Qaynar xəbər portalı

Kitab dünyası


Rəbiqə NazimqızıP.P.S. Bəlkə, ən sonuncu dediyini elə əvvəldən desən yaxşıdı, P.S-i ona görə əvvələ saldım.
P.S. Əslində, bu barədə başqa cür yazacaqdım. Sonra fikirləşdim ki, harda çap etdirəcəm, elə ondansa, fikirlərimi yazım. Yoxsa, tənbəllikdən, bu yazı da belə yazılmamış öləcək…

Beləliklə, mövzuya keçək.

Saytların birindən Elif Şafakın Britaniyada qadın yazarlar arasında keçirilən ədəbi müsabiqəyə namizəd olması barədə xəbəri oxudum. Əslində, mənim üçün qadın-kişi ədəbiyyatı yoxdur, amma indi bu barədə danışmaq istəmirəm. Bu qondarma bölgüylə bağlı fikirlərim bir başqa zamana qalsın. Hə, onu deyirəm axı, xəbərin arxasınca Elif Şafak barədə qısa məlumat verilirdi, xüsusi vurğulanırdı ki, Şafak qalmaqala səbəb olan “Ata və bic” əsərinə görə ölkəsində açıq mühakiməyə çəkilib. Çünki orada türklərin 1905-ci ildə ermənilərə qarşı qətliamlar törətdiklərinə işarə var. Yox, yanlış anlamayın, vətənpərvərlik-filan göstərməyə çalışmayacam, tarixçi də  deyiləm, Şafakı niyə belə yazdığı üçün qınamıram, məni incidən başqa məqamdır. Problem də başqadır…

Dünən Şafak fanatı və demək, həm də onun yaradıcılığına yaxşı bələd olan dostumla bu barədə danışdım. Yazar xanıma bütün sevgisinə rəğmən, dostum bu məsələdə onu qınayırdı. Açığı, bilmirəm, əsası vardımı? Niyə belə deyirəm? Çünki dövr, tələblər dəyişib. Məsələn, kim əksini iddia edə bilər ki, Şafaka olan diqqəti bu xanımın məhz öz ölkəsinin maraqlarına qarşı çıxması stimullaşdırmayıb? Eyni şey Orxan Pamukla bağlı baş vermişdi. Bax, problem budur.

Dostumun sözlərinə görə (yalan deyə bilmərəm, mən oxumamışam ), Şafak köşə yazılarının birində özü də etiraf edib ki, əvvəllər, öz sözləriylə desək, onu “it yerinə qoyan da yoxmuş” (Sərt ifadəyə görə üzrlər!).

Təbii ki, yazar qiymətləndirilmək istəyir. Bu, normaldı. Hətta bunu da qəbul edirəm ki, ölkəsində dəyərləndirilməyən yazarda qəzəb yaranması da normaldır (Necə düşünürsüz: bizim postmodernistlərin üstündə yaşadıqları torpağa, xalqa münasibətlərində bu məqam azmı həlledici olub?). Amma məsələnin daha ciddi tərəfi var: məncə, bu, yazarın özü üçün daha çox ağrılı olmalıdır: təsəvvür et ki, bütün istedadına və bu potensialı reallaşdırmana rəğmən, səni yalnız özünükülərə qarşı çıxdığına görə dəyərləndirirlər. Nə bilim, bəlkə də, şöhrət və onun verdiyi üstünlüklər bu ağrını yüngülləşdirir?

Belə məsələlərdə konkret fikir söyləmək olduqca çətindir. Çünki məni rahat buraxmayan başqa bir, daha ağrılı sual var: hansı yaxşıdır – sevdiyin yazarın səfalət içərisində ölməsi, yoxsa onun komfortu seçərək, artıq məişət qayğıları barədə düşünmədən, sənətiylə bağlı yeni layihələri həyata keçirməsi? Açığı, mənəvi kriteriyalara nə qədər bağlı olsam da, düşünmürəm ki, sənətkar yalnız yoxsulluq işərisində dəyərli əsər ortaya qoya bilər. Hətta bəlkə, əksini iddia edə bilərəm…

Gülməli (bəlkə də, gülünc) görünə bilər, dostlar da, yəqin ki, məni qınayacaqlar, amma məncə, Orxan Pamukun da, Elif Şafakın da qətliamla bağlı açıqlamaları Qərbə mədəni şəkildə yaltaqlanmaqdan başqa bir şey deyil. Ən pisi də budur ki, bu yoluxucu ola bilər. Kim zamənaət verə bilər ki, sabah Nobel almaqdan ötrü eyni şeyi bizim yazarlardan hansısa etməyəcək? Bu məsələnin başqa tərəfidir ki, Nobeli təkcə açıqlamaya görə vermirlər.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Mart 20th, 2008 tarixində 18:06 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

6 şərh var


  1. hadi qaraçay adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 00:07 yazıb:

    Sevimli Rəbiqə xanım,sizin fikirlərinizə qoşuluram.Nobel mukafatının siyasyasal doğrultudan etgiləndiyi artıq bütün dünyanın ədəbi ictiymaiyətinə açıqdır.Nobel mukafatı artıq kültürəl doğrultuda batı ölkələrinin basqı tutalğası olaraq yeni bir funksiya almışdır.
    İstər Orhan Pamuk istərsə Elif Şafakın hansıysa vicdan əzabı çəkəcəyi absurddur.Onlar yetərincə bu soyqırım adlanan olaylara inandırılıblar.Türkye dövlətinin zindanlarında saçını ağartmış,dünyada internasynal kimlik qazanmış Nazım Hikmət bu qonuda bir şey varıydısa niyə susub görəsən?Yoxdursa bu Pamuklar,Şafaklar kimlərdilər?
    Yazıçı olaraq Pamuklar,Şafaklar hansıysa bir olyın gərçəkliyinə çatıblarsa(buna yazıçılıqdan daha çox tarixçi olmaq gərəkir)bu qənaəti öz oxucularıyla bölüşməyə haqları var.Ancaq kiminsə könlünü almaq üçün öz elinə quyruq bağlayan yazıçılar nobel mukafatı almaqlarına baxmayaraq daha öncədən ölmə adqlanmış yazıçılardırlar.Nobel mukafatçılarının içində özündən öncə ölənlər də az deyil.Ancaq bir, daha maraqlı görüş də var, deyirəm
    görəsən bunca Erməni yazıçıların içində M.S.Ordubadinin qanlı sənələrini oxuyanı olmayıbmı?O illərin olaylarından nəsə eşitməyiblərmi?Erməni edəbiyatında bu olayların yeri nədir?Erməni yazıçıların bu olaylara münasibəti necədir?Axı necə olursa olsun bu olaylar günümüzə daha yaxındır.Mən hələ Xocalıdan,Kəlbəcərdən danışmıram.Bizim öz ədəbiyatımızda isə Ramiz Rövşənin verdiyi siqnallar məni incidir.Müharibədə olan ölkənin,torpaqları alınmış ölkənin şairi “ovqat şairi” olmaq istəmirsə,bela münasibətlər bəsləməkdənsə susarsa daha yaxşı olar.
    Başınızı ağrıtmayım.Bizim dilimiz tariximiz ədəbiyatımız basqı altındadır,bu basqıya sınanların başında ən gücsüz ən zəiyf yerimiz Pamuk olubsa Şafaka heçdə şaşırmamalıyıq.
    sizə uğurlar.


  2. Raset Pirisoyu adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 01:25 yazıb:

    Hörmetli Rebiqe xanım!

    Ele bilirəm, Sizin qaldırıdığınız məsələ Azərbaycan üçün aktuallıq kəsb etmir, əgər sünii müdaxilə olmazsa, heç bir vaxt Azərbaycan üçün aktuallıq kəsb etməyəcək. Bu mövzu azərbaycanlı mövzusu deyil.

    Mən fikrimi izah etmək üçün bir az uzaqdan başlamılı olacağam. Biz imperiya təcrübəsi görmüş üç böyük dövlətlə qonşusuyuq. Bu dövlətlərin hər biri çox maraqlı tarixi yol keçib və nəticədə üç çox maraqlı təcrübə yaranıb. Birinci təcrübə rus təcrübəsidir - Rusiyada ikişafa həmişə rus xalqı təkan verib, sonra hakimiyyət işə düşüb. Türkiyədə həmişə dəyişməyə hakimiyyət (bir az da dəqiqləşdirsək türk elitası) cəhd göstərib, türk xalqı həmişə öz böyük övladlarını başa düşməkdə ləngiyib.
    İran isə həm hakimiyyət, həm də xalq baxımından ən azı yaxın beş yüz ildə eyni hadisənin tərkib hissəsi olub, heç bir vaxt özü özünü təzələmək fikrinə düşməyib.

    İndii biz bu üç təcrübənin arasında qalmışıq.

    Bütün bunlara baxmayaraq, Azərbaycan nə qədər çətin də olsa, artıq öz təcrübəsini yaradıb və regionun gələcək inkişafı heç şübəhəsiz Azərbaycanın hansı istiqamətdə inkişafından çox asılı olacaq.

    İndii Avropa o işi ki azərbaycanlılar görüblər, o işi Gürcüstana həvalə etməyə çalışır. Hələlik heç bir şey alınmır. Mənə elə bilirəm alınmayacaq da. Dünya gec - tez hərlənif - fıralınb bizə üz tutmalı olacaq. Təbii ki biz hansı prosesin Azərbaycan üçün aktual olduğun təyin edə bilsək.
    Mənə elə gəlir bu gün bizim ən böyük problemimiz - azərbaycanlıların azərbaycanlı olmaq problemidir.

    Biz özümüzü qoruyub saxlamaq istəyiriksə, ən azı yaxın on ildə bu məsələnin üzəridə işlməliyik.

    Əks təqdirdə biz bu üç dövlətdən birinə çevriləcəyik.


  3. Raset Pirisoyu adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 01:27 yazıb:

    Hamının, o cümlədən Sizin bahar bayramınızı təbrik edirəm.


  4. prix_ adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 02:38 yazıb:

    Yazida men qadin paxilliqini hiss etdim. Elif Şafakin yazilarini oxumamisam. Amma Pamuk Nobel odulune layiq idi. Diger olkelerde esil ziyalillar bizdekinden ferqli olaraq her seyi oz adi ile cagirirlar. Rebiq xanima meslehet vermek istemezdim. Ancaq digerlerinin neye ve nece nail olduqlari haqqinda yazmaqdansa, ciddi bir nese yazsaniz daha yaxsidir.

    Bayraminizi tebrik edirem……


  5. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 09:05 yazıb:

    Axi bu yazi da hec ne yoxdur, bir az dil oyunlari var, qalan seyler bildiklerimizin, melum olan seylerin zeif formasidir.Bu yazi olmasa da melum sey onsuz da muzakire obyektidir. Nobeli neye verirler bu, melum seydir…

    Bayraminiz muberek.


  6. Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 21, 2008 tarixində, saat 19:25 yazıb:

    “Nobel”i niyə verirlər..? Məlum məsələdir… Misal olsun, Qəşəm müəllim sabah çıxıb desə ki “Qarabağ əslində ermənilərindir”, yüz faiz Alfred Nobelin ruhu şad olacaq və “Nobel”i Qəşəm müəllimə verəcəklər…
    Məlum şey… yox, zad… -))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: