Beləliklə, mart ayının 14-də “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə əsərlərin qəbulu sona çatdı. Bununla da müsabiqənin ilk mərhələsinin birinci turu arxada qaldı. Xatırladaq ki, fevral ayının 2-dən etibarən müsabiqəyə qoşulanların sayı 39 nəfər təşkil edir. Müraciət edənlərdən yalnız bir nəfər qaydalara riayət etmədiyi üçün müsabiqədən kənarda qalıb. Digər 38 müəllif isə ümumilikdə 120-yə yaxın əsərilə sözügedən ədəbi estafetdə iştirakını davam etdirəcək. Paytaxtdan və regionlardan, eləcə də Rusiya, İran və Gürcüstandan ilkin hesablamalara görə qənaətbəxş aktivliklə müsabiqəyə qoşulan müəlliflərin bir hissəsi aprel ayının 15-dək birinci mərhələnin ikinci turuna vəsiqə qazanacaq. Münsiflər heyəti tərəfindən əsərləri nisbətən zəif hesab olunan yazarlar isə müsabiqəylə birinci turda vidalaşacaq. May ayının 20-dək münsiflərin qərarı ilə ikinci tura adlamış əsərlər arasından ən yaxşıları seçiləcək. May ayının 28-də hər iki nominasiyada qalib olan, həmçinin ikinci və üçüncü yerləri qazanmış müəlliflərin təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Bununla da ölkəmizdə ilk müstəqil və davamlı ədəbiyyat yarışmasına- I “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə yekun vurulacaq.
Bütün müəlliflərə təşəkkür edir və uğurlar diləyirik!
Təşkilat Komitəsi




Bölmə: 









Çılğın adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 00:58 yazıb:
Inwallah en son gunu bayram kimi qeyd ederik. Hamiya ugurlar!
S.s.s.... adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 12:40 yazıb:
ureyimiz darixdi eee..bir az tez olun da))
men adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 18:04 yazıb:
insa allah ki qalibem men ))))))))))
men adlı istifadəçi, Mart 15, 2008 tarixində, saat 18:36 yazıb:
munsiflerin kimliyi cox vacibdir.onlar tenqidcilerdi,sair-yazicilardi, ya kimdiler?bir de ki her sey onlarin zovqlerinden asilidir.bilmek isterdim onlar “modern” terzde yazilara ustunluk verirler,yoxsa klassik?