Qaynar xəbər portalı

Türk yazıçısı Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatınını alandan sonra İsveç turistlərinin Türkiyəyə və xüsusilə də İstanbula maraqları artıb.
Türkiyənin İsveç Səfirliyi Tanıtma Müşaviri Aybala Dağaşan, İsveçdən Türkiyəyə gələn turist sayının nəzərə çarpacaq şəkildə artdığını söylədi. “İsveçlilərin Türkiyəyə maraqlarının artmasında Orxan Pamukun Nobel Ədəbiyyat Mükafatı alması müzakirəsiz bir faktordur” - deyən Aybala Dağaşan, İsveçlilərin çox kitab oxuduqlarını da vurğulayıb. Davamı…


AslanQara qarğa

Alma ağacına qonub qarıldayan qara qarğanın səsinə yuxudan oyandı. Nəhs gün olacaqdı, sınamışdı, qara şeytan sübhdən gəlib qarıldadımı, başına bir iş gəlməliydi. Əhvalı korlanmışdı, uğursuzluq baş verməsə də, qaşqabağı açılmırdı. Bəd xəbər gözləyən adam kimi səksəkədəydi. Günortadan sonra «İldırım» qəzetinin müxbiri gəldi, onun haqqında yazı yazmaq istəyirdi. Yalnız bundan sonra sakitləşdi. Bu kişi durub Bakıdan bura, ucqar əyalət qəsəbəsinə məhz ona görə təşrif gətirmişdisə, nəhs günü unutmaq lazım gəlirdi. Davamı…