Qaynar xəbər portalı

Kitab dünyası


Seymur VerdizadəÖl­kə­də yal­taq­lıq küt­lə­vi hal al­ma­ğa baş­la­yıb. Yax­şı ya­şa­maq, və­zi­fə, şan-­şöh­rət qa­zan­maq is­tə­yən hər kəs gül ağ­zı­nı açıb, məd­hiy­yə de­yir. Ar­tıq bu cür çı­xış­lar in­san­lar­da ik­rah his­si do­ğur­mur. Yal­taq­lıq, in­di çox­la­rı­nın hə­yat tər­zi­nə çev­ri­lib.
Bu günlərdə mətbuatda ma­raq­lı bir in­for­ma­si­ya dərc edi­lib. Mə­lu­ma­ta gö­rə, 2007-­ci ilin ye­kun­la­rı ilə bağ­lı Sə­ba­el ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin ke­çir­di­yi he­sa­bat xa­rak­ter­li top­lan­tı­da in­si­dent baş ve­rib. Bu­na sə­bəb Kuk­la Te­at­rı­nın di­rek­to­ru Rəh­man Əli­ye­vin mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­ye­vin ün­va­nı­na həd­dən ar­tıq xoş söz­lər söy­lə­mə­si olub. R.Ə­li­ye­vin de­di­yi “Bi­na tə­mir olu­nan müd­dət­də mən həf­tə­nin ikin­ci və be­şin­ci gün­lə­ri te­at­rın ət­ra­fın­da çə­kil­miş ha­sa­rın qar­şı­sın­da da­ya­nıb, na­zi­ri­mi­zin ora gə­li­şi­ni göz­lə­yir­dim. Bu, mə­nə ruh ve­rir­di” söz­lə­ri Ə.­Qa­ra­ye­vin səbr ka­sa­sı­nı da­şı­rıb. Na­zir di­rek­to­run sö­zü­nü kə­sə­rək, on­dan te­at­rın fə­a­liy­yə­ti ba­rə­də da­nış­ma­ğı tə­ləb edib.
Bu, hə­lə ha­mı­sı de­yil. R.Ə­li­yev na­zi­rin re­ak­si­ya­sın­dan pəj­mür­də ol­sa da, çı­xı­şı­na ara ver­mə­yib. Bu də­fə Sə­ba­el ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Sa­hib Ələk­bə­ro­vu tə­rif­lə­yib. Son­ra isə açıq şə­ki­ldə eti­raf edib ki, əli­nə ilk də­fə­di mik­ro­fon ke­çib və bu für­sə­ti föv­tə ver­mək niy­yə­tin­də de­yil.
Te­atr di­rek­to­ru­nun han­sı­sa və­zi­fə­li şəx­si mədh et­mə­si fa­ci­ə de­yil. Bəd­bəxt­çi­lik odur ki, bu cür adam­lar yüz­lər­lə, min­lər­lə­dir. Sa­də­cə, söz de­mək üçün on­la­ra im­kan və şə­ra­it ya­ra­dıl­mır. Əgər bu adam­la­rın əli­nə mik­ro­fon keç­sə, R.Ə­li­yev­dən də be­tər çı­xış edər­lər.
Bir ne­çə gün əv­vəl Rə­fa­el-­Coş­qun cüt­lü­yü ATV-­də can­lı ya­yım­la­nan “Çal-­ça­ğır” ve­ri­li­şin­də iş­ti­rak edir­di. Əl­li­yə ya­xın ta­ma­şa­çı da stu­di­ya­da proq­ra­mı iz­lə­yir­di. Au­di­to­ri­ya çox fə­al ol­du­ğu üçün Rə­f­a­el­lə Coş­qu­nun ağ­zın­dan çı­xan hər söz al­qış­la qar­şı­la­nır­dı. Ta­ma­şa­çı­la­rın ən­da­zə­ni aş­ma­sı qo­naq­la­rı höv­sə­lə­dən çı­xar­dı. Axır­da Rə­fa­el üzü­nü au­di­to­ri­ya­ya tu­tub, be­lə de­di: “Bəs­dir, az mey­mun­luq edin”. Bi­lir­si­niz, bu za­man nə baş ver­di? Ta­ma­şa­çı­lar Rə­fa­e­lin bu söz­lə­ri­ni əv­vəl­ki­lər­dən da­ha çox al­qış­la­dı­lar.
Mən, əl­li­yə ya­xın ta­ma­şa­çı­nın can­lı efir­də təh­qir olun­ma­sı­na zər­rə qə­dər də tə­əs­süf et­mə­dim. Ək­si­nə, bu hə­rə­kə­ti­nə gö­rə Rə­fa­e­li ürək­dən al­qış­la­dım. Əbül­fəz mü­əl­lim, Si­zin R.Ə­li­ye­vin sö­zü­nü kəs­mə­yi­ni­zi, onu aşa­ğı­la­ma­ğı­nı­zı da təq­dir edi­rəm. Lüt­fən, hər für­sət­də bu cür adam­la­rı if­şa edin. On­lar bu­na la­yiq­dir­lər.
Ya­dı­ma bir lə­ti­fə düş­dü. İstirahət gü­nü­nün ov­qa­tı­na uy­ğun ol­du­ğu üçün an­lat­maq is­tə­yi­rəm. Abır­lı-­hə­ya­lı bir ai­lə­nin qı­zı qa­ra­çı oğ­la­na ərə ge­dir. Toy gü­nü­nün sə­hə­ri qa­yı­na­na­sı tə­zə gə­li­ni qon­şu­nun ar­vad­la­rı­na qo­şub, di­lən­mə­yə gön­də­rir. Üz tut­du­ğu qa­pı­lar­da onu na­ü­mid qoy­mur­lar, ax­şam evə əli­do­lu qa­yı­dır. Qa­yı­na­na tə­zə gə­li­nin fə­ra­sə­ti­nə mə­ət­təl qa­lır, onu tə­rif­lə­mə­yə baş­la­yır. Ün­va­nı­na səs­lə­nən tə­rif­lər­dən xoş­hal olan gə­lin de­yir: “Bi­rin­ci də­fə qa­pı­nı dö­yən­də az qal­dı ki, ye­rə gi­rim, pu­çur-­pu­çur tər tök­düm”. Bu söz­lə­ri eşi­dən­də qa­yı­na­na bərk se­vi­nir. O, üzü­nü gə­li­ni­nə tu­tub, be­lə ca­vab ve­rir: “Qorx­ma qı­zım, o tö­kü­lən tər de­yil, abır su­yu idi. Bun­dan son­ra sə­nə za­val yox­dur”.
Tə­əs­süf ki, in­di çox­la­rı­nın üzün­də abır su­yu qal­ma­yıb. Və­zi­fə­li şəxs­lə­rin ka­bi­net­lə­rin­də, qə­bul otaq­la­rın­da tö­kü­lüb…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (6 səs, təxmini: 4.17 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Mart 23rd, 2008 tarixində 09:31 radələrində Publisistika bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

10 şərh var


  1. Zaur adlı istifadəçi, Mart 23, 2008 tarixində, saat 18:32 yazıb:

    Seymur Bey, sizin kimi ciddi bir yazari bele qeyr-ciddi yazarlarin arasinda gormek meni uzdu.


  2. Ox Ucu adlı istifadəçi, Mart 24, 2008 tarixində, saat 12:22 yazıb:

    Əslində elə ciddi adamlar belə şeylərə fikir verər, belə şeylərdən yazar da.
    SƏN YAZMASAN,
    MƏN YAZMASAM,
    O YAZMASA,
    NASIL ÇIXAR QARANLIQLAR AYDINLIĞA?


  3. Aynur adlı istifadəçi, Mart 24, 2008 tarixində, saat 12:37 yazıb:

    Mən də Ox Ucu adlı istifadəçini dəstəkləyirəm. Əsas olan müəəlifin harada görünməsi deyil, onun şəxsiyyətidir.Mən Seymur Verdizadəni ciddi yazar kimi tanıyıram. Buna görə də hesab edirəm ki, Zaur adlı oxucunun ittihamı əsassızdır.


  4. Tariel adlı istifadəçi, Mart 24, 2008 tarixində, saat 21:44 yazıb:

    Salam Seymur Bey!
    Sizin adasiniz Seymur Baycani tenqid eden yazinizi oxuyub cox beyenmisdim. Ureyimden tikan cixarmisdiniz. Xahis edirem, hemin yazini burda da yerlesdirin. Emin ola bilersiniz ki, Seymur Baycani sevmeyen istifadecilerin hamisinin saq olunu qazanacaqsiniz.


  5. Aytac adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 20:28 yazıb:

    Seymur muellim, men sizin Seymur Baycan haqda yazdiqinizi bilmirdim. Hemin yazini oxumaq isteyirem. Bes Elnur Astanbeyli, Qan Turali haqqinda ne vaxt yazacaqsiniz?


  6. zaur semedli adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 07:38 yazıb:

    seymur verdizade ve ciddilik?
    ola biler ki adashi ile oturub bir yerde dusunubler


  7. Qurban adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 14:24 yazıb:

    ESHQ OLSUN SEYMUR!


  8. Səma adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 10:51 yazıb:

    Seymur bəy, Siz şeir və hekayə yazırsınızmı? Mən Sizin bədii əsərlərinizlə tanış olmaq istərdim.


  9. Musa adlı istifadəçi, Aprel 23, 2008 tarixində, saat 21:55 yazıb:

    Seymur bey, her bir kesin yaltaqi ve yaltaqlandiqi adamlar var. Alah insani bele yaradib. Bu realliqdi ve bundan qachmaq olmaz.


  10. samir adlı istifadəçi, May 12, 2008 tarixində, saat 11:39 yazıb:

    Seymur beyin yazisi cox ela yazidir. Men Seymur beyi Vetenini seven bir Milletci genc ve Aydin kimi taniyiram. Ve yazilarinida seve-seve oxuyuram. Seymur sene ugurlar. Tanri yardimcin olsun!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: