KultAz: “Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad və başqa gənc ədiblər bu poeziya ocağına gələrək yeni şeirlərini oxumuş və buradan parvazlanaraq böyük sənət yollarına çıxmışlar. Adlarını çəkdiyimiz şairlər ayrı-ayrı vaxtlarda bu məçlisə rəhbərlik etmişlər. “Pərvanə” ədəbi məclisi 40-cı illərdə Böyuk Vətən Müharibəsi ilə əlaqədar olaraq xeyli zəifləyir- daha sonralar- 50-ci illərdə bu məclis B. Vahabzadə, H. Arif, A.Əlizadə, K. Kələntərli, B. Nəbiyev ; 60-cı illərdə Ə.Kərim, F. Qoca, F. Sadıq, İ. İsmayılzadə, Ə. Salahzadə; 70-ci illərdə S. Rüstəmxanlı, S. Səxavət, N, Kəsəmənli, R. Rövşən , 80-ci illərdə M. Ələkbərlinin iştirakı və rəhbərliyi ilə ədəbi prosesi ardıcıl izləyən poeziya ocağına çevrilir.
80-ci illərin sonunda Qarabağ hadisələri ilə bağlı “Pərvanə” öz fəaliyyətini yenidən dayandırır. Bir az kecdikdən sonra 1999-cu ildə məclis Qəşəm Nəcəfzadənin təşəbbüsü və rəhbərliyi ilə yenidən fəaliyyətə başlayır. 6 ildən sonra Pərvanə öz məşğələlərinə bir daha fasilə verir.Ədəbi müzakirələr canlı ünsüyyətdən qəzet və internet müstəvisinə keçir.Bir az keçdikdən sonra canlı müzakirəyə, toplantıya da maraq yenidən artır. Buna əsasən bu günlərdə “Pərvanə” öz fəliyyətini yenidən pərpa edib. Məclis hər bazar günü saat 14 00-da M. Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasın oxu zalında (İslam Səfərli küçəsi 13) öz məşğələlərini davam etdirir. Məclisin sədri Qəşəm Nəcəfzadə onu da qeyd etdi ki, iki illik fasilə bu poeziya toplantısına böyük ehtiyac olduğunu göstərdi. Cünki respubilkamızda “Pərvanə” kimi müasir ədəbi prosesə, yeniliyə təkan verən və ədəbi prosesi təhlil edən ikinci uzun ömürlü bir məclis yoxdur. Burada şeirlər oxunur, sonra həmin şeirlər ciddi müzakirə obyektinə çevrilir.
Maraqlananlar iştirak edə bilərlər.




Bölmə: 










Rebiqe adlı istifadəçi, Mart 28, 2008 tarixində, saat 01:40 yazıb:
Maraqli ve yaxshi teshebbusdu. Ugurlar.
Çılğın adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 01:48 yazıb:
Aha, Rebiqe, orda cox yaxsi hiss edirdi adam ozunu. Adamin qatilmagi gelir, amma…
Heyif…
Her halda hamiya ugurlar!
Qan Turalı adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 04:21 yazıb:
Cəfər Cabbarlıdan QƏşəm Nəcəfzadəyə qədər….
Novarg adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 11:14 yazıb:
Dəqiq…
scorpion adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 13:23 yazıb:
Ədəbi cılzlaşmanın diaqramı…
S.s.s.... adlı istifadəçi, Mart 29, 2008 tarixində, saat 23:47 yazıb:
Mirt sohbetdi)