Qaynar xəbər portalı

Kitab dünyası


anar-qeshemRəsul Rzanın Moskvadan Anara yazdığı məktubdan: “Ani bala, bu məktubu alan günü, alan günü ha…”
22 dekabr 1957-ci il

Suqovuşanda…

Bu günlərdə İntiqam Qasımzadə qəflətən dedi: “Ay dad, Anarın 70 yaşı var.” Əslində bu zamana, vaxta işarə idi. Zaman Anarda daha cox görünür. Bütün anarseverlər bu yaşa heyrətlənir. Zarafat deyil, Anara sevgimizin 70 yaşı tamam olur.
Bir dəfə necə oldusa Anar məndən soruşdu:
- “Suqovuşanı” görmüsən?
- Yox, - dedim.
- Mən apararam səni, axırıncı dəfə ora atamla getmişəm - dedi.Anar bizi Sabirabada - “Suqovuşana” apardı. Uzun müddət bir-biri ilə barışmayan bu iki nəhəng cayın tarixi möcüzəsinə xeyli tamaşa elədik. Coxlu şəkillər çəkdirdik. Cavan şairlərin şəklini Anar öz aparatı ilə çəkdi. İki gün sonra həmin şəkilləri çıxartdırıb xüsusi zərflərdə bizə verdi.
Anar haqqında yazmaq çox çətindi. Çünki onun haqqında deyiləcək hər hansı sözlər, deyək ki, ədəbi-bədii terminlər, nə bilim, icadlar, tapıntılar bu gün mənim üçün önəmli deyil. Bu yazıda ona “Anar müəllim” də deməyəcəyəm. Sadəcə Anar, xalqın milli-mənəvi, ədəbi- bədii yaddaşını özündə ifadə edən Anar. “Öz dilimdə”, Anarı necə tanıyıramsa, bax eləcə yazmaq istəyirəm bu yazını.
Mən Anara çox arxayınam. Elə bilirəm Anara görə dava başlamaz, Anara görə içtimai fikir əyilə bilməz, dəyişə bilməz. Anar ictimai fikrin təminatçısı və göstəricisidir. Əgər bu gün çəmiyyətimizdə yazıçı mövqeyi varsa və bu, qəbul edilirsə, demək, hələ tərəzi əyilməyib.
Anar xalq şairi Fikrət Qoca haqqında bir məqalə yazıb: ”Fikrət Qoca həqiqəti”. Burada Anar öz həqiqətini də deyib. Dosta sədaqət, diqqət, etibar həqiqətini. Hərdən Anar və Fikrət Qoca, Ayaz Vəfalı və Qəzənfər Paşayev dostluğuna qibtə edirəm. Öz ədəbi nəslimin içində dost arayıram. Hanı? Tapa bilirəmmi?
Anar cavan yazarlar: Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Əlizadə Nuri və başqa istedadlı qələm sahibləri haqqında yazıb, onlara qayğı göstərib.( Anar bu qayğını təkçə ayrı-ayrı fərdlərə deyil, bütöv ədəbi mərhələlərə, onilliklərə gostərib, Yazıçılar Birliyini qoruyub saxlayıb və bu Birlikdə ədəbi orqanlar, çap olunmaqdan əlavə onların qonorarları, mükafatlar, işçilərin əmək haqları Prezident təqaüdləri, yubileylər, klassik ve yeni ədəbiyyatı qorumaq missiyası, ədəbi tərcümələr, bütün bunlar Anarın ədəbi gəncliyə, bütövlükdə qələm sahiblərinə, xalqa və onun ədəbiyyatına xidmətdir). Eyni zamanda Anar Ramiz Rövşən haqqında yazıb. Dünyasını dəyişənlər: Yusif Səmədoğlu, Əli Kərim, Emin Sabitoğlu və neçə-neçə başqaları haqqında yazib. Ad günlərində, il dönümlərində qələm dostlarını xatırlayıb, haqlarında xoş sözlər danşıb. Üzeyir Hacıbəyov, Mirzə Cəlil, Hüseyn Cavid neçə-neçə klassiklərimiz haqqında əsərlər yazıb, filmlər çəkib, ədəbiyatda heykəllərini ucaldıb. Anar bu gün də istər klassiklərimiz, istər öz yaşıdları və gənclərimiz haqqında öz sözünü deyir, özü də vaxtında deyir, inamla deyir. Hərdən dostlarıma deyirəm bunu: Anar hamıdan etibarlıdır. Biz, yəni 80-90-ci illərdə ədəbiyyata gələnlər gündə bir yerdə olsaq da belə, bir-birimizin uğurları haqda xöş sözlər demirik, hətta bəzən ad günlərimizi təbrik etmirik. Anar bütün sahələrdə bizdən etibarlıdır.

Anar tarixdi…

Biz çox şeyləri unuduruq. SSRİ xalq deputatı kimi Anarın Qarabağ məsələləri ilə bağlı o vaxt SSRİ rəhbərləri ilə apardığı mübarizəni unuduruq. “Qobustan” jurnalının Azərbaycan mədəniyyətində yaratdığı yeni mərhələni unuduruq. Anar həmişə yenilikçi olub və gün də belədir. Anar bütün anlarında, dəqiqələrində həmişə xalqla bir olub, xalqın milli- psixoloji aləminin formalaşmasında, inkişaf etməsində mühüm rol oynayıb. Ötən əsrin 60-cı illərində ədəbiyyatımızda dönüş nöqtəsini yaradanların biri və birincisi Anardır. Mətbuatımızın, ictimai, ədəbi-mədəni fikir tariximizin “Qobustan mərhələsi” hamının yaxşı yadındadır və bu mərhələnin də banisi yenə Anardır. 60-cı illərdən başlayaraq, bugünümüzə kimi mədəniyyətrimizdə və ədəbiyyatımızda elə bir ictimai, mədəni hadisə yoxdur ki, Anar onunla bağlı olmasın. Anar bütün şəxsiyyəti və ədəbi-bədii təşəkkülü ilə tarixdir. Canlı tarix.
Həmişə cəmiyyəti, xalqı onun böyük oğulları inkişaf etdirir. Anar xalqımızın belə oğullarındandır. Bu yerdə yadıma ünlü şairimiz Vaqif Bayatlının Hüseyn Cavidə həsr etdiyi “Yuneskoya məktib” şeirindən aşağıdakı misralar düşür:

Cənab baş direktor
Bir tələbim var
Təzədən yazılsın istəklər, haqlar
Sayla, güclə deyil
Böyük oğullarıyla tanınsın xalqlar.

Anar xalqını bütün dünyaya tanıdan, onun dilinin enerjisini daşıyan, ədəbi-bədii təfəkkürünü ifadə edən ən layiqli sənətkarımızdı. Anarın dili ona görə şirin və qədimdir ki, Dədə Qorquddan pay alıb, bu dastanın leksikonundan, semantikasindan, fonetika və morfologiyasından, sintaksis və obrazlılığından rişə çəkib. Anar ona görə xalqın sevimlisidir ki, həmişə xalqa söykənib, onun dilində danışıb, onun dilində danışa-danışa bu dili zənginləşdirib.

Bir yandan da bu yağış…

“Sizsiz” əsərinin yazılış forması və buradakı həyat faktları, “Üzeyir ömrü” filminin quruluşu yeni modern düşüncənin ədəbiyyatımızda yaranması idi. 60-cı illərdən başlayaraq, Anar sovet imperiyasının sərhədlərini aşaraq yeni dünyaya özünü ciddi yazıçı göstərə bildi. Təssüflər olsun ki, bunu dünyanın bir çox ölkələri etiraf etsə də, biz hələ bu həqiqəti deməyə çətinlik çəkirik. Bilmirəm niyə?
Heç yadımdan çıxmaz. “Sizsiz” əsərində bitib tükənməyən Mərdəkan – Bakı yolu… Rəsul Rzanın canəzəsini Mərdəkandan Bakıya gətirirlər… Nigar xanım xəstəxanadadır, Rəsul Rzanın ölümündən xəbərsiz…”Üzeyir ömrü” filmini çəkiliş vaxtları, ürəyinin ağrıdılğını bəhanə gətirən operator… Nigar xanımın kitabını mətbəədə ləngidirlər…Anar tibb bacısından xahiş edir ki, Nigar xanımdan göz olsun, Rəsul Rzanın ölümünü ona deməsinlər, bu xəbəri çatdırmağa çalışanlar da var… Nigar xanım bilsə, dözməyəcək… Tibb bacısı etiraz edir.. Bir yandan da kitab gecikir… Vaqif Səmədoğlu demiş, “Bir yandan da bu yağış…”
Anarın ən ağır vaxtlarıdır… Hər şey birdən- birə oldu … Hər şey bir an içində keçmişə dönür. Rəsul Rza dünyalar qədər sevdiyi Nigarından nigaran gedir. Nigar xanım Rəsul Rzanın ölümünü heç vaxt bilməyəcəkdı, amma Nigar xanım bu acı həqiqəti xəstəxanadan çıxarılıb evə gətiriləndə məhz evdə hiss eləyəcəkldi, çünki Rəsul Rzanın nəfəsi ilə isinmiş bu ev ona yalan danışa bilməzdi. Burda da Fikrət Qoca Anarın yanındadı. Niyə bunları xatırlayıram? Anar bütün ağrı-acıları canı-dildən yaşamış bir insandı. Bu romanda təkcə ata-ana itkisi deyil, bütöv bir cəmiyyət, münasibətlər, təzyiqlər və ədəbi tarix təhlil edilib. Həmin ağır anlar, dəqiqələr Anarın 70 illik ömrünün içindədir.

Keçmişə atılan daşlar gələcəyə dəyir

Anarının üzündə, saçlarında ağappaq bir işiq var, həm də üzündə əbədi donub qalmış bir təbəssüm, bir arxayınlıq, məmunlıq, müdriklik var. Bu içdən gələn bir işıqdı, yazdıqlarına , dediklərinə, 70 illik həyatını ləyaqətlə yaşamasına söykənməkdi. O bütüm varlığı ilə M. Fizuliyə, M. Cəlilə, H. Cavidə, Dədə Qorquda, Üzeyir bəyə atılan daşların qabağına özünü verib. Axırda ona daş atırlar.
Ramiz Rövşən çox gözəl deyib:

Sənə bir daş atar yerindən duran…
…Daş atan bilirmi nə günah eylər?*

Bu daşı insan oğlu (insan oğlu? - Q.N) min illərdi atır. Daş da əldən-ələ, ətəkdən-ətəyə, ildən-ilə, əsrdən- əsrə keçir.Uşaqlıqdan sevdiyim bir şeir var:

“Yarıcılpaq
qədim insan
düşməninə
bir daş atdı
qana batdı
daş düşmədi
ancaq yerə
uçub getdi
üfüqlərdən-
üfüqlərə (Ə. Kərim)

Gorəsən bu daşları əlimizə qoyan kimdi, bizsə fərqinə varmadan bu daşları atırıq. Fizuliyə atılan daş sonra Sabirə atıldı, sonra Mirzə Cəlilə atıldı, sonra C. Cabbarlıya, M. Müşfiqə, Hüseyn Cavidə, Rəsil Rzaya, Əli Kərimə, indi də Anara, sonra isə bir başqasına, sonra isə gələcəyə… Bu daş nədi görəsən?

Ey həməsrim
Həqiqətin
qan qardaşı,
“Dayandırmaq
olmazmı de
Yarıçılpaq
qədim insan
atan daşı”

Kecmişə atılan daşlar gələcəyə dəyir, gələcəyi yaralayır. Gələcək keçmişin qardaşıdı. Kim bilir bəlkə elə gələcək keçmışdi, keçmiş gələcək… Vaxtı ilə yazdığım bu şeir də elə gələcək haqqındadı.

Sən gələcəkdə qaldın
Rəsul Rza,
Biz keçmışdə.
Bizim gələcəkdən başqa
Heç nəyimiz yox.
Birinci sırada bizə yer saxla.
Sevməkdən, duymaqdan öncə
Bir diləyimiz yox.
İndi bizi çağıra bilərsənmi
gələcəyə?
Sənsən gələcəkdə ilk tanışımız,
Sənsən gələcəkdə
Bizi qarşılayan.
Gəlib çıxa biləcəyikmi
Yanına-
Şeirimiz zəifdi amma…

Amma…

Amma həyatın çətinliyi heç vaxt Anarı siındırmayıb. O başını uca tutaraq mərd yaşayıb. Ona görə ki, onun nəsil səcərəsi, istər ana, istərsə də ata babası Azərbaycanın bəy nəslindədir. Qanda olan bu qeyrət, ailə tərbiyəsi, aldığı təhsil, dünya görışü Anarı mətinləşdirib. Ədəbi-bədii yazılarında, romanlarında, pyeslərində, publisistikasında Anar həmişə içtimai həyatı, ömür anlarını, insan psixologiyasını, qardaşlıq və bərabərliyi, türkçülük ideyalarını, islam əxlaqını, azərbaycançılıq və vətənçilik düşüncələrini daim ifadə edərək Azərbaycanın milli azadlıq hərəkatının öncüllərindən biri olmuşdur.
Anar sakit görünməyinə baxmayaraq, çox mübariz bir insandı. 37-ci illərdə Cavid əfəndiyə deyirlər ki, Cavid əfəndi, bir az aydın yaz. Cavid çəliyini sınana qədər asfalt döşəməyə döyəcləyir. “Cavid sınar, amma əyilməz”. Azərbaycan yazıçısının ruhundakı bu əyilməzlik indi də yaşamaqdadır. Anarın, mənim fikrimcə, Yazıçılar Birliyində ən çox sevdiyi represiya qurbanlarının xatirəsinə hazırlanmış bürünc lövhədir. Anar şəhid ruhuna, şəhid anasına, Azərbaycan torpağının hər qarışına; Şuşaya, Üzeyir bəyə, Mirzə Cəlilə, Hüseyn Cavidə, Təbrizə ruhu ilə, qələmi ilə baş əyən bir insandır.

10-0

Bir dəfə Yazıçılar Birliyinin ikinci mərtəbəsində Anarın əleyhinə mətbuatda ağzına gələni yazan bir yazıçı bu məsələlərdə özünə haqq qazandıraraq lovğa-lovğa var-gəl edirdi. Elə bu vaxt gördü ki, Anar plləkənləri asta-asta yuxarı qalxır. O birdən belini aşağı əydi, gizlənməyə yer axtardı, axırda koridorun o başına qaçıb Fikrət Sadığın otağında gizləndi. Onun Anarla üz-üzə gəlməyə çəsarəti çatmadı.
Yadıma “Sizsiz” əsərində bir məqam düşür. Anarda güclü bir yumor hissi var, ona gorə deyirəm bunu. Anar Moskvada oxuyanda Rəsul Rza Bakıdan ona belə bir məktub yazır:
“ Ani bala, səni xoş gördük. İclas pis keçmədi, “C” və “Ə” özlərini cırsalar da yığıncaq onlara səs vermədi. Yerdən etiraz səsləri qalxdı. Ümumi hesab təxminən 10-0 oldu. Hər halda iştirak edənlər belə deyir.” (Rəsul 07.01.03)
Bəli, bu hesab istedadın, haqqın qələbəsidir.
Anar bizim müasirimizdir. Anar bizimlə addımlayır. Addımların səsini eşidirikmi? 70 yaşlı həyat, ömür, ədəbiyyat tarixi bizimlə bir yerdədir. Biz onu olduğu kimi görə bilirikmi? O, M. Füzulini, Dədə Qorqudu, Mirzə Cəlili, Hüseyn Cavidi, Üzeyir Bəyi qoruduğu kimi, biz də onu qoruya bilirikmi? Bizi də qoruyacaqlarmı? Bax, gələcək bunu bizdən soruşacaq. Cavab verə biləcəyikmi?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Mart 14th, 2008 tarixində 00:05 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

19 şərh var


  1. scorpion adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 00:37 yazıb:

    Yazıdan aldığım ilk təəssüratı yazacam yenə də xiyar əyri bitəcək… yaxşısı budur məsələyə dəxli olmayan şeylərdən danışım qoy lazım bilməsə Admin qardaş silsin…
    Deməli belə… son vaxtlar bu reklam çarxlarının mətni məni yaman maraqlandırmağa başlayıb… bir də görürsən reklam gedir “DAV sabun deyil…” bə nədi? Demirlər yenə sözün mənası anlaşılan olsa (tutaq ki, sabunun adı “Arazdəyən”, “Kürburulan” yaxud da “Suqovuşan” olsa yenə bir məna çıxarmaq olar… yoxsa “DAV sabun deyil…Bə nədi…?


  2. Qan Turalı adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 02:18 yazıb:

    Anar indi o dərəcədə cılışlaşıb ki, onun haqqında QƏşəm Nəcəfzadə yazır.

    Yazı tipik yaltaqlıq nümunəsidir. Hamısını oxuya bilmədim, iyrəndim…


  3. MANIS adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 02:36 yazıb:

    Yalnız “digər ölkələrdə dəmi 80-90-larda ədəbiyyata gələnlər 60-larda gələnlər barədə belə sevgi və hörmət dolu fikirlərdə bulunurlar, yoxsa bu yalnız müəyyən ictimai-siyasi hadisə və dövrləri keçmiş cəmiyyətlərəmi məxsusdur?” sualı bəs edir ki, bunda maraqlı olan istənilən vətəndaş ingilis dili kursuna yazılsın və həvəslə bu dili öyrənməyə can atsın.


  4. Sarxan adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 02:41 yazıb:

    Çox primitiv yazıdır, bəlli və deyilib yazılmış sözlərin təkrarıdır. Bu öz yerində. Ramiz Rövşənin seiri isə belədir:

    Sənə bir daş atar yerindən duran
    Səni sevdiklərin daşqalaq eylər.
    Bir əlində daş var,birində Quran
    Daş atan bilirmi nə günah eylər?!

    Daha “tullayır” yox! Bu adam necə şairdir ki, həmin sətri yazanda ritmin pozulduğunu hiss etməyib. Lap “atar” sözünü unutmuş olsaydı da, şeir duyumu olan kəs heç olmasa, məsələn, “çırpar” yazardı. Anar ətrafına belə adamlar yığdığı üçün “böyük”dür.
    Hə, hörmətli admin! S.Pərvanənin hekayəsində də problem bu idi, yəni istinad etdiyin mətni düzgün vermək. Siz isə müəlliflə birgə bunu aparıb dini hisslərə, dini ideologiyaya bağladınız. Hətta postmodernpərvərpərəstin (ona özəl təşəkkürlər - S.)o qədər dəlillərinə də göz yumdunuz.
    Bir də anlamıram, belə əttökən yazıları sayta yerləşdirməkdə məqsədiniz nədir? Siz bu yollamı yeni ədəbiyyat yaratmaq istəyirsiniz?!
    Nə isə. Anar özü demiş, düşmənlərin acığına hələ çox yaşayacaq. Amma öz aramızdır, adam da düşmənlərin acığına yaşayar?!
    Hər halda, mən Qəşəm bəyin simasında bütün “anarsevərlər”i təbrik edirəm…


  5. hadi qaraçay adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 04:23 yazıb:

    Birincisi Anarı, gözəl hekayələrin yazıçısını 70 illiyi ilə təbrik edirm(qutlayıram desəm deyəcəklr türkçüdür,türkyəçidir…)ama təbrik ərəbcədir,nə bilim niyə Bəzilərinə bu ərəb köklü sözcük ,türk köklü Kutlamaq - qutlamaq dan daha doğmadır?Nəysə,Bizdə (Güney Azərbaycanda)durum Azərbaycan Respoblikasından dəyişikdir.Əkrəm Əylislinin diliylə desəm “Yazıçı təkcə yazısı ilə deyil, o həm də bioqrafiyası ilə yazıçıdır.Bizdə Anarın bioqrafiyası olmayıb, biz Anarı bir yazıçı olaraq sevə sevə oxumuşuq.Anarın özəl yaşamı,(”şəxsi həyatı”-yanı ədəbi dilimizi də bilirəm)topumsal ilişgiləri ,siyasal bağlantıları mənə bəlli deyil,doğrusu buna gərəyim də yoxdur.Mən yazıçı Anarın 70inə varmasına sevinirəm ,onu qutlayıram və 100ünə varmasını umuram.
    P.S.Qəşəm bəyin bu cılız yazısı burda verilməsəydi Anar üçün daha yaxşı olardı.


  6. qedir qizilses adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 12:50 yazıb:

    yaxshi dostsan xeyirde de, sherde de
    altdan-altdan irishmeyin olmaya
    barmaq batmaz iyne dushmez yerlere
    sabunlanib girishmeyin olmaya


  7. Şahanə adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 14:59 yazıb:

    “Zarafat deyil, Anara sevgimizin 70 yaşı tamam olur…”

    Məzəniz olsun, Qəşəm bəy.
    Anar doğulanda yanında olanların adından yazmısız yəqin bunu…-))


  8. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 14, 2008 tarixində, saat 20:19 yazıb:

    Baqislayin ki, yuxunuzu qacirtmisam.Bilirdim ki, bele bir pis gune duseceksiniz, bu da tebiidir.

    Sahine adi ile yazan bu edebiyyat heveskarina bir kelme demek isterdim,
    Anara sevgimizin 70 yasi deyende tekce menden sohbet getmir, xalqdan gedir.70 yas ise tekce Anar deyil, bu omurliye daxil edilen uzeyir bey, r.rza, m.celil, sabir bir sozle Anar kimden ve neden yazib ondan, butov bir dovrden, merheleden gedir.


  9. Oxucu adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 01:34 yazıb:

    Meni bir shey maraqlandirir. Bizler neye gore yaziciya qiymet verende onun keyfiyyetini edebi yaradiciligi ile yox, shexsiyyeti ile olcuruk? Sherhciler en cox shexsiyyeti tenqid etmeye meyllidirler. Belke, gorush bucagimizi deyishek. Yazi eger terif uzerinde qurulubsa, bu yazinin keyfiyyetine tesir eder, onu yazanin shexsiyyetine deyil. Her halda, Qeshem Necefzade ozune gore ad etmish bir shexsdir.
    Bir anliga tesevvur edin ki, metndeki butun “Anar”larin yerine “Orxan Pamuk” yazilib. Xoshunuza gelerdi? :)))


  10. Qan Turalı adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 04:23 yazıb:

    Adam hardasa yaltaqlıq edə bilər? Amma yaltaqlığına bəraət qazandırmağın adını ura yazmaq olmur. Utanmaq lazımdır, utanmaq…


  11. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 09:50 yazıb:

    Qan Tural, bura serh yazanlarin hamsi muxtelif imzalarla sensen. Sen menim oqlum yasdasan, sene men qosulmamisam. Danisiqina da fikir ver.Sene min defe ayib olsun, bari xecalet cek,ozune mualice eletdir, yuz senin kimi sifetler gormusem, bunlar menim vecime deyil, meni gorende iki elli gorusursen, bir gun mene uzanan oz ellerini oz basina cirpacam. Ozune gikir ver.
    Seni hemise deyerlendirmisem, AYB-de, her yerde. Bunu bilenler bilir,bunu mene irad tutanlar olub. sen bilmirsen. Sen ele bilirsen ki, dahi olacaqsan, yox, omur kececek, belke de yazmayacaqsan, ya da hec ne elde etmeyeceksen.Heyat amansizdi. Sen heyatin icinde yox, sozun icindesen, mense her ikisinin. Heyat olmasa soz hec nedir.
    Ele soz yaz ki,menim haqqinda sonra utanmayasan. Bu barede fikirles.
    Bunlar sene hec ne vermeyecek. Gorursen ustadin Rasim Qaraca nece aqillanib, siyasilesib. Onu heyat eledi.Mene qarsi boynuna goturduyun bu ohdelik boynunu aqrida biler.
    Bunu men mehz sene yaziram. Adam ikiuzlu olmaz. Men Anari hemise mudefie etmisem.Lap yaltaqlanmisam /amma bele deyil/ sene ne. Sen ki, meni ciddi imza hesab etmirsen.

    Fikir verirem sen bezen munasibet xatirine zeif yazuya da yaxsi deyirsen. Bir gun bunun ustunde burnuna vuracaqlar.Senin sifetin budur.
    Isteyirsen gel bir saatliq bu barede sohbet eleyek. Gorek mene cavab vere bileceksen. (Xasiyetini deyirem sene bele deyeceksen qeshem bey men o cur demirdim, bu cur deyirdim ve s.)
    Senin seirlerini men hec beyenmemisem, publisist yazilarini, he, bezilerini beyenmisem.

    PS Qan Tural eger sen meni ve Anari beyenmirsense bu yazida seni yandiran nedir.Get isinle mesqul ol.


  12. Qan Turalı adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 15:51 yazıb:

    Qəşəm həddini aşma.. Yaltaqlıq eləyirsən elə, həddini aşma..


  13. men adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 23:17 yazıb:

    wow…SARXAN,Oxucu)))
    …men cox sebirsizem!


  14. Raset Pirisoyu adlı istifadəçi, Mart 16, 2008 tarixində, saat 13:35 yazıb:

    Əziz Qəşəm!

    Qəşəm, qardaşım, mən sənin «Bir yandan da bu yağış» adlı yazındakı hissləri çox gözəl başa düşürəm, Adam xeyrixahı olan adam haqqında ən gözəl sözlər demək istəyir və burda qeyri - adi bir şey yoxdur. Belə hisslərə istehza ilə yanaşmaq, təhqirə keçmək, təkcə ikrah hissi doğrumur, həm də insanın öz içərisində belə təbii hissəlrin qıt olduğuna dəlalət edir. Axı insanın öz dostu, valideyni, xeyirxahı, istədiyi qadın haqqında heyranlıqla danışmasında qeyri adi nə var?

    Onda bəs sənin bu yazın niyə belə etirazla qarşılanıb. Mən bunu özümə aydınlaşdırmağa çalışıram.

    Səmimi etiraf edim ki, sənin yazın məndə də etiraz döğurdu, özü də çox ciddi etiraz.

    Niyə? Ona görə ki, sən az qala mənim adımdan mənə mənim tanıdığım Anarı təqdim etmək istəyirsən və bunu birmənalı şəkildə, hətta mənim müşahidlərimi şübhə altına almaqla həyata keçirmək istəyirsən.

    Əziz Qəşəm,
    Anarın adı ortaya gələndə sənin yadını «Suqovuşan» düşür, amma məsələn mənim yadıma Azərbaycan Yazıçılarının sədri Anar düşür. Azərbaycan Yazıçılar Birliynidən allahsıcasına qovulumuş Rafiq Tağı, Samir Sdəaqətoğlu gözlərimin qabağdan çəkilib getmir.

    O Rafiq Tağı, o Samir Sədaqətoğlu ki, ağlı başında olan dünya onları «vicdan cəfakeşi» kimi tanıdı və tanıyır, haqqında dünaının 500 mindən artıq qəzeti, beynəlxalq qurumu, qeyri - hökumət təşkilatı danışdı, amma Azərbaycan Yazıçılar Birliyinin sədri susdu

    Məsələn, mənim yadıma ağır infarktdan yenicə qalxmış yazıçının üzərinə Yazıçılar Birliyndəki qoçuların (bu qoçular Yazıçılar Biriliyndə həmişə olub) hücümü düşür və o yazıçı sədrin otağında sədrdən yaxa qurtarmaq üçün bu dünyanın ən iyrənc xəbərdarlığına əl atır: «Birdən Sizin otaqda mənim başıma bir iş gələr, sonra Sizi günahkar tutarlar»

    Ancaq bundan sonra sədr əla - ayağa düşür və yazıçını bacardıqca Yazıçılar Birliynin yerəşdiyi ərazidən uzaqlaşdırmaq üçün göstəriş verir.

    Günü bu günə qədər həmin sədr həmən yazıçının yazıdığı ərizəyə cavab verməyib. Halbuki hətta bizim gözəl - göyçək. Respublikamızın Konstitutsiyası da səlahiyyətli sturkturlar qarşısında yazılmış ərizələrə ən çoxu 1 ay müddətində cavab vermək tələbi qoyur.

    Əziz Qəşəm, belə şeylər ortayda olanda söhbət daha sənin taınıdığn Anardan getmir və heç kəs sənin tanıdığın Anardan heç nə ummur, söhbət Azərbaycan Yazıçılar Birliynin sədrindən gedir.

    Anar son müsahibələrinin birində, (səhv etmirəmsə «Yeni müsavat»da çap olunmuşdu) Heydər Əliyevin ona Milli Məclisin növbəti yağıncağını açmaq təklifinə toxunur və deyir, Heydər Əliyev soruşdu ki, Yazıçılar Biriliynin neçə üzvü var, dedim 600, dedi ki 600 adımı İDARƏ EDƏN ADAM 125 adamı da idarə edə bilər.

    Bu ötəri qeyddə idarəetməyə sovet təcrübəsindən yanaşama açıq - aydın özünü görünür..

    Bax, etirazı bu doğrurur, Əziz Qəşəm. Elə buna görə də mənə elə gəlir yazanda biz təkcə öz sevgimizi deyil, həm də başqalırın «segisini» nəzərə almalıyıq. Təbii ki, söhbətin məğzində ixctimai əhəmiyyət daşıyan mövcu gizlənirsə…


  15. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 16, 2008 tarixində, saat 21:47 yazıb:

    Eziz Raset
    men yazimin evvelinde qeyd edirem ki,tanidiqim Anardan yaziram. Bu da etiraz doqurursa, evvela bu menim fikrimdir, sexsi isimdir kime ne.biz eger demokratiyadan danisiriqsa haminin hami haaqinda soz demeye haqqi var. eger biri ekrem haqqinda yazirsa, ekrem de mene zulm eleyibse men onun haqqinda yazan adami tehqir etmeliyemmi. bu adam onu bele gorub, bele de yazib. hemcinin men de.senin haqqinda yazsam kiminse bu yaziya gore meni tehqir etmesi doqru olardimi.her kesin oz aqli, oz qelemi var cavabdehlik de onundur.etiraz edirlerse senin kimi bu cur etsinler.

    men samirle r. taqi ile dostam, bu gunde.onlar qovulmayiblar, mesele nizamnameye gore olub. sabah meni de cixarda bilerler, amma hec vaxt men Anardan incimerem, onu vezifesine gore yox yaziciliqina gore sevirem. onu yaxsi yazici kimi qebul etmeyenler varsa bu da onlarin sexsi isidir.men bele dusunurem bele de yaziram, menim fikrim de hec kesin yerini dar elemir, gedib onlar da istedikleri kini ayri yazi yazsinlar.

    infarkt olan yazici haqqinda melumatin yoxdur.


  16. scorpion adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 02:59 yazıb:

    525-ci qəzetin şənbə sayında Əjdər Olun “Anarın miqyası” adlı yazısı çap olunub… Hamınıza məsləhət görərdim ki, o yazını oxuyun…Doğrudan da gözəl yazıdı… səmimi və ağayana…
    Görünür belə yazıları-vəzifə adamları, tanınmış insanlar, yəni cəmiyyətdə müəyyən statusa malik insanlar haqqında yazıları yazanda həm də yazını yazan insanın öz mənəvi keyfiyyətləri(yaxud keyfiyyətsizlikləri) üzə çıxır…


  17. Şahanə adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 12:12 yazıb:

    Qəşəm bəy, günortanız xeyir olsun!

    Mənim adım Sahine yox, Şahanədir. Və mən qətiyyən Qan Turalı deyiləm, olmaq fikrim də yoxdur…-))

    Yazdığınız fikirlə izahınızın üst-üstə düşmədiyinin fərqindəsinizmi? Nə isə…

    Sizinçün bir sədriniz Anar ola bilər, bir yaxşı yol yoldaşı Anar, bir yaxşı məclis yoldaşı Anar və siz bütün bu Anarların hamısını cani-dildən sevə biərsiniz. Hansı səmimiyyətlə, bir Allaha məlumdu, bir də sizə.
    Amma mən Anarı yalnız və yalnız oxucu olaraq sevirəm…həm də 10-15 il əvvəlki Anarı…


  18. Anti West adlı istifadəçi, Mart 17, 2008 tarixində, saat 16:26 yazıb:

    Qan Turalı, səndə heç yaltaqlıq yoxdur?


  19. qedir qizilses adlı istifadəçi, Aprel 8, 2008 tarixində, saat 12:34 yazıb:

    yaltaqliq edib sonra da onu mudafie etmeyin bir adi var - heyasizliq!
    incimeyin… eger varsa fikrime duzelish ede bilersiniz

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: