə. | Əsas səhifə | “Nəsimi” ədəbiyyat müsabiqəsinə əsərlərin qəbulu sona çatdı »




Bölmə: 


(5 səs, təxmini: 4.2 ilə 5)






rustem abdullayev adlı istifadəçi, Mart 19, 2008 tarixində, saat 22:39 yazıb:
tekrarlar cox olur.