Türk yazıçısı Orxan Pamuk Nobel Ədəbiyyat Mükafatınını alandan sonra İsveç turistlərinin Türkiyəyə və xüsusilə də İstanbula maraqları artıb.
Türkiyənin İsveç Səfirliyi Tanıtma Müşaviri Aybala Dağaşan, İsveçdən Türkiyəyə gələn turist sayının nəzərə çarpacaq şəkildə artdığını söylədi. “İsveçlilərin Türkiyəyə maraqlarının artmasında Orxan Pamukun Nobel Ədəbiyyat Mükafatı alması müzakirəsiz bir faktordur” - deyən Aybala Dağaşan, İsveçlilərin çox kitab oxuduqlarını da vurğulayıb.Orxan Pamukun, “İstanbul, Xatirələr və Şəhər” kitabının İsveç dilində nəşr edilmısi və bazara çıxarılmasından sonra çox sayda İsveçlinin bu kitabı oxuduğunu izah edən Aybala Dağaşan, “Bu faktor, 2007-ci ildə turizmə çox gözəl təsir etdi” deyə bildirib.
Aybala Dağaşan, Göteborgda 13-16 Mart tarixləri arasında təşkil edilən “DÖVR 2008″ Turizm Sərgisində də Orxan Pamukun, Türkiyənin təqdimatında istifadə edildiyini bildirdi.
Sərginin ikinci günü Stockholmdan Göteborga gedən sürətli qatarda, vaqonların içinin Türkiyə afişaları və Orxan Pamukun fotoşəkilləriylə təchiz edildiyini bildirən Dağaşan, qatar sərnişinlərinə, Türkiyə broşuralarıyla birlikdə bir kupon paylandıqlarını da açıqlayıb.//qaynar.info




Bölmə: 








