Dünya Azərbaycan oxucularının üzünə açılacaq
Mirzə Fətəli Axundov adına Milli Kitabxana Avropa Elektron Kitabxanasına üzv olur. Bununla bağlı olaraq kitabxana direktoru Kərim Tahirov martın 25-də Niderlanda gedəcək. K.Tahirov Niderlandın Qaqa şəhərində keçiriləcək mərasimdə Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın milli kitabxanalarının Avropa Elektron Kitabxanasına qəbulunun bəyan olunacağını bildirib: “Avropa Elektron Kitabxanasına 27 ölkə daxildi. Yeni üzvlər Niderlanddakı mərasimdə açıqlanacaq. Bundan sonra Azərbaycan bütün dünya üçün, dünya isə Azərbaycan üçün açıq olacaq. Yəni oxucu Avropaya aid materialları Avropa Elektron Kitabxanası vasitəsilə əldə edə biləcək”.
Aprelin 1-dən etibarən virtual oxucular Avoropa Elektron Kitabxanasından istifadə edə biləcəklər. K.Tahirov onu da bildirib ki, milli kitabxananın üzvlük haqqı 2012-ci ilə qədər İsveçrə İnkişaf Agentliyi tərəfindən ödəniləcək. 2012-ci ildən sonra isə kitabxana özü üzvlük haqqını ödəyəcək.//Olaylar
« Azərbaycanda “Zirvə” mükafatının qalibləri mükafatlandırılıb | Əsas səhifə | Məşhur fantast yazıçı Artur Çarlz vəfat etdi »




Bölmə: 








