Şairlər yazıçılardan tez ölür

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Mart, 2008

Kaliforniya Universitetinin professoru James C. Kaufmann, apardığı bir araşdırmadan sonra şairlərin yazıçılardan daha tez öldüyü nəticəsinə gəlib.
Professor türk şair və yazçılarının da aralarında olduğu Amerikan, Çin, Şərqi Avropa yazçı və şairlərinin həyatlarını araşdırıb.Prf. Kaufmannın araşdırması İngiltərənin “The Guardian” qəzetində çap olunub. Prof. Kaufmann nasirlər və şairlərın həyatları üzərində uzun sürən apardığı araşdırmada, şairlərin yazıçılara nisbətən gənc öldükləri nəticəsinə gəlib. “Şairlərin özlərinin həmişə gənc öləcəklərmiş kimi düşündüklərinə” diqqət çəkən Kaufmann araşdırmasına 390 il içində yaşamış Amerikalı, Çinli, Şərqi Avropalı və Türk olmaqla 987 yazarı daxil edib.
Professor Kaufmann araşdırması bir şairin həyatının ortalama olaraq bir dramaturqdan bir il, roman yazarından 4 il, və digər janrda kitab müəlliflərindən 5-6-10 ilə qədər daha qısa olduğunu göstərib./Şeirlər

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Bu Kaufmanın bəxti gətirib ki,Azərbaycan ədəbiyyatından xəbəri yoxdu… Bütün tədqiqatı baş ayaq olardı.
    “Hər kim yüz il yaşamasa günah onun özündədi.”:)))

  2. Manis demeli Vallah

Şərh yazın