Mar
26
Əkbər Qocayev
Teatrın vətəni qədim Yunanıstandır. Yunan dilində “tamaşa yeri” mənasını verir.
Yunanıstanda qədim zamanlarda şərabçılıq tanrısı Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Davamı…
Mar
26
“Bu gün Bakı Bulvar İdarəsi Dənizkənarı Milli Parkda yerləşən Bakı Uşaq Teatrının iki otağından birini əlindən alıb. İdarənin əməkdaşları otağın açarını sındırıb, içəri daxil olublar”. Bunu APA-ya teatrın direktoru İntiqam Soltan deyib. O bildirib ki, teatrın 60 nəfərə yaxın kollektivi hazırda bir otağa sıxışdırılıb. Davamı…
Mar
26
“Anar 60-cı illərin ən parlaq və ziyalı nümayəndələrindən biridir. Mən özümü də fəxrlə həmin nəslin nümayəndəsi hesab edirəm.” Bunu dünya şöhrətli yazıçı Çingiz Aytmatov Azərbaycanın xalq yazıçısı Anarın 70 illik yuibileyi münasibəti ilə “Literaturnaya qazeta”da dərc etdirdiyi “Yaxın qələm yoldaşım” məqaləsində bildirib. Davamı…