Qaynar xəbər portalı

KultAz: Dünən 78 yaşlı məşhur Belşika yazıçısı Hyuqo Klaus könüllü olaraq həyatdan köcüb. Belə ki, sağalmaz xəstəlikdən uzun müddət əziyyət çəkən yazıçı  həkimlərə müraciət etmiş  və öz evtanaziya hüququndan yayarlanmaq istədiyini bildirmişdir. Onun istəyi yerinə yetirilib. Amma evtanaziyanın konkret hansı üsulunun tətbiq edildiyi barədə məlumat verilmir. Davamı…


Rəbiqə NazimqızıP.P.S. Bəlkə, ən sonuncu dediyini elə əvvəldən desən yaxşıdı, P.S-i ona görə əvvələ saldım.
P.S. Əslində, bu barədə başqa cür yazacaqdım. Sonra fikirləşdim ki, harda çap etdirəcəm, elə ondansa, fikirlərimi yazım. Yoxsa, tənbəllikdən, bu yazı da belə yazılmamış öləcək…

Beləliklə, mövzuya keçək.

Saytların birindən Elif Şafakın Britaniyada qadın yazarlar arasında keçirilən ədəbi müsabiqəyə namizəd olması barədə xəbəri oxudum. Əslində, mənim üçün qadın-kişi ədəbiyyatı yoxdur, amma indi bu barədə danışmaq istəmirəm. Bu qondarma bölgüylə bağlı fikirlərim bir başqa zamana qalsın. Hə, onu deyirəm axı, xəbərin arxasınca Elif Şafak barədə qısa məlumat verilirdi, xüsusi vurğulanırdı ki, Şafak qalmaqala səbəb olan “Ata və bic” əsərinə görə ölkəsində açıq mühakiməyə çəkilib. Çünki orada türklərin 1905-ci ildə ermənilərə qarşı qətliamlar törətdiklərinə işarə var. Davamı…


Kaliforniya Universitetinin professoru James C. Kaufmann, apardığı bir araşdırmadan sonra şairlərin yazıçılardan daha tez öldüyü nəticəsinə gəlib.
Professor türk şair və yazçılarının da aralarında olduğu Amerikan, Çin, Şərqi Avropa yazçı və şairlərinin həyatlarını araşdırıb. Davamı…


Lit-cafeTiflisə yolunuz düşsə, mütləq onları ziyarət edin

Vəfa Cəfərova

Qamarcoba, well come to our literature cafe! (Salam, bizim ədəbiyyat kafemizə xoş gəlmisiz!)
“Literature cafe”lər şəbəkəsində sizi bu sözlərlə və ürək qızdıran təbəssümlə qarşılayırlar. Gürcüstanda artıq 15 ildən çoxdur ki, ikinci danışıq dili ingilis dili sayılır. Amma bu dəfə post-sovet ölkələri arasında rus dilini ən çox sevməyən xalq haqqında yox, ədəbiyyat kafelərinin sayına və oradakı xidmətlərin çeşidinə görə hətta avropalıları təəccübləndirən Tiflis barədə danışmaq istəyirəm. Davamı…


Artur CarlzKultAz: Ən məşhur yazıçı-fantastlardan biri Artur Çarlz Klark dünən 90 yaşında dünyasını dəyişib. O, 1956-cı ildən bəri yaşadığı Şri-Lankadakı hospitalda uzun sürən xəstəlikdən ölüb.
1917-ci ilin dekabrın 16-da Böyük Britaniyada fermer və teleqrafçı qadının ailəsində doğulmuş Arturk Klarkın ilk hekayəsi 1946-cı ildə “Astounding Science Fiction” jurnalında dərc olunmuş “Xilasetmə partiyası” idi.
1968-ci ildə Klark “Kosmik Odisseya 2001″ filminin ssenarisini yazıb və məşhur rejissor Stenli Kubrik də bu ssenari əsasında film çəkib. Sonralar həmin ssenari eynidalı romana və 4 kitabdan ibarət “Kosmik Odisseya”ya çevrildi. Davamı…