İran hakimiyyəti ölkədə 6-sı həftəlik, 3-üaylıq olmaqla, 9mədəniyyət jurnalının bağlanmasına qərar verib.
Bunlar “Dünyay-i Tesvir” (Görüntü Dünyası), “Sobh-e Zendegi” (Yaşam Sabahı), “Telaş” (Çaba), “Besuye Efthar” (Qurura Doğru), “Neday-i İran” (İranın Səsi) ve “Havar” - həftəlik, “Baznigari” (Gözlem), “Haft” (Yeddi) ve “Şoka” isə - aylıq jurnallar idi.İran Kültür və İslami İrşad Nazirliyindən verilən açıqlamada, adıçəkilən jurnalların bağlanma səbəbi belə izah edildi: “Əxlaqsız əcnəbi filmlərdən kadrları dərc etdikləri, həmin filmlərdə çəkilən aktyorların pozğun həyatları haqqında yazılar yayımladıqları, əlaqədar qurumların icazəsi olmadan kosmetik dərmanlrın reklamını verdikləri və ictimai əxlaqa yad olan yazılar yazdıqlarına görə”
Bağlanan jurnalların rəhbərləri isə onlara heç bir rəsmi bildiriş verilmədiyini əsas gətirərək, bu qərara etirazlarını bildiriblər.
Qeyd edək , Mahmud Əhmədinejat prezident postuna gələndən sonra İranda mətbuta, xüsusilə islahatçı mediaya təzyiq artıb.
İslahatçı qüvvələrin əsas qəzetlərindən olan “Şərq” iki dəfə bağlanıb, bu qəzetin kollektivinin yığışıb təsis etdikləri “Hammihan” da (Yurddaş) eyni aqibəti yaşamışdır.
İranda, 16 ildir nəşr olunan “Zenan” (Qadınlar) adlı tanınmış qadın jurnalı da bu ilin yanvar ayında bağlanılıb.
Xatırladaq ki, adıçəkilən jurnal və qəzetlər fars dilində nəşr olunurdu. İranda azərbaycan dilində nəşr olunan qəzet və jurnalların isə əksəri bağlanıb, jurnalistləri ya həbs, ya da sürgün olunub.//qaynar.info




Bölmə: 








