XALQ ARTİSTİ TÜKƏZBAN İSMAYILOVA VƏFAT ETDİ

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Mart, 2008

Tükəzban İsmayılova85 yaşında dünyasını dəyişən müğənni uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi

Azərbaycan mədəniyyətinə və ictimaiyyətinə ağır itki üz verib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən xalq artisti, musiqi tarixmizin korifeylərindən biri Tükəzban İsmayılova vəfat edib.
Xatırladaq ki, “Şöhrət” oredenli müğənninin 85 yaşı var idi. Martın əvvəllərində səhhəti kəskin pisləşmiş  T. İsmayılovanı Mərkəzi Klinik Xəstəxanaya aparmışdılar. Xalq artisti çanaq-bel sümüyündən əməliyyat olunmuş və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimləri onun vəziyyətinin kritik olduğunu deyirdilər.//qaynar.info

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın