Elnur Astanbəyli
molodoy25@box.az
«Ölkə başçısından təqaüd almağa bizim də haqqımız var». Kimdir bu sitatın müəllifi? Elçin Hüseynbəyli? Yox. Səlim Babullaoğlu? Qətiyyən. Əsəd Cahangir? Əsla. Qəşəm Nəcəfzadə? Tapmadınız. Bəs kim? Rasim Qaraca! Allah qoymasa, Azad Yazarlar Ocağının başqanıdır. Artıq onun da könlündən təqaüd keçir. Həm də təkcə onun yox, ətrafındakıların da. Dünənədək Anarı, Elçini, Zəlimxanı, Bəxtiyarı, Qabili, Fikrət Qocanı hakimiyyətdən ummaqda ittiham edən bir qurum və onun başqanı indi təqaüd peşindədir. Təminat varmı ki, bu gün təqaüd istəyən sabah fəxri ad, birisigün Şəhidlər Xiyabanında prezidentdən unitaz istəməyəcək? Mən artıq indidən təsəvvür eləyirəm, bir azdan Həmid Herisçi yubileyi münasibətilə Prezident Aparatından zəng eləyib onu təbrik etməyəndə necə incik müsahibələr verəcək. Qan Turalının, Seymur Baycanın, Aqşinin, Şərif Ağayarın partiya və hökumətimizin AYO-nun timsalında ədəbiyyata atalıq qayğısı haqqında sabunlu çıxışlarını maraqla gözləyirəm.
«AYO-nun maskası» adlı yazıda Rasimin potensial Anar olduğunu söyləmişdim. Demə yanılmamışam. Başda Rasim olmaqla, AYO artıq gələcək anarların, zəlimxanların, əkrəmlərin, bəxtiyarların, qabillərin yığnağına çevrilib. Bir azdan bu qurumun abberviturası «Azad Yaltaqlar Ocağı» kimi oxunacaq, inşallah. AYO-nu onsuz da AYB-dən heç nə fərqləndirmir. Rasim Qaraca illərdir qurumun nizamnaməsini tapdayıb başqanlıq görəvindədir. Qardaş, sənin ofisin yox, xidməti maşının yox, yarım milyon dollarlıq büdcən, katibən, əlinin altında aylıq jurnallar, həftəlik qəzetlər yox, amma başqanlığı heç kimə güzəştə getmirsən, onda xeyir ola, Anar o boyda imtiyazlardan imtina etməlidir? Ölkədəki haqsızlığa qarşı AYB də susur, AYO da. AYB susur - aydındır, əli hakimiyyətin cibindədir. Bəs AYO niyə susur? Aha, aydın oldu, perspektivdə prezident təqaüdü, fəxri ad, vəzifə, mənzil var. AYO-çuların qəzet səhifələrində «tayfa-klan» janrında qırıldatmalarının nə qədər boğazdan yuxarı, qeyri-səmimi, saxta olduğu, baha satılmağa hesablandığı üzü çıxdı. Doğrudan da, insan əvvəl-axır özü olur. Hörmətli Azərbaycan xalqı, ictimai mənafeyi şəxsi mənfəətə qurban verən yeni merkantil mahiyyətli, psevdo ziyalıların mübarək!
Rasim Qaraca və onun ətrafındakıların bəlkə də xəbəri yoxdur. Allahın İranında 40 ildir fəaliyyət göstərən bir Yazıçılar Birliyi var. Yarı aşkar, yarı gizli fəaliyyət göstərir. İyirmi ildir bu Yazıçılar Birliyinin üzvləri İrandakı insanlığa zidd rejimə qarşı aktiv döyüşür, onların bir çoxu həbsxanalara atılıb, müəmmalı şəkildə dünyasını dəyişib. Molla hakimiyyəti bu təşkilatı öz tərəfinə çəkmək üçün nə qədər şirnikləndirici vədlərdə bulunsa da, buna nail ola bilməyib. Axı yazıçının vəzifəsi yalnız 12-ci əsrin Nizamisi kimi, bir küncə çəkilib, yaradıcılıqla məşğul olmaq deyil, həm də ətrafındakı eybəcərliklərə, haqsızlıqlara qarşı barışmaz olmaqdır. Mən idealist deyiləm, amma AYO-çu dostların prezident təqaüdü təmənnasına «bizim də adam kimi yaşamaq haqqımız var» kimi sarsaq arqumentlə don geyindirəcəyini bəri başdan bilirəm və soruşuram: bəs indiyə qədər hakimiyyətə sağdan, soldan, daldan, qabaqdan, altdan, üstdən girməklə məşğul olan «altmışıncılar»ı qınayanda onların da adam kimi yaşamaq haqqının üstündən niyə sükutla keçirdiniz? Razıyam, «altmışıncılar» nəinki nifrətə (Mişel Uelbek), heç adam kimi də yaşamağa layiq deyil, amma və lakin… Ümumiyyətlə, təqaüd umacağı ilə psevdo ziyalı ünsürlərlə mübarizəni nə qədər ucuzlaşdırdığınızın fərqindəsinizmi?
Sonda daha bir sual: görəsən, yoldaş AYO-çular artıq öz aralarında müəyyənləşdiriblərmi, gələcəkdə «Yaşa, prezidentim, yaşa» şeirini, «Qalib gəldi, qalib getdi» məqaləsini onlardan hansı yazacaq?




Bölmə:



(7 səs, təxmini: 3.86 ilə 5)






Sarxan adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 09:03 yazıb:
Bizdə həmişə dava yorğan davası olur. Modern, “pəstmodern” ədəbiyyat, filan… boş şeydir. Amma, Elnur bəy, R.Qaracanın Anar olmaq şansı sıfıra bərabərdi, çünki ondan fərqli olaraq, Anarın heç olmasa yaradıcılığı var…
Abbreviaturaya verdiyiniz açıqlama əla tapıntıdır.
L. adlı istifadəçi, Mart 25, 2008 tarixində, saat 23:59 yazıb:
Olke bashcisindan teqaud almaga bizim de haqqimiz var! Beli! Cunki o pul Eliyevin shexsi pulu deyil, dovletin, neftin, xalqin puludur! AYB ile AYO-nun teqaud meselesindeki ferqi is ebudur; AYB-ciler teqaud alib gullu sozler deyir, AYO-cular ise teqaudu alib ac qarinlarini doyuracaq ve yene tenqid edecek bu hokumeti…
scorpion adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 01:09 yazıb:
Ümumiyyətlə bu yazını oxuyan saatdan bəri bir məsələ məni narahat eliyir… yazım-yazmayım? Qalmışam iki od arasında. Nəhayət qərara aldım ki, bu məsələ ilə bağlı Elnur bəyə bu sualı verim…
Qardaşım yəqin ki, indiyə qədər bu təqaüdü kimlərin aldığını gözəl bilirsən… Bunların içərisində sənin dost dediyin insanlar və yerlilərin də var: Akif Səməd (qəbri nurla dolsun), İbrahim İlyaslı, Vasif Süleyman və s. Səncə bu adamlara təqaüdü zorla verdilər? Ya onlara da yazdığın bu hərzə-hədyanlardan pay düşür?
Çılğın adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 01:30 yazıb:
Goresen neycun hemiwe adamlarin, adeten de rehberlerin ya ancaq yaxwi, ya da ancaq pis terefleri vurgulanir. yeni bir az daltoniksayagi…
Rasim muellim kifayet qeder qarwiliqsiz xidmetleriyle yeni Azerbaycan edebiyyatinda yeri olan insandir. Bawqalarini deye bilmerem, ama wexsen men bu insana minnetdaram ve ozumu ona borclu da bilirem!
Rebiqe adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 02:03 yazıb:
Elnuru anlamiram eee…nece yeni Rasim teqaud istememelidir?Elbette, istemelidir. O bu olkenin yazari deyil, Aydan gelib beyem? Nece olur edebiyyati temsil etmek lazim gelende Rasim Qaraca orada olmalidir, amma teqaud almamalidir. Niye xeyir ola?
elnur_as adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 10:21 yazıb:
Burdaki sher muelliflerinini ekseriyyeti AYO-nun ilkgunler qarshisina qoydugu hedeflerden ya xebersizler, ya da xeberleri var,sadece etiraf etmek gucunde deyiller. Mes. AYO chox dogru olaraq ilkiller teqaudlerin hansisa titullu yaltaq ferdlere deyil konkret edebiyyat proyektlerine ozu de musabiqe yolu ile verilmesini teleb edirdi. bu sivil tecrubede de beledir. Amma AYO bu telebinden geri chekildi. Chunki bashda Rasim olmaqla AYO-chularin boyuk qismi teqaud uchun artiq potensial Qabile chevrilibler. Daha etrafli bir bashqa yazida yazacam.
Ryabina adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 10:36 yazıb:
Bircə onu bilirəm ki, yandırdığım işığa, qaza, tulladığım zibilə görə də dövlətə vergi ödəyirəm…”Vergi verən mərd olar…” deyə üzümü tuturam dövlətdən təqaüd almaq istəyən bütün yazarlara…Elə Elnura da…zira , Elnur, sənə də altun dolu xonça gələrsə, köşə yazmağı belə kənara tullayıb, “Gecə ekspressi” nin nizamını pozub altunlara layiq yazılar yazacaqsan…buna əminəm…
Van Qoqun ən ac vaxtında dostu ona bir tikə çörək verməyib yola salır və ardınca əminliklə düşünür ki, Van Qoq əsərinin gözəl alınması üçün mütləq ac və köməksiz qalmalıdır, bircə artıq tikə belə əsərin korlanmasına xidmət edəcək…
Bizdə isə onsuz da hər zaman itə ot, ata ət verib başını qatıblar…
İnsan çiy süd əmibsə, azərbaycanlının əmdiyi nədir, anlamıram…yeriyən təbii fəlakətik hamımız sanki…
Eehhh…bu yaxınlarda toyuqlarımızı oğurlayanlar da sən demə hər gün xəlvətə salıb itimizə çörək atırlarmış…sonradan bildik…-))
Postmodernpərvərpərəst adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 13:12 yazıb:
Biri molodoy25 “id”li şəxsə “hökümət”, “dövlət”, “vergi”, “milli gəlir” və hətta, “üdm”nin mənasını izhar eyləsin, yoxsa kişi ikinci yazıya ihzar eyləyir, amandı…-))
Bu yuxu da girinc elədi… -)
Rebiqe adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 17:32 yazıb:
http://www.rebiqe.azeriblog.com-a baxin. movzuya bir az dexli var…
S.s.s.... adlı istifadəçi, Mart 26, 2008 tarixində, saat 21:40 yazıb:
Qazax edebiyyatina ilisib qalmish elnur astanbeylinin novbeti qazaxfason heyasizligi =)
Raschad adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 13:04 yazıb:
Ela Elnur hemischeki ki super!
Bilmek olar sizin kitabiniz ne vaxt ischiq uzu gorecek?
2 sualim eger yeniden dogulsaydiniz yene indiki peschenizle meschgul olardiniz?
sherif adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 19:12 yazıb:
rasim qaracaya qarshi elnurun bu munasibeti menim uchun hem anlashilmazdir, hem de agrili…
Şahanə adlı istifadəçi, Mart 27, 2008 tarixində, saat 19:27 yazıb:
abbreviatura…
Sevinc Pervane adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 08:36 yazıb:
Elnur qardaş, mövzu tapmirdinsa, Günel Mövluda deyəydin, yardim əllərini uzadaydı. Daha niyə sərsəmləyirdin? O ki qaldı unitaza. Prezidentdən nəinki unitaz, mən hətta tualet istəyəcəyəm, deyəsən… çünki bu yaxınlarda tikdiyimiz tualeti security-ler sökdülər… Biz də əlacsız qalıb taxtadan tikmişik… Sən nə hayda, biz nə hayda?! Biz prezidentə yaltaqlanmırıq, sadəcə içində yaşadığımız ölkənin vətəndaşı kimi ən doğal haqqımızı tələb edirik. Özünü dağın başına qoymağın heç bir mənası yoxdur. Heç sən də Çe Gevara deyilsən… Nə də Nəsimi deyilsən ki, tutub dərini soyalar…
tERROR adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 13:56 yazıb:
rasim qaracanın davası ədəbiyyat yox, kürsü davasıdır.
yashar adlı istifadəçi, Mart 30, 2008 tarixində, saat 17:24 yazıb:
Elnur haqlidiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiir!
sabiq AYO-cu adlı istifadəçi, Aprel 1, 2008 tarixində, saat 10:19 yazıb:
Men de Elnurun yazisini yersiz hesab edirem. Her terefden vuruldugumuz bir vaxtda özümüzün də özümüzə silah çevirməyimiz dogru deyil. Amma insaf naminə deməliyəm: yazının həqiqət yükü agirdir. Bu problemlər həll olunmasa AYO-nu yaxşı sonluq gözləmir. Elnur, sən isə nəyi nə zaman yazmagin lazimoldugunu öyrən.
Səma adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 11:21 yazıb:
Elnur bəy, siz kimi aldadırsınız? Bu yazı əvvəlcə “Ədalət”də, sonra “Yazar”da, lap axırda isə “Reytinq”də dərc edilib. İndi də kultaz.com-da peyda olub. Növbəti dayanacaq hansı qəzet olacaq?
Rebiqe adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 12:31 yazıb:
Bunun merseleye ne dexli, ay Sema xanim? Siz yazidan danishin, necedi? Oradaki fikirlerle razisiz?
sabiq AYO-cu adlı istifadəçi, Aprel 4, 2008 tarixində, saat 12:41 yazıb:
Bu cür kəskin yazının “Ədalət”də çıxdıgına inanmıram. Əgər çıxıbsa onda Elnur qəhrəmandır!!!
Səma adlı istifadəçi, Aprel 5, 2008 tarixində, saat 11:36 yazıb:
Rəbiqə xanım, Elnur bəy eyni sözləri 5 ildir yazır. Eyni mövzunu nə qədər çeynəmək olar? Aşığın sözü qurtarıbsa, gedib mətbuat konfransından xəbər yazsın.