Qaynar xəbər portalı

Kitab dünyası


KultAz: Dünən 78 yaşlı məşhur Belşika yazıçısı Hyuqo Klaus könüllü olaraq həyatdan köcüb. Belə ki, sağalmaz xəstəlikdən uzun müddət əziyyət çəkən yazıçı  həkimlərə müraciət etmiş  və öz evtanaziya hüququndan yayarlanmaq istədiyini bildirmişdir. Onun istəyi yerinə yetirilib. Amma evtanaziyanın konkret hansı üsulunun tətbiq edildiyi barədə məlumat verilmir. Qeyd edək ki, Belçika, Lüksemburq və Hollandiya Avropanın yeğanə ölkələridir ki, burada qanun evtanaziyaya icazə verir.  Hyuqo Klaus 1929-cu ildə doğulub və flamand dilində yazan ən məşhur yazıçılardan biri hesab olunub. Dəfələrlə Nobel mükafatına namizəd olan yazıçı heç vaxt bu mükafatı almağa ümid etmədiyini də tez-tez dilə gətirirdi. İndiyə qədər Azərbaycan dilinə tərcümə olunmayan bu yazıçının hətta rus dilinə də cəmi bir neçə hekayəsi çevrilib.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: