Fars şairi Firdovsinin Tehrandakı heykəli əl qumbarası ilə partladılıb. İran paytaxtının “Firdovsi” parkında ucaldılan heykəlin gənclər tərəfindən partladıldığı bildirilir. İranın Təhlükəsizlik Nazirliyi heykəli partladanların kimliyini araşdırsa da hələlik heç bir nəticə əldə edilməyib. Davamı…

Mar
15
Firdovsinin heykəli partladılıb
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Mar
15
Foruğ Fərruxzad. ŞEİRLƏR
Bölmə: Ədəbiyyat | ≅ 6 şərh var
1935-ci ildə Tehranda doğulan, 1967-ci ildə elə həmin şəhərdə avtomobil qəzasında həlak olan Foruğ Fərruxzad otuz iki illik həyatı boyunca beş kitablıq şeir yazmış, fransız, italyan və ingilis dillərindən tərcümələr etmiş, bir sıra filmlər çəkmişdir (bu filmlərdən biri – cüzamlı xəstələrin həyatı barədə Təbrizdə çəkdiyi “Bu ev qaradır” filmi hətta beynəlxalq festivalda birinci mükafata layiq görülmüşdür). Beş şeir kitabından dördü («Əsir» - 1955, «Divar» - 1956, «Üsyan» - 1957 və «İkinci doğuluş» - 1963) şairənin sağlığında, beşincisi («İnanaq soyuq mövsümün başlanğıcına» - 1974) isə ölümündən sonra nəşr edilmişdir. Davamı…
Mar
15
Beləliklə, mart ayının 14-də “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə əsərlərin qəbulu sona çatdı. Bununla da müsabiqənin ilk mərhələsinin birinci turu arxada qaldı. Xatırladaq ki, fevral ayının 2-dən etibarən müsabiqəyə qoşulanların sayı 39 nəfər təşkil edir. Müraciət edənlərdən yalnız bir nəfər qaydalara riayət etmədiyi üçün müsabiqədən kənarda qalıb. Digər 38 müəllif isə ümumilikdə 120-yə yaxın əsərilə sözügedən ədəbi estafetdə iştirakını davam etdirəcək. Davamı…








