Qaynar xəbər portalı

Kitab dünyası


Usaq16-18 il öncə yazılmış şeirlərim düşdü əlimə. Varaqladım. Qəribə hisslər… Heç bir iddiasız onlardan bəzilərini paylaşmaq istədim. Düşündüm ki, yəqin dostlara da maraqlı olar 14-16 yaşımda yazdıqlarım… Hərdən sadəcə gülümsəmək lazımdır…

Alça çiçəyini küləklər yolub
donubdu üzündə süd təmizliyi.
Mənim də payıma bir külək düşüb,
məni də yolacaq- hələ gözləyim!

Ya qara ölümnən, ya tək gələcək,
alnıma son qırış- bu külək düşüb.
Mən ölsəm, yanğıyla kimsə deyəcək:
“Alça ağacından bir çiçək düşüb”

***

dəcəl qızlar göz eyləyir
dərdi-qəmi az eyləyir
hərəsi min naz eyləyir
gözlər üstündə-üstündə

qızı sevən aha düşür
sevməyən günaha düşür
gündə də min dava düşür
qızlar üstündə-üstündə

***

Necə qəribsədim, necə darıxdım,
gözlərin öldürmür məni haçaqdır.
Daha şirin-şirin baxmırlar elə
daha gözlərin də məndən qaçaqdır.

Elə sən özün də həmən deyilsən,
ovsuna dönmüsən, sirə dönmüsən.
Mənim ürəyimə uzanan yoldan
sən məndən xəbərsiz geri dönmüsən

***

payız düşür-
gözləri nəmdi,
çiynimdə yarpaqlar üşüyür.

Yarpaqlar əzikdi, kövrəkdi,
körpə ağzı kimi mübarəkdi…

***

Ürəyim tumurcuqdur,
sənsə baharsan, gülüm.
Açılacaq ürəyim-
nə qədər varsan, gülüm.

Gözlərim- viranə çöl,
xoş gəlmisən gözümə.
Sən mənim vətən yerim-
dönəcəyəm özümə.

Bir az da gəlməsəydin,
nə bilərdin nə çəkdim?
Kim bilir haralarda
batardım, itəcəkdim?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Mart 22nd, 2008 tarixində 03:22 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

19 şərh var


  1. Çılğın adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 03:27 yazıb:

    :)))))


  2. Şəms EL adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 03:31 yazıb:

    Mən ölsəm, yanğıyla kimsə deyəcək:
    “Alça ağacından bir çiçək düşüb”

    Balaca Zahirin qəlbinə sağlıq… :)


  3. Çılğın adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 03:34 yazıb:

    Bu uwaq da sensen Zair? Ne wirindi:)


  4. MANIS adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 03:35 yazıb:

    Sən əməlli-başlı şeirlər yazırsanmış ki…
    Yoxsa…
    “Səni sevdiyimi bildin,
    oğurluq üstündə
    tutulmuş kimi günahkaram”.
    :))
    O biriləri də oxumaq istərdim.


  5. Ryabina adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 08:13 yazıb:

    Ay daaa…məni haralara apardı bunlar…İndi neynim, hə? sinəmə döyüb “forslanım” ki, bunların və hələ dörd nəhəng ümumi dəftərdəkilərin orijinallarını mən elə bizim 14-15 yaşlarımızda oxumuşam?-))
    “Gözlərindən o kədəri güləcəyəm silə bilsəm…” Ay daa…hələ qəzəlləri vardı bunun, “Gözəlim, gözlərini dərdimə dərman dedilər…”-))
    Və…il yarım öncə “Sən çooox gerilərdə qalmısan ey…biz poeziyada əsl inqilab eləmişik…sən hardaydın?” deyib təəssüflənən “inqilabçı”…Məni də bu saflıqdan ayırdın…mən də “əksinqilabçı” görünməyim deyə qoşuldum axına…indisə baax…nostalji və saflığına dönmək istəyi bütün inqilabları “puç və əfsanə” hesab edəcək qədər güclüdür…
    Mən də ayıldım…
    Uğurlar, Zahir…


  6. Ayaq Yalin adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 13:27 yazıb:

    özün kimi uşaqlığında gözeldi.
    uşaqlığın kimi şerlerin de gözel.
    seni bağrima basıb suyunu çıxardıram zahır can…


  7. Ramin Cəhangirzadə adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 13:37 yazıb:

    aman darıxdırdın məni.
    allahsız demirsən burda biri uşaqlığı üçün öldü.
    nədənsə uşaqlığımdan uzaqlaşdıqca xırdalıram

    zahir sen hemeşe üreyimizde yer salıbsan
    sənə uğurlar


  8. Çılğın adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 14:31 yazıb:

    oooooooooooooooo:)))


  9. Bebi adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 14:38 yazıb:

    Bu şeirlər mənə lirik nəğmələri xatırlatdı. Belə davam etsəydin, Vüqar Əhməədlə Xanım İsmayılqızının çörəyinə bais olacaqdın. Bir az Ramiz Rövşənin, bir az Musa Yaqubun təsiri duyulur. Məncə,bu ədəbi yol keçən hər bir qələm sahibi üçün təbiidir.Amma çoxları məhz bu etapı arxada qoya bilmirlər. İlahi, zaman nə qədər dəyişkəndir. Bi şeirlərlə “Alatoranı”ın son sayındakı Zahir arasında nə qədər fərq var!
    Nəi isə! Amma “Alatoran”lıqdason duracaqdeyil!İrəli! Yalnız irəli! Ədəbiyyat yeniliklənəfəs almayandaavtomatik olaraq folklora çevrilir.


  10. Rebiqe adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 14:57 yazıb:

    birinci sheir daha gozeldi…


  11. zuzu adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 16:21 yazıb:

    basqa serler de var Zahir bey?


  12. zuzu adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 16:24 yazıb:

    oxumaq maraqli olardi


  13. Ayaq Yalin+Ssz Atan= Ramin Cahangirzade adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 17:37 yazıb:

    YENİ İLİNİZ UĞURLU OLSUN

    :: Ayaq Yalın+Söz Atan=Ramin Cəhangirzadə

    Yeni il gəldi çatdı. Bahar qızı saçlarına çiçək sancıb, torpağı oyadır. Torpaq əsnəyə - əsnəyə oyanır. Torpağa yeni həvəs gəlir. Bağçalar yeni bir səmfoni yaratmaq zorunda olurlar. Sarmaşıqlar çəpərlərin boynuna dolanırlar. Serçələr uçuşlarını unutmurlar.

    Günəş qızı saçlarını dənizdə yuyur. Mən yenə də dənizə baxıram, saçların dalğalanir, mən yenə də dənizləşirəm. Mən yenə də darıxıram…! Görəsən günəş qızı saçlarını yuyandan sonra nə edir?!…

    Akvaryomdakı qırmızı balıqlar dəniz üçün darıxsalarda, uşaqların gözlərindəki sevincini görüb daha darıxmırlar. Çünkü uşaqların gözləri dənizdir elə…

    Anam süfrəni bəzəyir. Anamın qoxusu gəlir süfrəmizdən. Bu yeni ili anam və anaların gözəl ruhuna görə analar ili adlandırıram. Hər kim nə adlandırır adlandırsın.

    Bütün insan adını daşıyan, insanlıq naminə vuruşan insanlara – YENİ İLİNİZ UĞURLU OLSUN – deyirəm.


  14. Sima N. adlı istifadəçi, Mart 22, 2008 tarixində, saat 20:07 yazıb:

    yaxşı ki, indi belə yazmırsan… amma deyim ki,

    *payız düşür-
    gözləri nəmdi,
    çiynimdə yarpaqlar üşüyür.

    Yarpaqlar əzikdi, kövrəkdi,
    körpə ağzı kimi mübarəkdi*

    çox gözəldir…


  15. duman adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 10:23 yazıb:

    zahir ushaqliginda ki qelbin boyukluyun kimi gozel


  16. tERROR adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 15:54 yazıb:

    Muallifin uşaklikdaki şiirleri indikilerden daha yakşidir.


  17. Şahanə adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 15:33 yazıb:

    O yerdə ki, alça ağaçı xatırlanır, o yer gözəl olsun gərək…


  18. scorpion adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 00:56 yazıb:

    Uşaqlıq saflıqdı… O saflığın içində yaranan hər şey şübhəsiz gözəldi…
    Yeri gəlmişkən pəncərəmlə üzbəüz alça ağacı çiçəkləyib…


  19. Elnaz Eyvazlı adlı istifadəçi, Aprel 24, 2008 tarixində, saat 23:15 yazıb:

    Zahir bəy,ədəbiyyat saytlarında oxuduğum bir sıra söz yığnaqlarından sonra sizin bu şeirlər mənə zövq verdi.Mən düşünürəm ki,əlinə qələm alan hər söz adamının ədəbiyyatda inqilab etməsi mütləq və mümkün deyil.İnqilab etmək xülyası ilə olan-qalanını da heç etməkdənsə,elə bu yaxşıdır.Ayaqqabılar eyni olsa da,hər kəsin öz yerişi var,deyilmi?

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: