Şərif Ağayar. Hekayə.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 14 Mart, 2008Əvvəlcə otağın küncündəki dəmir çarpayı cırıldadı. Sonra yalın döşəməyə toxunan əsanın səsi eşidildi – tak! tuk! tak! tuk! Qocanın uzun koridora tərəf yeridiyini təsəvvür etmək elə də çətin deyildi. O, koridordan geniş və çıraqban otağa, geniş və çıraqban otaqdan isə yenicə tikilən lakin, hələ tam təmir olunub istifadəyə verilməyən hündür, işıqlı eyvana keçməli idi:
- Tak! Tuk! Tak! Tuk!…
Koridorun bir ortasında nəvəsi iməkliyə-iməkliyə onun qarşısına gəldi və başını qaldırıb qocanın üzünə – çal saqqalına, müdrikcəsinə arxaya daranmış pənbə saçlarına baxdı və gülümsündü. Qocanın onu yerdən qaldırmağa nə gücü vardı, nə həvəsi. Əksinə, qınayan olmasa əsanın ucu ilə boynunu ardından basıb başını ilan başı kimi əzər, bulud kimi təmiz sifətinin, bulaq kimi şəffaf gözlərinin qanını bir eləyərdi. Uşağın yanından ötüb yoluna davam etmək istədi. Körpə onun arıq və heysiz qıçlarına sırmanıb addım atmağa qoymadı. Sonra təzədən başını qaldırıb qocanın yaxantı kimi bulanmış batıq gözlərinə tamaşa elədi. Tamaşa elədi və şirin, şaqraq bir gülüşlə onu daha da hövsələdən çıxardı.
- Tak…
Körpənin arxası üstə yıxılıb əziləcəyini nəzərə almadan addım atmaq istədi. Ayaqlarına dolanan qolların əhatəsindən çıxmağa gücü çatmadı. Qəflətən içini saran dəhşətli ağrıdan zarıdı. Üz-gözünü qırışdırdı. Gözləri dah çox çuxura düşərək görünməz oldu. Xeyli beləcə qaldı, sonra düşündü və qəflətən ağlına gələn fikirdən səksəndi. Gözləri çuxurdan çıxıb parıldadı. Titrəyən əllərini kəfən rəngli alt paltarının düyməsinə uzatdı. Ona yalnız maye ifrazı üçün lazım olan məlum orqanı yuvasından çıxarıb körpənin təbəssümlə dolmuş sifətinə tuşladı və …
Maye əvvəlcə damcılar şəklində uşağın sifətinə səpələndi. Az keçməmiş damçıların birinin trayektoriyası bütünlükdə maye cığırına çevrildi. Əvvəlcə körpənin alnı, gözləri, ağzı, çənəsi və boğazı, başını aşağı əyib yerə oturandan sonra isə bütün saçları ilıq maye ilə islandı. Körpə incəsini arxaya çəkdi və qocadan təxminən bir qarış aralandı. Nişangahın pozulduğunu görən qoca bir gözünü qıydı və şəhadət barmağı ilə maye ifraz edən orqanı vəziyyətə müvafiq gələnədək yuxarı qaldırdı. Maye yenidən uşağın alnına töküldü və bütün sifətini, yaxasını, paltarını islatdı. Uşaq bundan sonra gözlərinə və ağzına dolan ilıq mayenin acı, yandırıcı dadını duydu və gözlərini ovxalaya-ovxalaya qışqırmağa başladı.
Az sonra gözlərini ovuşdura-ovuşdura arxaya çəkildi. Qoca şəhadət barmağının təkanını bir az da artırdı ki, maye körpəni son damlasınadək müşayiət etsin. Nəhayət qurtardı hər şey… Taqətdən düşən qoca koridordaca yerə çökdü. Uşaq isə açışmış gözlərindən yaş axa-axa təzə, hündür və işıqlı eyvana tərəf iməklədi. Başı eyvan qapısının kandarına dəydi. Daha bərkdən qışqırdı. Ardınca koridora yıxılıb can verməkdə olan qocanın xırıltısı eşidildi.






Yüklənir...
Hekayənin ideya xəttində qarşıya qoyulan məqsəd naməlum qalır… Dili də qüsurludu… Qəzetçilik öz işini görüb…
“Gözləri çuxurdan çıxıb parıldadı.”- təsəvvür eliyirəm))) …lap dəhşət filmlərində olduğu kimi…
Sherif senin diger hekayelerin realligi eks etdirmek baximindan daha u]urlu alinib. Bu hekayeye gore seni soyen onlarla adamla rastlashmisham. Nedense hami o qocani deyil Sherif Agayari ginayib. Qerezli sherh yazanlardan fergli olarag hekayenin hedsiz marag dogurdugunu qeyd edib onu elave etmek isteyirem ki hekayedeki qeddarliq insani gorxudur. Adamin insanliga nifreti oyanir neinki o korpenin timsalinda geleceye umid ve sevgisi… Yuz faiz emin olursan ki qoca vaxtile insanlardan aldigi darbelerin hayifini cixir. Yeqin ki o korpe de oz hayifini hansisa bir shekilde alacaq. Amma men cox teesswf edirem ki mehz bele olacaq. Hec kim Isa Mesih deyil ki wzwne vurulan shilleden sonra o biri uzunu cevirsin. Bu dunyanin ebedi-ezeli qanunu var – qana-qan dishe-dish goze-goz… Ugurlar olsun. Amma bele qeddar olma lutfen bir az da insanlara sevginden yaz.
Mən belə hesab eliyirəm ki, qocanın qəddar davranışının səbəbi xırdaca bir detalla da olsa açılmalıdı…bunun üçün oxucuya heç bir ipucu verilmir… bu qoca ömrü boyu yaxşılıq edib yaxşılıq görmüş və ömrünün sonunda hansısa bir psixi xəstəlikdən əziyyət çəkən birisi də ola bilər … onda əhəmiyyətli olan nədir bu hekayədə?
Hekayə nə qədər yazılmalıydırsa, o qədər yazılıb. Nə az, nə çox, Şərif ölçü hissini kifayət qədər gözləyə bilib və mənə elə gəlir ki, hekayə alınıb. Hekayədə hər şey bütün çılpaqlığı ilə ifadə olunub. Yazıçı oxucuya nəyi izah etməlidirsə, onu da izah edib. Bundan sonrakı problem oxucunun problemidir; onun intellekti, dünyabaxışı, hadisələri qiymtələndirmə təcrübəsi ilə bağlı məsələdir.
Oxucu bu hekayəni necə istəsə, eləcə də «oxuya» bilər.
Bu daha yazıçılıq deyil.
Həyatda bəzən elə hadisələr baş verir ki, ümumiyyətlə onların izahı olmur. Belə hadisələr bəlkə də ona görə baş verir ki, insanı öz düşüncələri ilə bir yerdə qoyub düşündürə bilsin.
Belə mövzuları müşhaidə etmək çox çətindir. Bunu ancaq yazıçı görə bilər.
Elə bilirəm. Şərif bu hekayəsi ilə Azərbaycan ədəbiyyatının ən maraqılı nümunələrindən birini yarada bilib.
əla,səndən daha artıq cəsarət və ədəbiyyat gözləyirik.