– elə bilirdim
yo mən elə-elə bilirdim
ya da mən heç nə bilmirdim…
hıq…
–…
– utanmıram hə?
mən utana da bilmirəm axı
donuq və ölü
mənasızam e mən
sən elə bilirdin…?
hıq…
–…
– guya ki mən adamam
guya ki məndən adam olacaq
eh sən sadəcə elə bilmisən
hıq…
–…
– çörək yedim e dünən
bir qurtum su bir tikə çörək
novruz da belə getdi
guya gəlmişdi
guya bahardı
guya mən sənə deyirdim
bu bahar…
əşşi sən inanma
boş ver getsin
mən adam olan zad deyiləm
hıq…
–…
– bizim küçəyə asfalt çəkən deyillər ki
sirkdə ruslardı bu mövsüm
təzə bazarı da təzələdilər
hələ biz köçməmişik
ama mən elə bilirdim
hıq…
–…
– atam ağırdı e
ciyərləri
deyə bilmədim e
necə deyim axı
mən onu bağışladım
ağlıyıram e
axı o ölsə ağlaya bilmərəm
saxtayam deyəcəklər e
e mən neynim e
axı mən elə bilirdim ki
hıq…
–…
– işdən çıxdım
niyə?
hirsimi tökdüm redaktorumuza
zəhmət çəkib adam kimi danışaydı
ama mən elə bilirdim o adamdı
ama mən adam…
(düd… düd… düd…)
– hıq…
hıq…




Bölmə: 










Sima N. adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 20:02 yazıb:
şeiri oxuyandan sonra ilk impulsa tabe olaraq, “belə yazma” şərhini yazmaq istədim, axı mən sənin daha poetik, daha duyğusal şeirlərini oxumuşam. Hər halda bu fikirdəyəm ki, hər şəxsi hadisəni (bu hadisə şəxsən sənin həyatında baş verməsə də)ədəbiyyata gətirmək düzgün deyil. Çünki bu nə şeirdir, nə də poeziya
celil adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 21:54 yazıb:
əla
scorpion adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 00:51 yazıb:
Maraqlı yazıdı… Yaratmaq istədiyiniz obraz alınıb… Təbrik eliyirəm Sevinc xanım…
Yegane adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 00:54 yazıb:
Sevinc, ichindekileri yazmaqla bir daha semimiliyini gosterdin… chox sag ol, saxlama, geldi - yaz. Ugurlar sene…
prix adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 01:32 yazıb:
əla hiq.hiq.hiq………
Ayaq yalın adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 16:27 yazıb:
yeni bir yazi
sanki bir hekayedir
sağ olun
yeni yazılarınızı izləyirik
gözü götürməyənlərin…
Pietra Preziosa adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 12:27 yazıb:
3+
ugurlar sene.
bashqa sherlarla tanish olmaq isteyirem ki, umumi yaradiciliga qiymet vera bilim.
Hamlet adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 16:19 yazıb:
Salam Seva. Normal deyirem amma dogrusu hec ne anlmadim kii:)))))
oktay adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 10:56 yazıb:
cox maraqlidir. sevinc. Ugurlar
Alpan adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 14:26 yazıb:
sukani bele saxla. icinden ne gelir onu yaz. onda her sey gozel olur. bezileri kimi hec kimin deyerlerini tehqir etme. belke sene baxib xecalet cekeler. sag ol. davamini dozleyirik.
Rebiqe adlı istifadəçi, Mart 28, 2008 tarixində, saat 01:30 yazıb:
Bax, Sevinc, indi kitabin yanimdadi, baxiramve xohsuma gelen sheirlerinden misal getirmek isteyirem. semimi deyirem, choxdular, en muxtelif movzularda. Muqayise ugursuz ola biler, amma senin sheirlerindeki ezabkesh elacsiz qadin obrazi mene Sevinc Pervanenin isterik qehremanlarindan daha dogma ve daha semimi gelib. men isterdimç o kitabdan bir neche sheiri bura yerleshdiresen. amma bu yazdiginin anladigim derecede (subyektiv ola bilerem)menada poeziyaya dexli yoxduç obraz var ee, poeziya yoxdu, bu hekayeye benzeyir daha chox…
Ve bunun bura az dexli var, amma men seni chox isteyirem Sevinc ve istemirem kiç hansisa bohran seni hedefden yayindirsin, anlayirsan?
Çılğın adlı istifadəçi, Mart 28, 2008 tarixində, saat 16:43 yazıb:
Hamiya tewekkurler!
Duzu, biraz qeribe gelirdi mene ki, goresen niye bu defe susqunluq yarandi:), ama sevindirici haldir ki, bu defe oxucularin coxuna xow gelib bu weir.
Fikirlerinize derin hormetle, iradlarinizi deyerlendireceyem. Coooooox sagolun!
celil adlı istifadəçi, Aprel 9, 2008 tarixində, saat 21:22 yazıb:
salam necesen gulnar deyir bu nedi yazmisan
AY adlı istifadəçi, May 20, 2008 tarixində, saat 20:39 yazıb:
Sevinc,choxdan gondermishdin,amma teessuf ki,indi oxumaq imkanim olub.Men senin xettini sevirem de bacishka:))Senin yazdigin her shey olduqca maraqlidir…:))chox maraqli!Tebrikler!