Qaynar xəbər portalı

Kitab dünyası


Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatının təltif olunma mərasimi keçirilib. Mükafat 2007-ci ildə teatr, musiqi, təsviri sənət sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə təqdim olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hər il Novruz bayramı ərəfəsində əvvəlki ilin nailiyyətləri qeyd ediləcək. 5 nominasiya üzrə nominantların adları açıqlanıb. Teatr sahəsi üzrə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi, musiqi sahəsi üzrə xalq artisti, dirijor Rauf Abdullayev, təsviri sənət üzrə xalq rəssamı Natiq Əliyev, “ilin debütü” nominasiyası üzrə muğam ifaçısı Elməddin İbrahimov və Dövlət Gənclər Simfonik Orkestri, “mədəni sərvət” bölməsi üzrə xalq artisti Alim Qasımov “Zirvə”yə layiq görülüb. Qaliblərə 5000 manat məbləğində pul, rəmzi simvol və diplom təqdim olunub.//APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: